Sədr
Səttar Suliddin oğlu Mehbalıyev
- 1955 - ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur (İndiki Kəngərli) rayonunun Qıvraq kəndində anadan olmuşdur.
- 1962 - 1972 - ci illərdə orta təhsil almışdır.
- 1972 - 1979 - cu illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsil almışdır.
- 1974 - 1976 - cı illərdə hərbi xidmətdə olmuşdur.
- 1976 - 1980 - ci illərdə Əli Bayramov adına Bakı İstehsalat Tikiş Birliyində fəhlə, əmtəəşünas, qiymətqoyma üzrə mühəndis-iqtisadçı, baş mühasibin müavini, səlahiyyətli böyük mühasib vəzifələrində çalışmışdır.
- 1980 - 1993 - cü illərdə Avtonəqliyyat və Şosse Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində müfəttiş-təlimatçı, maliyyə şöbəsinin müdiri, komitə sədri vəzifələrində çalışmışdır.
- 1993 - cü ilin fevralında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilmişdir və hal-hazıradək bu vəzifəni icra edir.
- 2006 - cı ildə ATİAHİ Respublika Komitəsinin sədri seçilmişdir.
- Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2005 - ci il tarixli Sərəncamı ilə «Şöhrət» ordeni ilə təltif edilmişdir.
- Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının ümumi iqtisad kafedrasının müdiridir.
- Bir sıra elmi məqalələrin, dərsliklərin, tədris-metodiki vəsaitlərin müəllifi və iqtisad elmləri doktoru, professordur.
- Ailəlidir, üç övladı var.