19 Dekabr 2018

Sorğu

Bizim işimizdən razısınız?

Nəticələr

Axtarış

Müraciət

Müraciət

 

 

Azərbaycan Respublikasının Prezidenti,
zati-aliləri cənab İlham Əliyevə


MÜRACİƏT

 

           Möhtərəm cənab Prezident!

           Biz, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Sizi 50 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, xoşbəxtlik, cansağlığı, səadət və ölkəmizin rifahı naminə apardığınız çətin və şərəfli işinizdə uğurlar arzulayırıq.

           Cənab Prezident!

           Respublikamıza rəhbərlik etdiyiniz müddətdə Azərbaycan özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır. Sizin rəhbərliyiniz altında ardıcıl və sistemli şəkildə həyata keçirilən çoxşaxəli islahatlar cəmiyyətin bütün sahələrində kardinal dəyişikliklərə səbəb olmaqla, hər bir ölkə vətəndaşının taleyində müstəsna rol oynamış, ictimai şüurun daha da demokratikləşməsinə gətirib çıxarmışdır. Cəmiyyətin müxtəlif təbəqələrinin mənafelərinin daha etibarlı müdafiəsi, ictimai qüvvələrin tarazlığının qorunub saxlanması, cəmiyyətə xas demokratik, özünüidarə meyillərinin formalaşması Azərbaycanın inkişaf etmiş qüdrətli dövlətə çevrilməsinə şərait yaratmışdır.
           Azərbaycanın bu gün ictimai-siyasi cəhətdən sabit, iqtisadi cəhətdən surətlə inkişaf edən ölkəyə çevrilməsində Sizin xidmətləriniz əvəzedilməzdir. Fəaliyyətinizdəki dövlət idarəçilik prinsipləri, imzaladığınız proqram xarakterli sənədlər, cəmiyyətimizin birliyi göstərir ki, ölkəmizin taleyi etibarlı əllərdədir. İşçilərin sosial vəziyyətinin yaxşılaşdırılması və ölkənin iqtisadi yüksəlişi istiqamətində atdığınız addımlar nəticəsində əldə edilən uğurlar Sizə olan inamı qat-qat artırır.

           Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirərək Siz respublika həmkarlar ittifaqlarının öz mövqelərini azad ifadə etməsi ucun bütün imkanları yaratmısınız. Son illər “Həmkarlar ittifaqı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Əmək və İnzibati Xətalar məcəllələrinə edilən əlavə və dəyişikliklərin tərəfinizdən dəstəklənməsi cənab Prezident, Sizin ölkə əhalisinin sosial müdafiəsinin təmin edilməsi, onların sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması sahəsində vaxtaşırı atdığınız addımlardandır.
           Sizin Azərbaycan vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılması sahəsində qəbul etdiyiniz fərman və sərəncamlar həmkarlar ittifaqı strukturlarının fəaliyyət dairəsini bir daha genişləndirmiş, ictimaiyyət arasında Azərbaycan həmkarlar ittifaqlarının nüfuzunu daha da artırmış, onu beynəlxalq həmkarlar ittifaqı hərəkatının fəal üzvünə çevirmişdir.


           Hörmətli Prezident!


           Biz, bir milyon altı yüz minə yaxın həm karlar ittifaqı üzvünü təmsil edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Sizin respublikamızda sabitliyin və milli birliyin, sosial ədalətin qorunub saxlanması, işçilərin əmək və sosial-iqtisadi hüquqlarının təmin olunması, rifah halının yaxşılaşdırılması istiqamətində qətiyyətli tədbirlərinizi həmişə dəstəkləyərək, bundan sonra da dəstəkləməkdə davam edəcəyik. Sizi əmin edirik ki, ölkəmizdə mövcud olan sağlam ictimai-siyasi mühitin qorunması və əməkçilərin sosial-iqtisadi həyat şəraitinin daha da yüksəlməsi ucun bundan sonra da var qüvvəmizlə çalışacağıq.
Sizi bir daha yarıməsrlik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, bütün işlərinizdə yeni-yeni nailiyyətlər arzu edirik.

 

Hör mətlə,
Azərbaycan Həm karlar İttifaqları
Konfederasiyasının sədri,
millət vəkili S. Mehbalıyev


Bakı şəhəri, 24 dekabr  2011-ci il