Salyan-Şirvan Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə bağlanıb
Salyan-Şirvan Regional Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şirvan şəhər, Salyan, Hacıqabul, Neftçala və Biləsuvar rayon komitələrinin sədrləri arasında 2023-2025-ci illər üçün kollektiv müqavilə imzalanıb. Salyan-Şirvan Regional Təhsil İdarəsində təşkil edilmiş mərasimdə ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə də iştirak edib. Tədbirdə çıxış edən M.Cəfərzadə Azərbaycan Elm və Təhsil Nazirliyi ilə ATİAHİ Respublika Komitəsi arasında imzalanmış Kollektiv Saziş, rayon komitələri ilə regional təhsil idarələri arasında imzalanan kollektiv müqavilə çərçivəsində görülən işlərdən danışıb, tövsiyələrini verib. Həmçinin növbəti illər ərzində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdə həmçinin Salyan-Şirvan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, ATİAHİ rayon komitələrinin sədrləri çıxış ediblər.
 
 

 

Contact us

© 2024 Atiahi.org. All rights reserved
site by webline logo