15 Noyabr 2018

Sorğu

Bizim işimizdən razısınız?

Nəticələr

Axtarış

Müraciət

Ümumi məlumat


          İttifaqın ali orqanı  5 ildə bir dəfə çağırılan qurultaydır. Qurultaylararası dövrdə həmkarlar ittifaqının ali orqanı Respublika Komitəsidir. Qurultayın çağırılması və gündəliyi haqqında qurultaydan 90 gün əvvəl elan olunur. Qurultaya nümayəndəlik norması və nümayəndələrin seçilməsi qaydası Respublika komitəsi tərəfindən müəyyən olunur.
         Qurultay nümayəndələrinin səlahiyyəti seçilmiş həmkarlar ittifaqı orqanının səlahiyyəti müddətinə saxlanılır. Seçilmiş orqan  üzvlərinin üçdə bir hissəsi tələb etdikdə növbədənkənar qurultay (konfrans) çağırılır və onun gündəliyi, keçirilməsi haqqında qərar ən azı  30 gün əvvəl elan olunur.