Yay məktəbi çərçivəsində ağacəkmə aksiyası keçirilib
Azərbaycan Respublikasının Prezidentinin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi”nin “Təhsil” İstirahət Mərkəzində təşkil etdiyi “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda yay məktəbi çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Xaçmaz rayonunda keçirilən tədbir zamanı ölkəmizin ev sahibliyi edəcəyi mötəbər beynəlxalq tədbir – Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının şərəfinə 29 ağac əkilmişdir. 

Təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, yaşıllıqları artırmaq və ekoloji tarazlığın bərpasına kömək etmək məqsədilə təşkil olunan aksiyada Komitə əməkdaşları, tələbələr və media nümayəndələri iştirak edib.

Contact us

© 2024 Atiahi.org. All rights reserved
site by webline logo