Naxçıvanda sosial qayğıya ehtiyacı olan 1250 ailəyə bayram sovqatları verilib
Prezident İlham Əliyevin diqqəti və tapşırığı ilə ölkəmizdə sosial layihələrin icrası diqqət mərkəzindədir. Bütün bayramlarda və dövlətimiz üçün digər əlamətdar günlərdə aztəminatlı, şəhid, qazi və digər həssas qruplardan olan ailələrə sovqat və yardımlar təqdim olunur.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Novruz bayramı ərəfəsində digər bölgələrlə yanaşı, Naxçıvanda da yaşayan 1250 aztəminatlı ailə üçün ərzaq bağlamalarından ibarət yardım təşkil olunub və təyinatı üzrə ünvanlara yola salınıb.

Yola salınma mərasimində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak edib.

Contact us

© 2024 Atiahi.org. All rights reserved
site by webline logo