23 Oktyabr 2017

Sorğu

Fəaliyyətimiz sizi qane edirmi ?

Nəticələr

Axtarış

Müraciət

Beynəlxalq təşkilatlarla əlaqələr

 

           Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Beynəlxalq Əməkdaşlıq çərçivəsində bəzi ölkələrin uyğun həmkarlar ittifaqı təşkilatları ilə təcrübə və informasiya mübadiləsi məqsədi ilə iki tərəfli əlaqələr qurur, eyni zamanda bir sıra beynəlxalq həmkarlar ittifaqlarının tam hüquqlu üzvüdür. ATİAHİ Respublika Komitəsi 1992-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən Beynəlxalq Elm və Təhsil işçiləri Həmkarlar İttifaqları Birliyinə , 2000-ci ildə Belçika Krallığının Brüssel şəhərində yerləşən Beynəlxalq Təhsil Birliyinə, 2006-cı ildə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinə üzv qəbul edilmişdir.
          Bunlarla yanaşı ATİAHİ Respublika Komitəsi Türk Egitim-Senlə, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan , Qırğızıstan , Özbəkistan , Gürcüstan, Bolqarıstan, Misir və Latviya Təhsil İşçiləri Həmkarlar İttifaqları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurmuşdur. Respublika Komitəsi öz işini qeyd olunan həmkarlar ittifaqları ilə səmərəli qurur və keçirilən beynəlxalq seminarlarda, forumlarda, konfranslarda səmərəli iştirak edir, həmçinin beynəlxalq səviyyələrdə təşkil edilən aksiyalara dəstək verir.