15 Noyabr 2018

Sorğu

Bizim işimizdən razısınız?

Nəticələr

Axtarış

Müraciət

Məclisin səlahiyyəti

                                                              
Respublika Komitəsinin Məclisi aşağıdakı məsələlərlə əlaqədar qərarlar qəbul edir:
 
- konfransın (qurultayın) çağırılması haqqında;
- konfransın (qurultayın) gündəliyi, reqlamenti, hesabat məruzəsi və qərar layihəsi haqqında;
- konfransa (qurultaya) nümayəndəlik norması və nümayəndələrin seçil­mə­­si qaydaları haqqında;
- Respublika Komitəsi aparatının strukturu haqqında;
- Respublika Komitəsinin reqlamenti və Rəyasət Heyəti haqqında;
- Respublika Komitəsi üzvünün statusu haqqında;
- Assosiasiyaların, bölmələrin, komissiyaların yaradılması və onların tər­ki­bi­nin təsdiq edilməsi haqqında;
- Respublika Komitəsinin büdcəsi, gəlir və xərclər smetası haqqında;
- Respublika Komitəsi sədrinin, müavinlərinin və üzvlərinin seçilməsi və ya azad olunması haqqında;
- Respublika Komitəsi üzvləri sırasından Rəyasət Heyətinin seçilməsi haq­qın­da;
- Həmkarlar ittifaqının rəmzləri haqqında;
- Həmkarlar ittifaqının fərqlənmə nişanları və onların əsasnamələri haqqında;
- Həmkarlar ittifaqı üzvlərinin mənəvi və maddi həvəsləndirmə sistemi haq­qında;
- Ərazi və ilk həmkarlar ittifaqı təşkilatları işçilərinin əmək haqqı üzrə normativlərinin müəyyənləşdirilməsi haqqında;
- Həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinə aid olan normativ sənədlərin qəbul edilməsi haqqında;
- Nəşriyyat fəaliyyətinin həyata keçirilməsi haqqında;
- Ərazi və ilk həmkarlar ittifaqı təşkilatlarının nizamnaməyə zidd qərarlarının ləğv edilməsi haqqında;
- Şöbə müdirlərinin təsdiq və ya azad olunması ilə bağlı Rəyasət Heyətinin qərarının təsdiq olunması haqqında;
- Həmkarlar ittifaqı ilə əlaqədar müxtəlif məsələlər haqqında.