26 May 2017

Sorğu

Fəaliyyətimiz sizi qane edirmi ?

Nəticələr

Axtarış

Müraciət

2 fevral- Gənclər Günü münasibətilə Azərbaycan Texniki Universitetində tədbir keçirilmişdir

02.02.2016
Fevral ayının 2-də Gənclər Günü münasibətilə Azərbaycan Texniki Universitetində (AzTU) tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə acan Universitetinin tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov  2 fevral-Gənclər Günü münasibəti ilə Universitetdə təhsil alan bütün gəncləri rektor Prof.H.Ə.Məmmədovun adından təbrik etmiş, onlara təhsildə və həyatda yeni-yeni uğurlar arzulamışlar.

Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı, “Azərbaycan dili və pedaqogika” kafedrasının müdiri, dosent Həbib Mirzəyev və başqaları da çıxış edərək bildirmişlər ki, dünyanın heç bir ölkəsində gənclərə bizim ölkədəki kimi diqqət və qayğı göstərilmir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti uzaq perspektivlərə hesablanmışdır. Gənclərə göstərilən bu qayğı və diqqət gənclərlə bağlı infrastruktur bazasının yaradılması, zəruri qanunların qəbul edilməsi, konkret hədəflərə hesablanmış dövlət proqramlarının həyata keçirilməsi ölkəmizin gələcəyi üçün layiqli gənc nəsil yetişdirmək məqsədi daşıyır. 

Çıxış edənlər vurğulamışlar ki, AzTU-da bilikli, bacarıqlı mühəndis kadrların hazırlanması üçün hər cür şərait yaradılmışdır. Universitetin kollektivi ölkə Prezidentinin gənclərlə bağlı siyasətinin mərkəzində dayanan əsas ideyanın gəncləri layiqli vətəndaş, vətənpərvər insan kimi hazırlamaqdan ibarət olduğunu yaxşı bilir. Bu ideya dəqiq və müntəzəm həyata keçirildiyi üçün öz bəhrəsini verməkdədir. AzTU hazırda Avropanın 60-dan çox universiteti ilə sıx əməkdaşlıq əlaqələri qurmuşdur. Bu da öz növbəsində Universitetin Avropa təhsil sisteminə inteqrasiyasını reallaşdırmağa imkan yaradır.

Tədbirin sonunda təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə Universitetin diplom, fəxri fərmanları və pul mükafatları təqdim edilmişdir.