2024-cü il 6 noyabr tarixində Elm və Təhsil Nazirliyinin tabeliyindəki Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun akt zalında
2024-cü il 6 noyabr tarixində Elm və Təhsil Nazirliyinin tabeliyindəki Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun akt zalında "Zəfər Günü"nə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Tədbirin açılışını Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Habil Qurbanov etmişdir.Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlamışdır.
Tədbirdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev iştirak etmiş və geniş məzmunlu çıxış etmişdir. O, 44 günlük Vətən Müharibəsinin məğrur zəfərini və bu qələbənin xalqımız üçün tarixi əhəmiyyətini ətraflı şərh edərək, ordumuzun rəşadətini və Azərbaycan xalqının sarsılmaz iradəsini diqqətə çatdırmışdır. Araz Paşayev çıxışında Prezident İlham Əliyevin Zəfər və ordumuzun qəhrəmanlığı ilə bağlı fikirlərindən sitatlar gətirərək, rəhbərliyin bu tarixi hadisəyə verdiyi yüksək dəyəri vurğulamışdır.
ATİAHİ sədri tədbirdə Respublika Komitəsinin son fəaliyyətlərindən də bəhs etmiş, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğını xüsusilə qeyd etmişdir. O, həmçinin alimlərin və təhsil işçilərinin sosial və peşəkar rifahının yaxşılaşdırılması istiqamətində aparılan geniş miqyaslı layihələr və tədbirlər haqqında məlumat vermişdir.

Tədbirdə ilk Həmkarlar Təşkilatlarının sədrləri, I və II Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər və müharibə veteranlarından ibarət 70 nəfər iştirak etmişdir. Tədbirin sonunda, iştirakçılara maddi dəstək göstərilmiş və bu, onların səmimi təşəkkür və razılıqla qarşılanmasına səbəb olmuşdur.

Contact us

© 2024 Atiahi.org. All rights reserved
site by webline logo