25 İyun 2017

Sorğu

Fəaliyyətimiz sizi qane edirmi ?

Nəticələr

Axtarış

Müraciət

Fəaliyyətinin əsas istiqamətləri


Həmkarlar ittifaqı komitəsinin fəaliyyətinin əsas istiqamətləri  əsasən onun qarşısında duran  aşağıdakı vəzifələrdən ibarətdir:

  •  Təhsil sahəsində oxuyan və işləyən ittifaq üzvlərinin əmək, sosial, iqitsadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi;
  • İşəgötürənlə əməkdaşlıq çərçivəsində ittifaq üzvlərinin mənafelərini təmsil etməsi, kollektiv danışıqların aparılması, kollektiv müqavilələrin, sazişlərin bağlanması və onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;
  • İttifaq üzvlərinin, onların ailə üzvlərinin sağlamlığına qayğı göstərilməsi, onların pensiya təminatının, sanatoriya, kurort müalicəsinin və istirahətlərinin təşkil edilməsi, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi;
  • Əməyin mühafizəsinə, ətraf mühitə, sağlamlığa mənfi təsir göstərən faktorların aradan qaldırılmasına, üzvlərinin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə ictimai nəzarətin təşkil edilməsi;
  • Həmkarlar ittifaqı fəallarının, həmkarlar ittifaqı işçilərinin və həmkarlar ittifaqı üzvlərinin hazırlanmasının, yenidən hazırlığını, ixtisaslarının və təhsilinin artırılması;
  • Həmkarlar ittifaqı üzvlərinə  və həmkarlar ittifaqı təşkilatlarına metodiki informasiya, hüquqi, maddi  və digər yardım növlərinin göstərilməsi və s.