22 Sentyabr 2018

Sorğu

Bizim işimizdən razısınız?

Nəticələr

Axtarış

Müraciət

Mədəni kütləvi və idman işləri şöbəsi

 

 Fəaliyyətinin əsas istiqamətləri

  • Ümummilli liderimiz Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin qəbirlərinin ziyarət edilməsini, ölkəmizin tarixində əlamətdar və faciələrlə xatırlanan günlərinin təntənəli şəkildə qeyd olunmasını təşkil edir;
  • İttifaq üzvlərində Vətənə, Torpağa məhəbbət hissi aşılamaq məqsədilə tətil və istirahət günlərində  muzeylərə,  tarixi abidələrə və ölkəmizin görməli yerlərinə səyahətlər təşkil edir;
  • İttifaq üzvlərinin mədəni-kütləvi tədbirlərə, teatr tamaşalarına cəlb edir;
  • Təhsil müəssisələrində müdiriyyətlə birgə respublikamızın dövlət və milli bayramlarını keçirir;
  • Kollektiv müqavilələr hazırlanarkən təkliflər hazırlayır;
  • Kollektiv müqavilələrdə nəzərdə tutulmuş mədəni-kütləvi və idman işlərinin təşkilinə nəzarət edir;
  • İstirahət düşərgələrinin yay mövsümünə hazırlığı ilə əlaqədar işlərin görülməsi;
  • İttifaq üzvlərinin asudə vaxtlarının təşkili məqsədilə onların zövqünə  uyğun mədəni-kütləvi tədbirlər həyata keçirir, müxtəlif dərnəklər yaradır, intellektual yarışlar keçirir, müvafiq müsabiqələr təşkil edir;
  • Xalqımıza qarşı ermənilər  tərəfindən müxtəlif  illərdə törədilmiş soyqırımların ittifaq üzvlərinə çatdırılması və kütləvi xatırlama  mərasimləri keçirilməsini təşkil edir;
  • İttifaq üzvlərinin yaradıcılıq sərgilərini, baxış müsabiqələrini, festival, yarış və spartakiadalarını təşkil edir;
  • İttifaq üzvlərinin maraq və meyllərini nəzərə alaraq asudə vaxt mərkəzlərinin açılması üçün təkliflər hazırlayır;
  • Bayramlar ərəfəsində ittifaq üzvlərinin iştirakı ilə  qocalar evində, uşaq evlərində görüşlər keçirilməsini, onlara maddi və mənəvi yardımlar göstərilməsini təşkil edir;
  • Ön cəbhədə  olan hərbi  hissələrə  səfərlər təşkil edir, onlara maddi və mənəvi  yardımlar göstərir və əsgərlərimizin döyüş əhval-ruhiyyəsini yüksəldir;