25 Sentyabr 2018

Sorğu

Bizim işimizdən razısınız?

Nəticələr

Axtarış

Müraciət

Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

 

1. “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-сu il 6 sentyabr tarixli 1085 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 9, maddə 785) ilə doktorantlara, ali təhsil müəssisələrində adlı təqaüd alan tələbələrə, magistr pilləsi üzrə əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, bakalavr pilləsi üzrə əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, orta ixtisas təhsili müəssisələrində əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə müəyyən edilmiş aylıq təqaüdlərin məbləğləri 2011-ci il dekabrın 1-dən 10 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2011-ci il.

 

 

Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə qərara alıram:


1. Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləği artırılaraq aşağıdakı məbləğlərdə müəyyən edilsin:

1.1. Doktorantlara – 100 manat

1.2 Ali təhsil müəssisələrində:

adlı təqaüd alan tələbələrə – 100 manat

magistr pilləsi üzrə:

əla qiymətlərlə oxuyan tələbələrə – 85 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 70 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 45 manat

bakalavr pilləsi üzrə:

əla qiymətlərlə oxuyan tələbələrə – 80 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 65 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 40 manat

1.3 Orta ixtisas təhsili müəssisələrdə:

əla qiymətlərlə oxuyan tələbələrə – 40 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 35 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 30 manat

1.4 İlk peşə-ixtisas təhsili müəssisələrin şagirdlərinə – 30 manat

2. Təqaüdlərin ödənilməsi dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.

3. “Aspirantlara, ali, orta ixtisas və peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 12 sentyabr tarixli 3042 nömrəli Sərəncamının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Bu Sərəncam 2010-cu il sentyabrın 1-dən qüvvəyə minir.



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 sentyabr 2010-cu il