20 Oktyabr 2018

Sorğu

Bizim işimizdən razısınız?

Nəticələr

Axtarış

Müraciət

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təqaüdü təqdim olunub

12.03.2018

Martın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2017-2018-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünün verilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə elmin, təhsilin, idmanın və gənclərin inkişafına göstərilən dövlət qayğısında söz açıb, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis olunub. Təqaüd qış və yay imtahan sessiyasının nəticələrinə görə əla və yaxşı qiymətlərlə oxuyan, həmkarlar ittifaqı fəalı olan tələbələrə verilir. Bu günədək 19 ali məktəbdə təhsil alan 2.148 tələbə bu təqaüdə layiq görülüb.

 

Ölkəmizdə gənclərin inkişafı üçün geniş imkanların yaradıldığını söyləyən komitə sədri regionlarımızda bir sıra yeni idman obyektlərinin tikilib istifadəyə verildiyini söyləyib.

 

S.Möhbalıyev ATİAHİ Respublika Komitəsi tərəfindən keçirilən müsabiqələr, müxtəlif idman yarışları, intellektual oyunlar və digər tədbirlər barədə məlumat verib. Bildirilib ki, rəhbərlik etdiyi qurumun məqsədi gənclərin inkişafına, onların asudə vaxtlarının səmərəli təşkilinə diqqət və qayğı göstərməkdir.

 

AHİK-in sədri adlı təqaüdə layiq görülən tələbələri təbrik edib, uğurlar arzulayıb.

Sonra Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkərandakı ali məktəblərin 61 tələbəsinə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü verilib.