25 İyun 2017

Sorğu

Fəaliyyətimiz sizi qane edirmi ?

Nəticələr

Axtarış

Müraciət

Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin qurultayı keçirilmişdir

12.12.2016
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (TAHİK) dekabrın 5-dən 10-na qədər Belqrad şəhərində keçirilmiş qurultayında 48 ölkədən 350 nümayəndə iştirak etmişdir. Tədbirdə qurumun prezidenti Kristina Blover geniş nitq söyləmişdir. Demişdir ki, ötən 4 ildə komitənin qəbul etdiyi qərarlar, qətnamələr qitədə təhsilin inkişafına müstəsna köməklik göstərmişdir. TAHİK-in direktoru Martin Romer qurultaya 160 səhifəlik hesabat təqdim etmişdir. Hesabatda keçirilən konfranslar, milli hökumətlərlə görüşlər, hazırlanıb reallaşdırılan beynəlxalq layihələr və sair barədə məlumatlar əksini tapmışdır.
 
Qurultayda digər məsələlərə, o cümlədən təşkilati məsələyə də baxılmışdır. Kristina Bloverin prezident vəzifəsinə namizədliyi səs çoxluğu ilə bəyənilmişdir.
 
İcraiyyə Komitəsinə səsvermə gizli yolla keçirilmişdir. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Hümbət Nağıyev yenidən İcraiyyə Komitəsinin üzvü seçilmişdir. O, bu etimada görə qurultay iştirakçılarına təşəkkürünü bildirmişdir. Demişdir ki, təşkilatımız, təşkilatımızın sədri, BHİK-in və PARŞ-ın vitse-prezidenti Səttar Mehbalıyev növbəti 4 ildə də TAHİK-in layihələrini dəstəkləyəcəkdir.
 
Qurultayın işində Azərbaycan nümayəndə heyətinin tərkibində sahə Hİ Respublika Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin aparıcı mütəxəssisi Səbuhi İmanov, Xaçmaz Rayon Komitəsinin sədri Vaqif İsrafilov, Quba Rayon Komitəsinin sədri İradə İsrafilova və Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva iştirak etmişlər.