25 İyun 2017

Sorğu

Fəaliyyətimiz sizi qane edirmi ?

Nəticələr

Axtarış

Müraciət

Bədii yaradıcılıq festivalının yekun konserti keçirilib

06.05.2016
Mayın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında gənclərin bədii yaradıcılıq festivalının başa çatmasına həsr olunan konsert keçirilib.
 
Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə hər il keçirilən festival bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunub. Tədbirin əsas məqsədi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan mədəniyyəti və incəsənətinə marağın artırılması, yeni istedadların üzə çıxarılmasıdır.
 
Tədbirdə çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev qeyd edib ki, festivalın əsas məqsədi tələbələri mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, bədii-estetik səviyyəsini yüksəltmək, istedadlı gənclərin üzə çıxarılması, onların mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərməkdir. Şübhəsizdir ki, mədəniyyət sahəsində də əldə olunan uğurların kökündə ulu öndərin ideyaları dayanır. 
 
Sədr bildirib ki, bu gün qürur hissi ilə bildiririk ki, ulu öndərin Azərbaycanın gələcək inkişafı ilə bağlı arzuları onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurlu həyata keçirilir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nı təsdiq edib. Bu proqramın icrası ilə gənclər arasında təhsil səviyyəsinin və peşə təhsili alanların sayı artır, gənc məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi səviyyəsi yüksəlir, gənclər arasında işsizliyin səviyyəsi aşağı salınır, əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli gənc kadr potensialının formalaşdırılması və digər bu kimi mühüm nəticələr əldə olunur.  
 
Sonra konsertdə festival iştirakçıları olan tələbə kollektivləri Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib, milli rəqsləri təqdim ediblər.
 
Qeyd edək ki, iki mərhələdən ibarət festivalda Azərbaycanın 24 ali təhsil məktəbindən 1000-dən çox tələbə iştirak edib. Ölkənin tanınmış mədəniyyət və incəsənət xadimlərinin daxil olduğu münsiflər heyətinə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə rəhbərlik edib.
 
Yaxın günlərdə qaliblərin adları elan olunacaq, onlara festivalın təşkilatçıları tərəfindən pul mükafatları və diplomlar təqdim olunacaq.