23 Oktyabr 2017

Sorğu

Fəaliyyətimiz sizi qane edirmi ?

Nəticələr

Axtarış

Müraciət

Ümumi məlumat

 

 

 
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatları barədə

M  Ə  L  U  M  A  T


           Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 5810 ilk təşkilatda 384480 nəfəri ittifaqın üzvünü özündə birləşdirir.
           İttifaqın xidmətində 8 şəhər, 67 rayon hüquqlu həmkarlar ittifaqı komitəsi vardır. Pullu aparat olan təşkilatların sayı 130, orada çalışan pullu aparat işçilərinin sayı isə 361 nəfərdir.
           5680 nəfər həmkarlar ittifaqı komitəsi sədri ictimai əsaslarla  işləyir.
Onlardan 606 nəfər əlavə əmək haqqı alır.
           5810 ilk təşkilatdan 702 təşkilatda ittifaq üzvlərinin sayı 15-dən aşağı, 4989 təşkilatda 16 nəfərdən 500-dək, 28 təşkilatda 501-dən 1000 nəfərədək, 94 təşkilatda 1001-dən 10000-dək, 3 təşkilatda isə ittifaq üzvlərinin sayı 10000 nəfərdən çoxdur.
           Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin 101534 tələbəsindən 76514  nəfəri ittifaqın üzvüdür.
           İttifaq üzvlərinin 251299 nəfəri qadın, 133181 nəfəri kişidir.
           5 özəl təhsil müəssisəsinin işçi və tələbələrinin 1574 nəfəri ittifaqa üzv qəbul edilmişdir.
           Şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinə və təftiş komissiyalarına  3967 nəfər həmkarlar ittifaqı fəalı seçilmişdir ki, onların da 1573 nəfərini qadınlar, 601 nəfərini isə gənclər təşkil edir.