23 Oktyabr 2017

Sorğu

Fəaliyyətimiz sizi qane edirmi ?

Nəticələr

Axtarış

Müraciət

"Sabahın alimləri" altıncı respublika müsabiqəsinin açılış mərasimi kecirilib

15.02.2017
“Sabahın alimləri" mü-sabiqəsində iştirak edən şagirdlərin sayı ildən-ilə artır. Fevralın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında "Sabahın alimləri" altıncı respublika müsabiqəsinin açılış mərasimi olub.

Təhsil, Gənclər və İdman nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və "İntel" şirkəti tərəfindən birgə təşkil olunan müsabiqədə ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri iştirak ediblər.

Müsabiqənin təşkilinin əsas məqsədi şagirdlərə tədqiqat aparmaq, elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından ABŞ-da hər il keçirilən İntel İSEF-İntel - Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov çıxış edərək müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edib. Ölkəmizdə təhsil sahəsində aparılan islahatların gənclərdə müasir düşüncə tərzinin formalaşmasına, onların tədqiqatyönümlü fəaliyyətə cəlb edilmələrinə istiqamətləndiyini diqqətə çatdırıb. M.Cabbarov qeyd edib ki, ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş 158 məzundan 38-i son dörd ildə keçirilmiş "Sabahın alimləri" müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Hazırda onlar Azərbaycanın və xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alırlar.

AMEA-nın prezidenti Akif Əlizadə müsabiqə iştirakçılarına akademiyanın 40-dan çox elmi müəssisəsində, elmi-tədqiqat institutlarının laboratoriyalarında tədqiqat aparmaq üçün şərait yaradıldığını deyib.

AHİK sədri, millət vəkili Səttar Mehbalıyev isə çıxışında bu tədbirin əhəmiyyətindən danışıb.

Bu müsabiqələrdə şagirdlərin təqdim etdiyi layihələri Azərbaycanda həyata keçirilən təhsil siyasətinin uğurlu nəticələri kimi dəyərləndirib. Səttar müəllim deyib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "neft kapitalının insan kapitalına çevrilməsi" ideyası bu gün reallığa çevrilib. Ölkəmizin və dünyanın aparıcı təhsil müəssisələrində təhsil alan gənc, istedadlı mütəxəssislər iqtisadiyyatımızın inkişafında mühüm rol oynayırlar. Məhz gənclərimizin iştirakı ilə son illərdə iqtisadiyyatımızda qeyri-neft sektorunun payı əhəmiyyətli dərəcədə artıb.

Ölkəmizdə təhsilin prioritet sahə elan olunması, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın uğurla icrası, təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları (İKT) ilə təmin edilməsi, təhsilin informasiyalaşdırılması və çoxsaylı layihələrin, tədbirlərin, müsabiqələrin həyata keçirilməsi gənclərimizin inkişafını şərtləndirir. Sevindirici haldır ki, artıq Azərbaycanın istedadlı gənclərinin səsi dünyanın aparıcı təhsil və elm müəssisələrindən gəlir, Azərbaycanınngənc mütəxəssisləri dünyaca məhşur olan şirkətlərdə çalışır, beynəlxalq maliyyə qurumlarında təmsil olunur.

S.Mehbalıyev sonra dedi, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsi Təhsil Nazirliyi tərəfindən keçirilən bu müsabiqənin təşkilat komitəsində iştirakından çox məmnundur. Çalışacağıq ki, müsabiqənin təşkili ilə bağlı üzərimizə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirək. Eyni zamanda ümid edirik ki, müsabiqədə ən bilikli, ən layiqli şagirdlərimiz qalib olacaqlar. Onlar ölkəmizi, təhsilimizi ABŞ-da keçiriləcək İntel İSEF Beynəlxalq Elm və Mühəndislik Sərgisində ləyaqətlə təmsil edəcəklər. Əminliklə qeyd edirəm ki, "Sabahın alimləri" VI Respublika Müsabiqəsinin iştirakçıları gələcək elmi fəaliyyətlərində bu müsabiqəni minnətdarlıqla xatırlayacaq, Azərbaycan elminin inkişafına layiqincə xidmət göstərəcəklər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, gənclər və idman nazirinin müavini İntiqam Babayev müsabiqənin elmin, təhsilin inkişafında töhfələri ilə bağlı fikirlərini bölüşüb, məktəblilərə uğurlar arzulayıblar.

Tədbirdə məlumat verilib ki, "Sabahın alimləri" müsabiqəsində ölkəmizin 13 şəhər və rayonunun ümumtəhsil məktəblərində təhsil alan 302 şagird 125 elmi layihə ilə (onlardan 48-i fərdi, 77-si isə kollektiv layihədir) iştirak edir. Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Layihələrin qiymətləndirilməsi üçün aparıcı alimlərdən ibarət münsiflər heyəti yaradılıb.

Dünən müsabiqə qalib-lərinə mükafatların təqdim edilmə mərasimi keçirilib.