26 Fevral 2017

Sorğu

Fəaliyyətimiz sizi qane edirmi ?

Nəticələr

Axtarış

Müraciət

Bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçirilib

10.04.2016
 
Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı əsasında ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə respublikamızın ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalı keçirilir. 


Aprelin 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutan bədii yaradıcılıq festivalının baxış-müsabiqəsində tələbələr şeir söyləyib, musiqi nömrələrini ifa ediblər. Fərqlənənlər münsiflər heyəti tərəfindən seçilərək növbəti mərhələyə adlaya biliblər. 

Qeyd edək ki, bədii yaradıcılıq festivalının keçirilməsinin əsas məqsədi tələbə gəncləri milli vətənpərvərlik ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, həmçinin incəsənət və mədəniyyətimizin ayrı-ayrı sahələri üzrə istedadlı gənclərin inkişaf etdirilməsinə dəstək verməkdir.