31 Avqust 2014

Sorğu

Fəaliyyətimiz sizi qane edirmi ?

Nəticələr

Axtarış

Müraciət

«Təhsildə İKT-nin rolu; İKT-dən istifadə etməklə erkən təhsildən yayınmanın qarşısının alınması» layihəsinin tədqiqat qrupu Azərbaycanda olub

10.05.2013
«Təhsildə İKT-nin rolu; İKT-dən istifadə etməklə erkən təhsildən yayınmanın qarşısının alınması» layihəsi çərçivəsində Təhsil üzrə Avropa  Həmkarlar İttifaqı Komitəsinin və iştirakçı ölkələrin nümayəndələri 6-8 may tarixlərində Azərbaycanda səfərdə olublar. Səfər çərçivəsində Azərbaycan Müəllimlər İnstitutunda, Bakı şəhər 20 və 220 saylı orta məktəblərdə İKT-dən  hansı səviyyədə istifadə olunması ilə bağlı tədqiqatlar aparılıb.
 
 Tədqiqatlarda Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin direktoru, layihənin baş koordinatoru Martin Romer, Danimarka və Rusiyadan olan ekspertlər iştirak ediblər. Qeyd edək ki, layihə Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi tərəfindən Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir. «Təhsildə İKT-nin rolu; İKT-dən istifadə etməklə erkən təhsildən yayınmanın qarşısının alınması» layihəsində Rusiya, Danimarka, Portuqaliya, Niderland, Yunanıstan, Slovakiya kimi Avropa ölkələri iştirak edir.
 
Layihənin əsas məqsədi təhsil işçilərinin və təhsilalanların motivasiya edilməsi və yenidən təhsilə cəlb olunmasında İKT-nin rolu ilə bağlı  təhsil müəssisələrində  araşdırmalar aparmaq, formal təhsildən yayınma təhlükəsi zamanı İKT vasitələrinin və İKT əsaslı innovativ təlimlərin insanların motivasiyası və yenidən təhsilə cəlb edilməsində necə yardımçı ola biləcəyini aydınlaşdırmaq, müəllimlərin İKT sahəsində xüsusi bacarıq və vərdişlərinə, gender perspektivlərinə xüsusi diqqət yetirmək, müəllimlərin İKT-nin potensialından pedaqoji nöqteyi-nəzərdən necə istifadə etdiyini araşdırmaq, bundan əlavə, müəyyən olunmuş ən yaxşı təcrübələrin ölkələr arasında transformasiyasını nəzərdən keçirmək, müxtəlif Avropa ölkələrində müəllim təşkilatlarının təhsildə İKT sahəsindəki işinə və onların milli mədəni təhsil kontekstlərinə müvafiq olan ən yaxşı metodik nümunələrin qəbul olunmasına töhfələr vermək, proyektin nəticələrinin davamlı olmasını təmin etmək üçün təhsildə İKT-dən istifadə üzrə direktivlər yaratmaqdan ibarətdir.
 
Layihə öz işinə rəsmi olaraq  2012-ci ilin dekabr ayından başlayıb, araşdırmalar 30 ay davam edəcək. Hazırda layihə üzvləri bu 7 ölkədə İKT-nin təhsildə rolu barədə araşdırmaları davam etdirir.
 
Təhsil müəssisələrində keçirilən tədqiqatlar, görüşlər zamanı layihə iştirakçıları həmin müəssisələrin rəhbərləri, şagird, tələbə və müəllim heyəti ilə görüşlər keçirib, fikir mübadiləsi apararaq həm müəssisələrdə İKT-dən pedaqoji sahədə necə istifadə edilməsi barədə kifayət qədər məlumat toplayıb, həm də müəssisələrin kompüter mərkəzləri, elektron lövhəli auditoriyalarında keçirilən dərslərdə müşahidələr aparıblar.