15 Noyabr 2018

Sorğu

Bizim işimizdən razısınız?

Nəticələr

Axtarış

Müraciət

Komitənin hüquqşünası

 

 Fəaliyyətinin əsas istiqamətləri

 

  • Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı  Respublika Komitəsi arasında bağlanan Kollektiv Sazişin hazırlanmasında iştirak edir.
  • İş planına müvafiq, yaxud Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi rəhbərliyinin tapşırığı ilə təhsil müəssisələrində əmək qanunvericiliyinə işəgötürən tərəfindən əməl edilməsi və ya həmkarlar ittifaqı komitəsinin əmək qanunvericiliyinin tətbiqində nəzarət funksiyasının həyata keçirilməsi məsələlərini yoxlamaq və müzakirəyə vermək.
  • Kollektiv müqavilələrin bağlanması üçün danışıqların aparılmasında, kollektiv müqavilənin hazırlanmasında, onun qəbul edilməsi prosesində məzmunun qüvvədə olan qanunvericiliyə riayət edilməsinə nəzarət edir.
  • Təhsil müəssisələrində kollektiv müqavilələrin şərtlərinin işəgötürən tərəfindən yerinə yetirilməsini araşdırmaq.
  • Təhsil müəssisələrində işəgötürənlə işçi arasında əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, əmək müqaviləsi həm işçinin, həm də işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən əmək qanunvericiliyə riayət edilməsinə nəzarət etmək.
  • Həmkarlar ittifaqlarının hər bir üzvünün əmək, sosial hüquqlarının pozulması, onlara qarşı ayrı seçkiliyə yol verilməməsi və hüquqlarının məhdudlaşdırılmaması üçün mübariz fəaliyyət göstərir.
  • İş və istirahət vaxtı rejiminə və habelə məzuniyyətlərin verilməsinə işəgötürən tərəfindən qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarət edir.
  • Əmək kitabçalarının saxlanmasına, qeydlərin aparılmasına və işçiyə qaytarılmasında qüvvədə olan qanunvericiliyə riayət olunmasını nəzarət edir.
  • Təhsil işçilərinin əmək, sosial, iqtisadi və digər hüquqlarının müdafiəsi ilə əlaqədar onlara hüquqi yardımlar göstərir.
  • Həmkarlar ittifaqının üzvü olan işçinin hüquq və mənafeyini müdafiə etmək üçün rəhbərliyin sərəncamı  əsasında nümayəndə kimi məhkəmələrdə iştirak etmək.