Dağlıq Şirvan Regional Təhsil İdarəsi ilə Kollektiv Müqavilə imzalanıb
Dağlıq Şirvan Regional Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayon komitələrinin müdirləri arasında keçirilən görüşdə 2023-2025-ci illər üçün kollektiv müqavilə imzalanıb.
Müqaviləni Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev və komitə sədrləri imzalayıb.
Görüş zamanı Azərbaycan Elm və Təhsil Nazirliyi ilə ATİAHİ Respublika Komitəsi arasında imzalanmış Kollektiv Saziş, rayon komitələri ilə regional təhsil idarələri arasında imzalanan Kollektiv Müqavilə çərçivəsində görülən işlərdən danışılıb. Həmçinin növbəti illər ərzində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Contact us

© 2024 Atiahi.org. All rights reserved
site by webline logo