20 Oktyabr 2018

Sorğu

Bizim işimizdən razısınız?

Nəticələr

Axtarış

Müraciət

Müəllimlərin XIV Beynəlxalq Spartakiadası keçirilib

07.07.2018

Bolqarıstanın Albena şəhərində keçirilmiş müəllimlərin XIV Beynəlxalq Spartakiadası iyulun 7-də başa çatıb. 

 

Bolqarıstan Müəllimlər Birliyinin təşkil etdiyi bu spartakiadada Azərbaycandan 24 müəllim gücünü sınayıb. Onlar daha çox stolüstü tennis və çimərlik voleybolu yarışlarında fərqləniblər. Kubok, Fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
 
Ölkəmizin nümayəndə heyətinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə başçılıq edib. Spartakiadada idmanın futbol, şahmat, çimərlik voleybolu, stolüstü tennis, basketbol növləri üzrə qadınlardan, kişilərdən ibarət komandalar mübarizə aparıblar.
 

Azərbaycan nümayəndə heyətinin tərkibinə əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsində və paytaxtın rayonlarında çalışan müəllimlər arasında təşkil olunan idman yarışlarının qalibləri daxil edilib.
 
Spartakiadanın keçirilməsində məqsəd müəllimlərin asudə vaxtlarının səmərəli təşkili, müxtəlif ölkələrin müəllimləri arasında ünsiyyətin, əməkdaşlığın genişləndirilməsi və sağlam həyat tərzinin təbliği olub.