24 May 2018

Sorğu

Nəticələr

Axtarış

Müraciət

Rəyasət Heyəti- Ümumi məlumat

     
           Rəyasət Heyəti məclislərarası müddətdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının cari məsələlərini həll etmək üçün Məclisdə seçilir. Rəyasət Heyəti Respublika Komitəsinin Məclisinə hesabat verir və onun qarşısında məsuliyyət daşıyır.
           Rəyasət Heyətinin tərkibinə Respublika Komitəsinin sədri, onun müavinləri və Məclis tərəfindən seçilmiş digər üzvlər daxildir. Say tərkibi də Məclis tərəfindən müəyyən edilir. Rəyasət Heyəti üzvlərinin üçdə ikisinin iştirak etdiyi iclaslar səlahiyyətlidir.
           Respublika Komitəsinin Rəyasət Heyətinin iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir və  üzvlərinin üçdə ikisindən az olmayaraq iştirak edirsə qərar qəbul etməyə səlahiyyətlidir. Rəyasət Heyətinin tərkibinə seçilməyən Respublika Komitəsinin üzvləri onun iclaslarında məşvərətçi səs hüququ ilə iştirak edə bilərlər. Rəyasət Heyətinin qərarları səsvermədə iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir.
           Məclislərarası müddətdə Respublika Komitəsinin sədri və müavinləri Rəyasət Heyətinə hesabat verir və onun qarşısında məsuliyyət daşıyır.