25 Sentyabr 2018

Sorğu

Bizim işimizdən razısınız?

Nəticələr

Axtarış

Müraciət

Əmək haqqı və sosial müdafiə şöbəsi

 
 
Fəaliyyətinin əsas istiqamətləri

 

  • Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı  Respublika Komitəsi arasında bağlanılan Kollektiv Sazişin hazırlanmasında iştirak edir.
  • Kollektiv Sazişdə  qeyd edilmiş sosialyönümlü şərtlərin yerinə yetirilməsinə nəzarəti təşkil edir və bununla bağlı yarımillik və illik hesabatları tərtib edir.
  • Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı  Respublika Komitəsinin xidmətində olan təşkilatlara müvafiq kollektiv müqavilələrin hazırlanmasına, bağlanmasına və götürülən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı nəzarətin təşkil edilməsinə köməklik edir.
  • Azərbaycan Respublikasının  əmək qanunvericiliyində edilən dəyişikliklərlə əlaqədar Kollektiv Saziş və kollektiv müqavilələrdə əlavə və dəyişikliklərin nəzərə alınmasını təşkil edir.
  • Təhsil müəssisəsinin rəhbərliyi tərəfindən  işçilərin iş vaxtı, istirahət günləri, məzuniyyət, qadınların və azyaşlıların əməyin müdafiəsi  ilə əlaqədar Əmək Məcəlləsində nəzərdə tutulmuş qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət edir.
  • Təhsil işçilərinin əmək haqlarının və digər ödəmələrin düzgün hesablanmasına və vaxtında verilməsinə nəzarət edir.
  • Təhsil işçilərinin iş vaxtından əlavə işə görə əmək haqqının hesablanmasına, əmək və məzuniyyət haqlarından gəlir vergisinin düzgün tutulmasına nəzarət edir.
  • Qanunvericiliklə nəzərdə tutulmuş güzəştlərin, imtiyazların və kompensasiyaların təhsil işçilərinə düzgün və vaxtında verilməsinə nəzarət edir.
  • Əmək haqqı və digər ödəmələrlə bağlı qanunvericilik barədə həmkarlar ittifaqı təşkiltalarına məsləhətlər verir.
  • Təhsil işçilərinin əmək, sosial, iqtisadi və digər hüquqlarının müdafiəsi ilə bağlı təşkilatın fəalları üçün metodiki vəsaitlər hazırlayır, onları hüquqi məsələlərlə bağlı təşkil edilən kurslara, seminarlara, treninqlərə cəlb edir.
  • Konfrans və yığıncaqlarda əmək kollektivi tərəfindən irəli sürülən təklif və iradların  həyata keçirilməsinə nəzarət edir.
  • Təhsil işçilərinin əmək, sosial, iqtisadi və digər hüquqlarının müdafiəsi ilə əlaqədar ittifaq üzvlərinə hüquqi yardımlar göstərir.