19 Dekabr 2018

Sorğu

Bizim işimizdən razısınız?

Nəticələr

Axtarış

Müraciət

Müraciət

 

 

Azərbaycan Respublikasının Prezidenti,
zati-aliləri cənab İlham Əliyevə

 

 
MÜRACİƏT
 


          Möhtərəm cənab prezident!

          Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və bu gün böyük əzmlə həyata keçirdiyiniz məqsədyönlü strategiyanın uğurları sayəsində Azərbaycan sosial-iqtisadi göstəricilərinə görə dünyada lider dövlətə çevrilmiş və bu siyasət Azərbaycan gəncliyinin yüksəlişinə də öz parlaq töhfələrini vermişdir.
          Həyata keçirdiyiniz dövlət gənclər siyasəti çərçivəsində gənclərin təlim-tərbiyəsi, məşğulluğu, sosial müdafiəsi sahəsində görülən ardıcıl tədbirlər Azərbaycan gəncləri qarşısındakı problemləri tədricən aradan qaldırmış, gənclərimizin ölkəmizdə və respublika hüdudlarından kənarda peşəkar mütəxəssis, layiqli vətəndaş kimi yetişmələri üçün misilsiz imkanlar yaranmışdır.  
          Bu siyasətin davamı kimi Sizin 06 aprel 2011-ci ildə imzaladığınız “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam Azərbaycan gəncliyinin mühüm bir hissəsini sıralarında birləşdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Gənclər Şurasında da böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.

 

              Möhtərəm cənab prezident!

 

           Azərbaycan gənclərinə diqqət və qayğının bariz təcəssümü olan bu sərəncam Sizin daim gənclərin yanında olduğunuzu, gənclər siyasətinin Azərbaycan dövləti üçün prioritet təşkil etdiyini bir daha sübuta yetirir. İnanırıq ki, qəbul ediləcək bu Dövlət Proqramı Azərbaycan gəncliyinin uğurlu gələcəyini təmin edəcəkdir.

 

              Möhtərəm cənab prezident!

 

           Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Gənclər Şurası Azərbaycan gəncliyinin gələcək inkişafının təminatına yönəlmiş belə tarixi addımınıza görə Sizə dərin minnətdarlığını bildirir, eyni zamanda həyata keçirdiyiniz daxili və xarici siyasətinizi dəstəkləməklə yanaşı, işğal altındakı torpaqlarımızın  azad edilməsi üçün Ali Baş Komandan kimi verəcəyiniz hər bir əmrin icrasına hazır olduğunu bəyan edir.
Sizi əmin edirik ki, Azərbaycan gəncliyinə olan ümidlərinizi doğrultmaq üçün bundan sonra səylərimizi daha da artıracaq və Azərbaycan vətəndaşı adına layiq olmağa çalışacağıq.
           Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Gənclər Şurası bir daha dövlətimizin möhkəmlənməsi və inkişafı sahəsindəki yorulmaz fəaliyyətinizi yüksək qiymətləndirir, bu yolda sizə möhkəm cansağlığı və müvəffəqiyyətlər arzu edir.

 

 

 

Müraciət Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası Gənclər Şurasının 16 may
2011-ci il tarixli yığıncağında qəbul edilmişdir