Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Məclisinin onlayn formatda iclası keçirilib
Noyabrın 7-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Məclisinin onlayn formatda iclası keçirilib. 
Tədbirdə Məclis üzvləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin məsul şəxsləri iştirak ediblər.
 Respublika Komitəsinin sədri Araz Paşayevin rəhbərliyi ilə keçirilən iclasın gündəliyində duran bir sıra təşkilati məsələlər ətraflı müzakirə edilib.
İclasda gündəlikdə duran hər bir məsələ ilə bağlı səsvermə yolu ilə qərarlar qəbul edilib.
Keçirilmiş səsvermədə Tehranağa Abdullayev Respublika Komitəsi sədrinin birinci müavini, Turanə Kərimova sədr müavini vəzifələrinə seçiliblər.
İclasın sonunda cari işlər və gələcək fəaliyyət planı ilə bağlı müzakirələr aparılıb, məclis üzvlərinin sualları dinlənilib və qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.
Sonda Respublika Komitəsinin sədri Araz Paşayev yeni seçilən sədr müavinlərinə və Məclis üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Contact us

© 2024 Atiahi.org. All rights reserved
site by webline logo