Azərbaycan həmkarlar ittifaqları “YAŞAT” Fonduna 658 870 manat vəsait köçürüb
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün Azərbaycan Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb.

Böyük humanitar missiyanı özündə ehtiva edən Fonda könüllü ödəmələr dayanmadan davam edir. Bu, cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir.

Azərbaycan həmkarlar ittifaqları da Fondun hesabına ianələr edirlər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatları tərəfindən müxtəlif vaxtlarda Fondun hesabına 608 870 manat vəsait köçürülüb.

Bu işlərin davamı olaraq AHİK-in İcraiyyə Komitəsinin 4 mart 2022-ci il qərarı ilə daha 50 000 manat vəsait Fondun hesabına köçürülüb.

Contact us

© 2024 Atiahi.org. All rights reserved
site by webline logo