23 İyun 2018

Sorğu

Nəticələr

Axtarış

Müraciət

Maliyyə şöbəsi

 

            Fəaliyyətinin əsas istiqamətləri

 
  • Şöbə Respublika Komitəsinin mühasibat – uçot işini təşkil edir.
  • Üzv təşkilatların mühasibat-uçotu işinə rəhbərlik edir, onların işini əlaqələndirir.
  • Üzv təşkilatların mühasiblərinin işinə nəzarəti təşkil edir və onlara metodik köməklik göstərir.
  • Respublika Komitəsinin  və üzv təşkilatlarının təftiş komissiyalarının işinə əməli köməklik göstərir.
  • Respublika Komitəsinin mədaxil və məxaric üzrə əsas göstəricilərini planlaşdıraraq məclisin  təsdiqinə  verir.
  • İlin  yekununa görə  həmkarlar ittifaqı büdcəsinin yerinə yetirilməsinə dair hesabatları ümumiləşdirərək Rəyasət Heyətinin təsdiqinə verir.
  • İstirahət düşərgələrinin gəlir və xərc smetalarının tərtib edilməsini təmin edir və Rəyasət Heyətinin təsdiqinə verir.
  • Respublika Komitəsində  və üzv təşkilatlarda ştat cədvəlinə riayət olunmasına nəzarət edir.
  • Üzv təşkilatların mühasibat uçotu sahəsində qəbul edilmiş yeni normativ  aktlarla təmin edilməsini təşkil edir.
  • Əsas  və azqiymətli vəsaitlərin uçotu  ,onların inventarlaşdırılması, istifadəyə  yararsız inventarların təlimata uyğun  olaraq silinməsinə nəzarət edir.
  • Üzv təşkilatlar tərifindən toplanmış vəsaitin smetaya uyğun ,qənaətlə xərclənməsinə və onlar tərəfindən yuxarı həmkarlar  təşkilatları qarşısında maliyyə öhdəliklərinə  əməl edilməsini nəzarət edir.
  • Üzv təşkilatlar arasında sanatoriya – kurort  və istirahət evlərinə yollayışların  HİK üzvlərinin  sayına müvafiq olaraq  bölgüsünü təşkil edir.
  • Mühasiblərin müvafiq kurslarda  ixtisaslarının artırılmasını  işini planlaşdırır.
  • AHİK və beynəlxalq təşkilatlar qarşısında  maliyyə öhdəliklərə əməl edilməsini təmin edir.
  • Üzv təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinin təhlilini  aparır.
  • AHİK - İcraiyyə Komitəsinin, Respublika Komitəsinin Rəyasət Heyəti və Məclisinin qərarlarından  irəli  gələn maliyyə məsələlərini həll edir. 
  • Aidiyyəti təşkilatlara maliyyə hesabatlarının vaxtında  verilməsini təmin edir.
  • Şöbəyə  daxil olan ərizə və  sorğulara  cavab hazırlayır.