23 Oktyabr 2017

Sorğu

Fəaliyyətimiz sizi qane edirmi ?

Nəticələr

Axtarış

Müraciət

Qaliblər mükafatlandırıldı

30.01.2017
2017-ci il yanvar ayının 31-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə 2016-cı ilin sonunda ali məktəb tələbələri arasında keçirilən Futzal idman yarışının, "Nə? Harada? Nə zaman?" intellektual oyununun və “İlin peşəkar gənci” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
 
Mərasimi AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev açaraq Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, əldə olunan nailiyyətlərdən bəhs edib.Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb. Dövlətimizin başçısının təhsilə, mədəniyyətə, idmana daim böyük önəm verdiyini deyən AHİK-in sədri diqqətə çatdırıb ki, müvafiq sahələrdə qazanılan nailiyyətlər ildən-ilə artır.
Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən S. Mehbalıyev bildirib ki, ATİAHİRK tələbə və gənclərin hərtərəfli inkişafı üçün müxtəlif tədbirlər reallaşdırır.
 
Təhsil nazirinin müavini Firudin Qurbanov da çıxış edərək gənclərə göstərilən qayğıdan, onların elmə və təhsilə, idmana olan maraqlarından və uğurlarından danışıb, ölkəmizdə təhsilin, mədəniyyətin və idmanın inkişafı üçün geniş imkanlar yaradıldığını vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan bu il IV İslam Həmrəyliyi Oyunları kimi möhtəşəm tədbirə ev sahibliyi edəcək.
 
Tədbirdə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərlərindəki 20 ali məktəbin tələbələri iştirak ediblər. Futzal üzrə yarışlarda Azərbaycan Dillər Universiteti I, Bakı Dövlət Universiteti II, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti III yeri qazanıblar.
 
"Nə? Harada? Nə zaman?" intellektual oyunun qalibi adını Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri qazanıblar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Bakı Dövlət Universitetinin tələbələri isə II və III yerləri qazanıblar.
 
Mərasimdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı əsasında keçirilmiş "İlin peşəkar gənci" müsabiqəsinin fəal iştirakçılarına da mükafatlar təqdim edilib.
 
Mükafatçılar sırasında gənc yaşlarında müəllim peşəsində uğurlar qazanmış ümum orta, orta ixtisas və ali təhsil müəssisələrinin 27 nəfər təhsil işçisi işçiləri də olub. Mərasimdə həmçinin 2016-cı ildə müxtəlif elm, musiqi və idman üzrə beynəlxalq tədbirlərdə uğur qazanmış bir qrup ali məktəb tələbəsi də mükafatlandırılıb.