22 Sentyabr 2018

Sorğu

Bizim işimizdən razısınız?

Nəticələr

Axtarış

Müraciət

Beynəlxalq əlaqələr şöbəsi

 

Fəaliyyətinin əsas istiqamətləri

 

  • ATİAHİ-nin ümumdünya həmkarlar hərəkatına inteqrasiya olunmasını təmin edərək dünya təcrübəsindən əldə olunmuş nailiyyətlərdən yararlanmaq və onlardan ittifaq üzvlərinin mənafeləri üçün istifadə etmək;
  • Beynəlxalq əlaqələr sahəsində ATİAHİ-nin perspektivlərini müəyyənləşdirmək;
  • Beynəlxalq həmkarlar ittifaqları və müxtəlif ölkələrin uyğun həmkarlar ittifaqı təşkilatları ilə əməkdaşlıq sahəsində işgüzar əlaqələrin yaradılması, mövcud əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsinə dair analitik materiallar və təkliflər hazırlamaq;
  • Həmkarlar ittifaqlarının fəaliyyət metodikasının təkmilləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması, tərəflərin mövqelərinin milli və beynəlxalq səviyyələrdə əlaqələndirilməsi üçün dünyanın müxtəlif həmkarlar ittifaqı təşkilatları ilə Respublika Komitəsi arasında bağlanan müqavilələrin layihələrinin hazırlanmasında iştirak etmək;
  • Elm, təhsil, mədəniyyət və digər sahələrdə həmkarlar ittifaqı təşkilatlarının əldə etdiyi təcrübələri bölüşmək məqsədi ilə müxtəlif ölkələrin həmkarlar ittifaqı təşkilatları ilə Respublika Komitəsi arasında nümayəndə heyətlərinin mübadiləsini aparmaq;
  • Respublika Komitəsinin qoşulduğu beynəlxalq və regional layihələri əlaqələndirmək, ATİAHİ Respublika Komitəsi və sahə həmkarlar ittifaqı nümayəndələrinin beynəlxalq konfranslarda, forumlarda, simpoziumlarda,  əməkdaşlıq və həmrəylik məqsədilə keçirilən digər mühüm tədbirlərdə iştirakını təşkil etmək;
  • Respublika Komitəsinin keçirdiyi beynəlxalq tədbirlər (konfransları, seminarlar və.s)  zamanı koordinasiya işlərini həyata keçirmək;
  • Əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə beynəlxalq və xarici həmkarlar ittifaqı təşkilatlarından Respublika Komitəsinə daxil olan məlumatları təhlil etmək, bu barədə müvafiq arayış və təkliflər hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Beynəlxalq və xarici təşkilatlardan Respublika Komitəsinə daxil olan sənədləri səlahiyyətləri çərçivəsində araşdırmaq və onlara göndərilən sənədlərin hazırlanmasını təmin etmək, yazışmalar həyata keçirmək;
  • Respublika Komitəsi tərəfindən  dəvət edilən beynəlxalq və xarici təşkilat nümayəndələrinin Azərbaycan Respublikasına səfərlərinin təşkili ilə bağlı müvafiq tədbirlər görmək;
  • Xarici ölkələrin müvafiq həmkarlar ittifaqı təşkilatlarının beynəlxalq əlaqələrinin təşkili üzrə iş təcrübəsinin öyrənilməsi və onların Respublika Komitəsinin fəaliyyətində istifadə olunması məqsədilə təkliflər hazırlamaq.