23 İyun 2018

Sorğu

Nəticələr

Axtarış

Müraciət

Ümumi şöbə

 

Fəaliyyətinin əsas istiqamətləri

 

  • Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində kargüzarlıq işinin aparılmasını təmin edir;
  • Respublika Komitəsində və üzv təşkilatlarda kargüzarlığın  aparılması qaydalarına riayət olunması üzərində nəzarətin həyata keçirilməsini təmin edir;
  • “ Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında ” Azərbaycan Respublikasının 1997-ci il 10 iyul tarixli qanununa və Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr, 2003-cü il 27 sentyabr tarixli Fərmanları ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması  qaydaları ” na və “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə kargüzarlığın aparılmasına dair  Təlimat ” a və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin “ Həmkarlar ittifaqları təşkilatlarında kargüzarlığın aparılmasına dair tövsiyələr haqqında ” qərarlarını rəhbər tutaraq işini tənzimləyir;
  • Daxil olan sənədləri qəbul edir, qeydə  alır, aidiyyət üzrə bölüşdürür və icraçılara çatdırılmasını təmin edir;
  • Qəbul edilmiş qərarların göndərilməsini təmin edir; 
  • Sənədlərin, həmçinin vətəndaşların təklif, ərizə və şikayətlərinin vaxtında icra edilməsinə nəzarət edir;
  • Sənədlərin icra müddətinə nəzarət edir; 
  • İcra edilmiş sənədləri şöbələrdən tələb edir;
  • Sənədlərin surətlərini çıxarır, çoxaldır və təşkilatlara göndərilməsi işlərini həyata keçirir;
  • Sənədləri ardıcıllıqla sistemləşdirir və arxivə təhvil verilməsini təmin edir;
  • Sənədlərin saxlanılmasını və onlardan istifadə edilməsini təmin edir;
  • Kargüzarlıq işində üzv  təşkilatlara praktiki köməklik göstərir;
  • Vətəndaşların qəbulu, təklif, ərizə və şikayətlərini digər sənədlərdən ayrı qeydiyyata alınmasını təmin edir;
  • Vətəndaşların rəhbər işçilər və digər vəzifəli şəxslər tərəfindən qəbulunu təmin edir: