AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmazda yerləşən istirahət mərkəzlərində olub

AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmazda yerləşən istirahət mərkəzlərində olub

Avqustun 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev növbəti dəfə həmkarlar ittifaqlarının Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən istirahət mərkəzlərinə baş çəkib.Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasının “Xəzər” İstirahət Mərkəzinə gələn S.Möhbalıyev burada istirahət edənlərin qaldığı korpus otaqlarını və kottecləri gəzib, onların dincəlməsi üçün yaradılmış şəraitlə yaxından tanış olub, yeməkxanaya və mətbəxə baxış keçirib, ərazini gəzib, yeni tikilmiş kotteclərə baxıb. AHİK sədri həmçinin mərkəzdə istirahət edən insanlarla söhbətləşib, istirahətləri ilə maraqlanıb, fikirlərini və təkliflərini öyrənib.“Şahdağ” İstirahət Mərkəzində olarkən AHİK sədri istirahət üçün yaradılmış şəraitlə tanış olub, mərkəzin ərazisini gəzib, yeməkxanaya və mətbəxə baxış keçirib. İstirahət edənlər Səttar Möhbalıyevlə söhbət zamanı yaradılmış şəraitdən razı qaldıqlarını bildiriblər.Növbəti baxış Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının “Ülfət” İstirahət Mərkəzində keçirilib. 2010-cu ildə inşa olunan istirahət mərkəzində kotteclər və istirahət korpusları, idman meydançaları, hovuz, geniş park qonaqların istifadəsindədir. Həmçinin burada bu ildən etibarən 30 yerlik yeni yaşayış korpusu istifadəyə verilib. Mərkəzdə eyni vaxtda 98 nəfər, mövsüm ərzində isə 1000 nəfərdən artıq insanın istirahət etməsi üçün hər cür şərait var. AHİK sədri mərkəzin ərazisində salınmış meyvə bağına da baxıb. Bildirilib ki, bağda iqlimə xarakterik olan hər cür meyvə ağacları, o cümlədən alma, armud, şaftalı, albalı, gilas, badam və s. ağaclar əkilib və istirahət edənlər sərbəst şəkildə meyvələrdən dadırlar. Baxış zamanı AHİK sədri dəmiryolçuların “Lokomotiv” İstirahət Mərkəzi ilə də tanış olub. Bildirilib ki, burada ziyarətçilərin normal istirahəti üçün hər şərait mövcuddur. AHİK sədri kotteclərə baxıb, mərkəzin ərazisini gəzib, dincələnlərlə söhbətləşib.Ardınca AHİK sədri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “Təhsil” İstirahət Mərkəzinə gəlib. 2013-cü ildə istifadəyə verilən istirahət kompleksi 10 hektardan artıq ərazini əhatə edir. Buraya iki üçmərtəbəli yaşayış korpusları, kotteclər, yeməkxana, idman zalı, futbol və voleybol meydançaları, açıq və qapalı hovuzlar, ilkin tibbi yardım otağı, internet-klub, konfrans zalı və digər obyektlər daxildir. Mərkəzdə eyni vaxtda 570-dən artıq şəxs istirahət edir. Dörd tərəfdən meşə massivi ilə əhatə olunan istirahət mərkəzinin ərazisindən keçən çay və ərazinin biomüxtəlifliyinin qorunub saxlanması buranı istirahət üçün əlverişli məkana çevirir. İstirahət mərkəzinə baxış keçirən AHİK sədri burada yaradılmış şəraitlə tanış olub, texniki təhlükəsizlik qaydalarına və təmizliyə ciddi əməl olunmasını tapşırıb. Səttar Möhbalıyev həmçinin bu il istifadəyə verilən 220 yerlik yaşayış korpusuna da baxış keçirib.Jurnalistlərə müsahibəsində AHİK sədri bildirib ki, ölkə vətəndaşlarının sağlamlıqlarının qorunması, istirahətinin mənalı təşkili dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir: “Bu məqsədlə ölkədə ildən-ilə sağlamlıq və istirahət mərkəzlərinin sayı artırılır, dövlətimiz tərəfindən insanların rahat şəkildə istirahət etməsi üçün hər cür şərait yaradılır. Bu sahədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırlar. Belə ki, ittifaq üzvlərinin istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının qorunması və möhkəmləndirilməsi, məzuniyyət dövrünün daha səmərəli və mənalı təşkili üçün əlimizdən gələn hər şeyi edirik. Bu gün ölkəmizin səfalı guşələrində onlarla istirahət mərkəzləri, sanatoriya-kurort müəssisələri, sağlamlıq düşərgələri fəaliyyət göstərir. Hər il həmkarlar ittifaqlarının minlərlə üzvü ailələri ilə birlikdə yollayışlarla təmin edilir, onların normal istirahətləri üçün hər cür şərait yaradılır”.“Biz istirahət mərkəzlərindəki şərait, obyektlərin necə saxlanılması, texniki təhlükəsizlik qaydalarına riayət, xidmət səviyyəsi ilə daim maraqlanırıq. Mən, demək olar ki, hər il istirahət mərkəzlərinə, sanatoriyalara baş çəkirəm. Biz istəyirik ki, gələn qonaqlar buradan xoş təəssüratlarla ayrılsınlar, onlar üçün yaradılmış şəraitdən məmnun qalsınlar. Həmçinin qeyd edim ki, həmkarlar ittifaqlarının istirahət mərkəzlərində yüzlərlə vətəndaşımız daimi və mövsümü işlərlə təmin olunub”, – deyə AHİK sədri vurğulayıb.1-2.jpg 535.36 KB3-2.jpg 386.36 KB5.jpg 411.24 KB6.jpg 392.66 KB7.jpg 225.01 KB8.jpg 206.48 KB9.jpg 404.36 KB

11.08.2023

ATİAHİ Respublika Komitəsinin nümayəndə heyəti Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin XV Forumunda iştirak edib

ATİAHİ Respublika Komitəsinin nümayəndə heyəti Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin XV Forumunda iştirak edib

Qazaxıstanın Türküstan vilayətində Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) XV Forumu keçirilib. Forumda Azərbaycanı ATİAHİ Respublika Komitəsinin katibi, Əməkhaqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Makedoniya, Rumıniya və Şimali Kipr Türk Cümhuriyyətindən olan nümayəndələrin də iştirak etdiyi tədbirdə Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin və Türk Egitim-Senin sədri Talip Geylan UAESEB-nin yaradılmasının məqsədlərindən, funksiyalarından, həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, Türkdilli ölkələr arasında əlaqələr bütün sahələri əhatə etməklə yüksələn xətlə inkişaf etməkdədir. O bildirib ki, rəhbəlik etdiyi qurum türkdilli dövlətlər arasında mövcud olan münasibətlərin daha da dərinləşməsində, təhsil sahəsində əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynamaqdadır.Forumda ATİAHİ Respublika Komitəsinin katibi, Əməkhaqqı və sosial müdafiə şöbəsinin müdiri Z.Məmmədov da çıxış edib. Forum iştirakçılarını AHİK-in sədri, millət vəkili Səttar Möhbaliyevin adından salamlayan Z.Məmmədov Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar, ATİAHİ-nin ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı gördüyü işlərdən danışıb. Bildirib ki, təşkilatımızın əsas məqsədləri təhsil sektorunda çalışan işçilər və təhsil alanlarla müəssisə rəhbərləri arasındakı əmək münasibətlərinin normal məcrada qurulması, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları ilə bağlı yarana biləcək ziddiyyətlərin aradan qaldırılmasında və qanuni mənafelərinin qorunması istiqamətində öz töhfələrimizi verməkdir. Z.Məmmədov vurğulayıb ki, bu işlərin həyata keçirilməsində təşkilat beynəlxalq təcrübədən də geniş istifadə edir. Bu baxımdan ATİAHİ Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin fəaliyyətinə böyük önəm verir: “2006-cı ildə təsis olunmuş və türkdilli ölkələrdə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarını özündə birləşdirən Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyi fəaliyyəti dövründə bir sıra nailiyyətlərə imza atıb. Bu birlik onlarla böyük elmi konfranslar təşkil edilib, bu konfranslar yüzlərlə türkdilli gənc alimlərin yetişməsinə vəsilə olmuş, onların elm sahəsində beynəlxalq arenaya çıxmasına şərait yaratmışdır. Hesab edirəm ki, bu cür elmi konfranslar müasir elmi tədqiqatların məhsulu olan ən son yenilikləri təkcə türkdilli ölkələr arasında deyil, bütün dünyada bu dildə danışan hər bir kəslə bölüşməyə şərait yaradır. Həmçinin birliyə daxil olan təşkilatlar həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin qorunması sahəsində bir-biri ilə yaxından əməkdaşlıq edərək öz təcrübələrini bölüşürlər. Bu baxımdan əminliklə demək olar ki, təşkilat uğurlu fəaliyyət göstərmiş və keçən müddət ərzində qarşısına qoyduğu məqsədlərə nail ola bilmişdir”. Birliyə daxil olan təşkilatların qardaş ölkələrin təmsilçiləri olduğunu qeyd edən Z.Məmmədov II Qarabağ müharibəsi zamanı türkdilli ölkələrin Azərbaycanın haqq savaşına verdiyi dəstəyi xatırladaraq qeyd edib ki, Azərbaycan xalqı türkdilli ölkələrin bu qardaşlıq mövqeyini heç vaxt unutmayacaq.Digər çıxış edənlər – Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Aygül Mukaşeva, Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Asilbek Toktoqulov, Şimali Makedoniya İnformasiya və İdarəetmə nazirinin müşaviri, Üfüq Dərnəyinin sədri Elvin Hasan, Kipr Türk Məmur-Senin sədri Akın Manqa, Rumıniya Türk Demokrat Birliyi Təhsil Komissiyasının sədri Vildan Bormambet və başqaları ölkələrində həmkarlar ittifaqlarının fəaliyyətindən, cəmiyyətin inkişafında rolundan, ölkənin ictimai həyatında xidmətlərindən söz açıblar. Həmçinin UAESEB-nin ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfələrdən danışıblar. Tədbirin sonunda UAESEB-nin XV Forumunun yekun Bəyanatı səsə qoyularaq qəbul edilib.WhatsApp Image 2023-07-18 at 11.55.38.jpeg 153.22 KB

19.07.2023

ATİAHİ Respublika Komitəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

ATİAHİ Respublika Komitəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

İyunun 6-dan 11-dək Qazaxıstanın Astana şəhərində Təhsil İşçilərininBeynəlxalq Konfransı keçirilib.Konfransda Azərbaycan, Belarus, Rusiya, Qırğızıstan və Tacikistanın təhsil işçiləri iştirak ediblər. Müasir dövrdə təhsilin vəziyyəti, bu sahədə tətbiq olunan yeniliklər, movcud təhsil sistemlərinin yeni çağırışlara uyğunluğu və digər məsələlər tədbirdə müzakirə mövzusu olub.Ölkəmizi konfransda ATİAHİ Xətai rayon komitəsinin sədri Maisə Hacıyeva və Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva təmsil edib. Hər iki iştirakçı tədbirdə çıxış edib, ölkəmizin təhsil sistemindən, bu sahəyə olan dövlətin diqqət və qayğısından, azərbaycanlı gənclərin uğurlu göstəricilərindən danışıblar. Onlar həmçinin aparılan müzakirələrdə fikirlərini bölüşüblər.IMG-20230611-WA0028.jpg 147.97 KBIMG-20230611-WA0026.jpg 133.63 KBIMG-20230611-WA0025.jpg 85.66 KB

21.06.2023

Şəki şəhərində “Milli Qurtuluş günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi” mövzusunda zona konfransı keçirilib

Şəki şəhərində “Milli Qurtuluş günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi” mövzusunda zona konfransı keçirilib

00Şəki şəhərində 15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar “Milli Qurtuluş günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi” mövzusunda zona konfransı keçirilib. ATİAHİ Respublika Komitəsi və ATİAHİ Şəki rayon komitəsinin təşkilatçılığı ilə keçirilmiş konfrans Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında təşkil olunub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, ADPU-nun Şəki filialının direktoru Rafiq Rəsulov, ATİAHİ Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir rayon komitələrinin sədrlər və həmkarlar ittifaqı fəalları iştirak edib. Tədbiri ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva açaraq qeyd edib ki, ATİAHİ Respublika Komitəsi və onun xidmətinə daxil olan şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələri tərəfindən “Heydər Əliyev ili”nə həsr edilmiş silsilə tədbirlər keçirilir. Bu tədbirlərin il ərzində davam etdirilməsi nəzərdə tutulub. Z.Xasiyeva “Milli Qurtuluş günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi” mövzusunda zona konfransının da bu tədbirlərdən biri olduğunu diqqətə çatdırıb. Konfransda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, ADPU-nun Şəki filialının direktoru Rafiq Rəsulov və başqaları çıxış edib. Çıxışçılar 15 iyun – Milli Qurtuluş Gününün tarixindən danışıb, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin əldə olunması, qorunub saxlanılmasındakı xidmətlərindən danışıblar. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Ötən dövrdə ictimai-siyasi, iqtisadi və mədəni həyatımızın bütün sahələrində əldə edilmiş dirçəliş məhz Milli Qurtuluş Gününün bəhrəsidir. Elə bu səbəbdən də hər bir Azərbaycan vətəndaşı iyunun 15-ni – ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışını – Milli Qurtuluş Gününü ümumxalq bayramı kimi qeyd edir. Bu gün Azərbaycan etibarlı əllərdədir. Ümummilli Liderin siyasi irsinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, inamlı, son dərəcə cəsarətli, eyni zamanda tarazlı, xalqının milli maraqlarına xidmət edən daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır, etibarlı tərəfdaş ölkə kimi respublikamızın nüfuzu dünyada durmadan artır.Tədbirin sonunda ATİAHİ Şəki rayon komitəsinin təşkilatçılığı ilə keçirilmiş idman yarışlarının qaliblərinə, eləcə də həmkarlar ittifaqı fəallarına fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib. WhatsApp Image 2023-06-09 at 15.07.18.jpeg 175.46 KB

09.06.2023

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib. ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı, ATİAHİ Nəsimi rayon komitəsinin ev sahibliyi ilə Bakı şəhəri 266 saylı tam orta məktəbdə təşkil edilən konfrans “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusuna həsr olunub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Nəsimi, Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Pirallahı, Nərimanov rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhunun yad edilməsi ilə başlanan konfransda Ümummilli lider Heydər Əliyevlə bağlı video çarxın nümayiş etdirilib. Konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, ATİAHİ Nəsimi rayon komitəsinin baş mütəxəssisi Yeganə Rəhimova, 211 №-li tam orta məktəbin müəllimi, ATİAHİ Nəsimi rayon komitəsinin Təftiş Komissiyasının üzvü Afaq Hacıyeva, ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov, ATİAHİ Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov və başqaları çıxış edib. Çıxış edənlər Ulu Öndərin Azərbaycanın müstəqilliyinin əldə olunması, qorunub saxlanması, ölkədə bütün sahələrin, o cümlədən həmkarlar ittifaqları sahəsinin inkişafında əvəzsiz xidmətlərindən danışıblar. 

05.06.2023

ATİAHİ-nin bir qrup üzvünə

ATİAHİ-nin bir qrup üzvünə "AHİK-in 30 illiyi yubiley döş nişanı" təqdim olunub

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının bir qrup əməkdaşına “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illiyi Yubiley döş nişanı” təqdim edilib. Tədbirdə çıxış edən ATİAHİ Respublika Komitəsi sədrinin birinci müavini Hümbət Nağıyev təltif olunanları AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin adından təbrik edib. Azərbaycanda həmkarlar ittifaqı hərəkatının yaranması və keçdiyi tarixi inkişaf yolundan, təşkilatın həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı gördüyü işlərdən danışan H.Nağıyev qeyd edib ki, Azərbaycanda yaradılan demokratik mühit, insan hüquq və azadlıqlarına ali münasibət, vətəndaş cəmiyyətinin inkişafına göstərilən yüksək dəstək AHİK-in də sərbəst və müstəqil fəaliyyətinə geniş imkanlar açır. Həmkarlar ittifaqları bu gün vətəndaşların hüquqlarının müdafiəçisi kimi sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Həmçinin əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində fəal iş aparılır.Sonra H.Nağıyev təltif olunanlara yubiley döş nişanlarını təqdim edib.Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə təşəkkürlərəni bildiriblər.  

24.05.2023

Sumqayıt şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirilib

Sumqayıt şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirilib

Sumqayıt şəhərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə  “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirilib. Konfransda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ-nin Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Laçın, Zəngilan rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. İclasda çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə  bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib etmiş və həyata keçirirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin keçirilməsinə başlayıb. Zona konfransı da Respublika Komitəsinin silsilə tədbirlərindən biridir.  Sonra M.Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Konfransda çıxış edən Abşeron rayon komitəsinin sədri Vahid Əliyev, Sumqayıt şəhər komitəsinin sədri Xudaverdi Əliyev və başqaları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıblar. Qeyd olunub  ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.IMG_0004.JPG 1.46 MBIMG_0005.JPG 1.5 MBIMG_0006.JPG 1.29 MB

20.05.2023

Bərdə şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib

Bərdə şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda növbəti regional konfransını Bərdə rayonunda keçirib. Qarabağ Regional Təhsil İdarəsində keçirilən tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, ATİAHİ-nin Bərdə, Beyləqan, Saatlı, Beyləqan, Ağcabədi, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Yevlax rayon komitələrinin sədrləri iştirak edib. Konfrans iştirakçıları əvvəlcə Bərdə rayon Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyublar. Sonra iştirakçılar Qarabağ Regional Təhsil İdarəsinin qarşısında regionun təhsil müəssisələrinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.  İclasda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, ATİAHİ Ağdam rayon komitəsinin sədri Xalidə Həsənova və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıblar. Qeyd olunub  ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. IMG_9989.JPG 1.23 MBIMG_9983.JPG 1.31 MBIMG_0003.JPG 1.3 MBIMG_0004.JPG 1.24 MBIMG_0007.JPG 1.35 MBIMG_0010.JPG 1.2 MBIMG_9978.JPG 1.4 MB

12.05.2023

AHİK rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

AHİK rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Mayın 10-da – dövlətimizin qurucusu və banisi, xalqımızın xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü günündə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların sədrləri və əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri düzülüb.Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.6-7.jpg 515.11 KB3-11.jpg 504.4 KB5-7.jpg 518.25 KB

10.05.2023

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan müsabiqə-festivalın yekun konserti keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan müsabiqə-festivalın yekun konserti keçirilib

Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr və digər qonaqlar iştirak ediblər.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.Tədbirdə Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində respublikamızın həyatında gördüyü misilsiz işlərdən, o cümlədən kənd təsərüffat və sənaye sahəsinin inkişafında xidmətlərindən, elm və təhsilə olan diqqətindən, azərbaycanlı tələbələrin ittifaqının nüfuzlu ali təhsil müəssisələrinə oxumaq üçün göndərilməsindən, Bakıda hərbi liseyin açılmasından, ədəbiyyat və incəsənət xadimlərinə qayğısından, eləcə də müstəqil yaşamağı bacaran Azərbaycanı formalaşdırmasından danışılıb. Həmçinin Ümummilli Liderin müasir müstəqil Azərbaycanı qurmasından, xilaskarlıq missiyasından, dövlət quruculuğu strategiyasından, onun müəllifi olduğu siyasi kursun dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurlu davamı və bugünkü parlaq nəticələrindən bəhs olunub.Ardınca konsertdə ali təhsil müəssəsələrinin tələbələrinin ifasında müxtəlif musiqi və rəqs nömrələri, şerlər səsləndirilib.Müsabiqə-festivalda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin (musiqi təmayüllü ali təhsil müəssisələri istisna edilməklə) əyani şöbələrində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı solo ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, musiqiçilər, həmçinin orkestr və ansambllar (xor, xalq çalğı alətləri, estrada, vokal-instrumental, simli alətlər, aşıqlar və s.), rəqs kollektivləri (milli, müasir, bal və s.), solo ifaçılar (bədii qiraətçilər, müxtəlif musiqi alətlərində ifa edən fərdi ifaçılar, solo ifaçılar və s.) iştirak ediblər. Bədii yaradıcılıq müsabiqə-festivalına ümumilikdə respublika üzrə 25 ali təhsil müəssisəsi qatılıb.Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə təşkil olunan bədii yaradıcılıq festivalı 2004-cü ildən başlayaraq hər il keçirilir. Layihənin məqsədi tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir. Festival həmçinin tələbələrin mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır. Eyni zamanda festivalın keçirilməsi tələbə həmkarlar ittifaqı komitələrinin tələbələrin asudə vaxtlarının səmərəli və mənalı təşkilində, tələbə gənclərin cəmiyyət tərəfindən qəbul edilməyən mənfi hallara meylinin qarşısını almağa yönəldilib.9-1.jpg 119.33 KB8-2.jpg 141.47 KB7-3.jpg 152.28 KB6-5.jpg 150.97 KB4-5.jpg 173.72 KB3-5.jpg 168.64 KB2-5.jpg 109.11 KB1-6.jpg 223.58 KB

07.05.2023

Heydər Əliyev ideyaları Azərbaycanın davamlı inkişafının əsas təməlidir

Heydər Əliyev ideyaları Azərbaycanın davamlı inkişafının əsas təməlidir

Müasir Azərbaycanın banisi, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini təntənəli şəkildə qeyd edirik. Tanrının Azərbaycan xalqına bəxş etdiyi bu nadir şəxsiyyətlə öyünməyə, qürurlanmağa, fəxr etməyə haqqımız çatır. Çünki Ümummilli Lider Azərbaycanın bir dövlət kimi dünyada tanınması, inkişafı, xalqının xoşbəxt-firavan yaşaması üçün ömrünü qurban verib desək, yanılmarıq.Ulu Öndər “Mən həyatımda üç şeyə: Yaradanıma, zəhmətimə və bir də xalqıma arxalanmışam” müdrik kəlamını əbəs yerə işlətməyib. Dünyaya azərbaycanlı kimi gəldiyi üçün yaradana minnətdar olan Heydər Əliyev hər zaman azərbaycanlı olduğu üçün fəxr edib və dövləti, xalqı üçün əvəzedilməz işlər görüb. Tanrı isə bu yolda ona müdriklik, aqillik, qətiyyət, əyilməzlik, yenilməzlik, ensiklopedik yaddaş kimi keyfiyyətlər bəxş edib. Xalqına isə ona görə arxalanıb ki, bütün dövrlərdə Azərbaycan xalqı Ümummilli Liderə inanıb, güvənib, yürütdüyü siyasəti dəstəkləyib və hər zaman onun yanında olduğunu bəyan edib.Məhz bu səbəbdən hər kəs Ulu Öndəri Azərbaycan xalqının milli sərvəti, onun qismətinə düşmüş Tanrı payı hesab edir. Bütün mənalı ömrünü xalqa xidmətə həsr edən Ümummilli Lider Heydər Əliyevin böyüklüyünü və əzəmətini xalqımız zaman keçdikcə daha dərindən dərk edir, dahi şəxsiyyətin ömrü qəhrəmanlıq, Vətənə və xalqa sədaqətli xidmət missiyası kimi dəyərləndirilir.Tənəzzüldən intibaha və ya yeni inkişaf dövrünün başlanğıcıVətəninə sonsuz bağlılığı, dövlətinə, dövlətçiliyə sadiqliyi, millətinə sevgisi Ulu Öndərə həqiqətən də ümumxalq sevgisi qazandırmışdır. Doğma Azərbaycana rəhbərlik etdiyi illərdə titanik fəaliyyəti nəticəsində demək olar ki, ölkəmiz tənəzzüldən intibaha, bataqlıqdan işıqlı sabaha çıxmışdır.Dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr iki mərhələyə bölünür – 1969-1982-ci  və 1993-2003-cü illər. Hər iki dövrdə Ulu Öndərin hakimiyyətə gəlişi ölkənin və vətəndaşların acınacaqlı durumda, səfalət içində, çətin vəziyyətdə yaşadığı dönəmlərdən keçib. Hər iki dövrün reallığı isə inkişaf, quruculuq, yüksək rifah, xilaskarlıq, qurtuluş olub.Ulu Öndər xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub.XX yüzilliyin 60-cı illərində Azərbaycanda durğunluq hökm sürürdü, respublika sosial-iqtisadi göstəricilərinə görə sovet ittifaqı miqyasında,  15 respublika daxilində 14-cü yerdə qərarlaşmışdı. Bu acınacaqlı vəziyyətə  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra son qoyuldu. Həmin ildən Azərbaycanda yeni dövr başladı və qısa olaraq onu demək kifayətdir ki, məhz 1969-1982-ci illər Azərbaycan tarixinə intibah dövrü kimi yazıldı.Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü respublikamızın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Bu illərdə Ümummilli Liderin milli-mədəni inkişaf və tarixi yaddaşımızın bərpası istiqamətində gördüyü misilsiz işlər xalqımızda milli ruhun canlanmasını, özünüdərki və soy-kökə qayıdışı təmin etdi.Görkəmli şəxsiyyət Heydər Əliyevin fəaliyyətinin özəyində xalqına, dövlətinə və Vətəninə olan sonsuz sevgi dayanırdı. O, xalqa verdiyi bütün sözlərin, vədlərin mahiyyətini dərindən dərk edirdi və üzərinə götürdüyü bütün öhdəlikləri müdrikliyi, peşəkarlığı, uzaqgörənliyi ilə müsbət sonluqla şərəflə yerinə yetirirdi.Ulu Öndər sosial-iqtisadi göstəricilərinə görə sovet ittifaqı miqyasındakı  15 respublika daxilində 14-cü yerdə qərarlaşan Azərbaycanı qısa zaman ərzində 4-cü pilləyə yüksəltdi. Bütün bunlar uzaqgörən liderin düşünülmüş yüksəliş konsepsiyası əsasında reallaşdı.On üç ilin möhtəşəm nailiyyətləriBəs bu proses, yəni qısa zamanda bu uğur necə reallaşdı?1969-1982-ci illər ərzində Ulu Öndərin inkişaf konsepsiyası çərçivəsində Azərbaycanda reallaşan sosial-iqtisadi layihələrə nəzər yetirsək, bu uğurların necə əldə olunduğuna şahidlik edərik.Məhz bu illər ərzində Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikada 250-dən çox zavod, fabrik, istehsal sexləri, obyektlər istifadəyə verildi, 630 min yeni iş yeri açıldı. Sənaye istehsalı 2,7 dəfə, tələbat mallarının istehsalı 3 dəfə, kənd təsərrüfatı istehsalı 2,7 dəfə, taxıl, pambıq, üzüm, ipək, tərəvəz, tütün, bostançılıq məhsulları istehsalı sahəsində məhsuldarlıq 1,8 – 2,6 dəfə artdı, heyvandarlıqda artım isə 2,7 dəfə oldu. Taxıl istehsalı 573,9 min tondan 1 milyon 211,3 min tona, üzüm istehsalı 272 min tondan 1 milyon 725,4 min tona, pambıq istehsalı 299,4 min tondan 831,2 min tona, meyvə-tərəvəz istehsalı 410 min tondan 850 min tona yüksəldi.  Neft hasilatı 2,8 dəfə, maşınqayırma və metal emalı 3,3 dəfə, kimya və neft kimyası 2,8 dəfə artdı. Sənayedə əmək məhsuldarlığı 1,7 dəfə yüksəldi, 4400 yeni maşın, cihaz, avadanlıq və digər məmulatlar istehsal olundu ki, bunlardan da 400-ü keçmiş SSRİ-də ilk dəfə istehsal edilirdi. 1056 adda mühüm sənaye məhsulu buraxıldı.Əgər 1969-cu ilədək olan 100 il ərzində Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə – cəmi 13 il ərzində onların sayı 1048-ə çatdırıldı. 1971-ci il martın 28-də Azərbaycanın neft hasilatı tarixində 1 milyardıncı ton “qara qızıl” çıxarıldı.1971-ci ildə Gəncə şəhərində çini qablar zavodu açıldı, Ağstafaçay su anbarı istifadəyə verildi. 1975-ci ildə Bakı Məişət Kondisionerləri Zavodunun açılışı oldu. 1976-cı ildə Yuxarı Xanbulançay su anbarının tikintisi başa çatdırıldı, Sərsəng su anbarı, 1978-1984-cü illərdə isə Bakı Dərin Özüllər Zavodu istifadəyə verildi.1969-1982-ci illərdə ümumilikdə 20,4 min kilometr uzunluğunda asfalt yollar çəkildi.  İndiki Heydər Əliyev Sarayı (1972) və “Gülüstan” sarayı (1980) istifadəyə verildi, Yeni Əhmədli, Günəşli kimi böyük yaşayış massivləri, həmçinin mikrorayonlar salındı.Azərbaycanın gələcəkdə etibarlı əllərdə olması üçün təhsilə xüsusi diqqət ayıran dövlət başçısı bu sahədə də inqilabi yeniliklər etdi. 1969-1982-ci illərdə 770-ə qədər məktəb binası istifadəyə verildi. Respublikada ali məktəblərin sayı 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatdırıldı.Həmin dövrdə ciddi maneələrə baxmayaraq, milli hərbi kadrların yetişdirilməsi məqsədilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış məktəb təşkil olundu.  Ulu Öndər həmin dövrdə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq (indiki Heydər Əliyev adına Hərbi İnstitut) və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail oldu. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və digər hərbi məktəblərdə yetişən milli zabit kadrlarımızın Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər.Beləliklə, 1970-ci illərin sonunda Azərbaycan sosial-iqtisadi inkişaf səviyyəsinə görə ittifaqın ən qabaqcıl respublikaları sırasına çıxdı. Ulu Öndər xalqın yaradıcılıq enerjisini vahid məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində gələcəyə hesablanmış qətiyyətli addımlar atır, mühüm qərarlar qəbul edirdi.Ümummilli Lider Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə xalqda milli özünüdərk hissini gücləndirə, milli kimliyi, düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdıra bildi. Həmin illərdə milli-mənəvi dəyərlərə nihilist baxış tədricən aradan qalxdı, klassik ənənə ilə müasir ədəbi irs arasında yaranan möhkəm mənəvi-ideoloji körpü milli düşüncənin düzgün məcraya yönəldilməsinə səbəb oldu. Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün fəlsəfəsi xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanışı məramına hesablanmışdı. Bu hədəfə nail olmaq üçün Heydər Əliyev rejimin ideoloji repressiya maşınının azərbaycançılıq məfkurəsini boğmasına imkan vermədi.Ulu Öndərin azərbaycançılıq ideologiyası sayəsində xalqımızın, o cümlədən soydaşlarımızın birlik və həmrəyliyinə nail olundu. Bu ideyanın əsas qayəsini Azərbaycan dilinə həqiqi dövlət dili statusunun qazandırılması, dilimizin qorunmasına və inkişafına yüksək diqqət göstərilməsi təşkil edirdi. Ulu Öndər ana dilini milli özünüdərk yolunda ən mühüm amillərdən biri kimi dəyərləndirir, bu istiqamətdə cəsarətli və uzaqgörən addımlar atırdı. Məhz dahi liderin Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsi olaraq, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu.1982-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında Azərbaycan oğlunun yüksək mövqe tutması çox qürurverici hadisə idi. Bu illərdəki coşqun fəaliyyəti, yüksək işgüzarlığı, fitri təşkilatçılıq bacarığı onun şöhrətini getdikcə artırır, sorağı SSRİ-nin hüdudlarını aşırdı. Heydər Əliyev Moskvada yaşadığı və işlədiyi dövrdə də Azərbaycana diqqət və qayğısını əsirgəmir, respublikamızın ictimai, mədəni həyatı ilə daim maraqlanırdı.Xilaskarlıq missiyası, müdrikliyin təntənəsiXX yüzilliyin 90-cı illərinin əvvəlində yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan çox ağır günlər keçirirdi. Bir tərəfdən hakimiyyətdəki naşı siyasətçilərin vəzifə davası, digər tərəfdən torpaqlarımızın ard-arda işğal edilməsi dövlətçiliyimizə məhvolma təhlükəsi yaratmışdı.Belə bir dövrdə yenə də xalqın dadına, dövlətin köməyinə Heydər Əliyev yetişdi. Əminliklə deyə bilərik ki, bəlkə də həmin zamanda Ulu Öndər bu addımı atmasaydı, bu gün Azərbaycan müstəqilliyini itirmiş, eynən Ermənistan kimi hansısa dövlətin vassalı, buyruq qulu kimi acı tarixini yaşayırdı. Amma ömrünün qalan hissəsini də xalqına bağışlamağa razı olan Ümummilli Lider heç vaxt belə bir vəziyyətdə xalqını darda qoya bilməzdi.Belə ağır bir dövrdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi xaos və anarxiyadan qurtardı. Bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısı alındı, dövlətçiliyimiz hər cür sui-qəsddən, dövlət çevrilişi cəhdlərindən qorundu və ölkəmiz dayanıqlı inkişaf yoluna çıxdı. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər xalqımızın yaranmış tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. Heydər Əliyevin hakimiyyətə qayıtdığı 1993-cü ilin 15 iyun günü Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi yazıldı. Həmin vaxtdan Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü başlandı.Beləliklə, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi özünün yüksək zirvəsinə çatdı.Heydər Əliyevin 1992-ci ilin noyabrında yaratdığı və sədri seçildiyi Yeni Azərbaycan Partiyası bu gün Cənubi Qafqazda ən böyük siyasi təşkilatdır.Ulu Öndərin yeni inkişaf konsepsiyası əsasında Azərbaycan müasir yüksəliş mərhələsinə qədəm qoydu. Yenə də bütün sahələrdə, daxili və xarici siyasətdə böyük uğurlar əldə edildi. Əgər 1993-cü ildə 60 xarici ölkə ilə ticarət əlaqələri qurulmuşdusa, 2002-ci ildə bu əlaqələrin coğrafiyası genişlənərək 128 xarici dövlətlə idxal-ixrac əməliyyatları aparıldı. 2002-ci ildə xarici ölkələrlə ticarət dövriyyəsi 3 milyard 832,9 milyon ABŞ dollarına çatdı və 1993-cü illə müqayisədə 2,8 dəfə artdı. 1995-2003-cü illərdə respublikamızda pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox artdı. Şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlət hesabına mənzillərlə təminatına başlanıldı. 1994-cü ildə məhz Ulu Öndərin titanik fəaliyyəti nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın gələcək inkişafının əsası qoyuldu. 1993-2003-cü illər ərzində Azərbaycanda elə bir sahə olmadı ki, inkişaf etməsin. Ölkənin xarici əlaqələri genişləndi, iqtisadiyyat gücləndi, aqrar sektor inkişaf etdi, ordu quruculuğu yeni mərhələyə qədəm qoydu, daxili sabitlik yarandı, xarici investorların ölkəmizə olan marağı artmağa başladı.Bu gün Azərbaycan tarixinin ən qüdərli dövrünü yaşayırsa, əminliklə deyə bilərik ki, bu, Heydər Əliyevin gerçəkliyə çevrilən ideyalarının bəhrəsidir. Onu reallaşdıran, uğurla həyata keçirən isə böyük strateq Heydər Əliyevin məktəbinin ən layiqli məzunu cənab Prezident İlham Əliyevdir. Adını Azərbaycan tarixinə müzəffər sərkərdə kimi yazdıran Ali Baş Komandan İlham Əliyev məhz dahi şəxsiyyətdən öyrəndiyi siyasi kursu, daxili və xarici diplomatiyanı necə reallaşdırdısa, cəmi 20 ildə ölkəmiz misli görünməmiş uğurlara imza atan dövlət kimi tanındı.2003-cü ildə xalqına etdiyi müraciətlərin bir məqamına məsuliyyətlə yanaşan Ulu Öndər “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirləri təsdiqini tapdı və Azərbaycanı dünyanın inkişaf etməkdə olan ölkələri sırasına daşıdı.Məhz Ulu Öndər Heydər Əliyev məktəbinin ən layiqli məzununun həyata keçirdiyi mütərəqqi islahatlar sayəsində Azərbaycan siyasi və iqtisadi müstəqilliyə sahib ölkə kimi müasir inkişaf yolu keçib dünyada söz və güc sahibinə çevrildi.Əgər Ümummilli Lider Heydər Əliyev tariximizə Azərbaycan xalqının xilaskar lideri kimi adını yazdırdısa, cənab İlham Əliyev 200 illik münaqişəyə, 30 illik müharibəyə son qoyub tarixinin ən qüdrətli Azərbaycanını yaradan Müzəffər Ali Baş Komandan kimi xalqın qəlbində əbədi heykəlini ucaltdı. Bütün bunlar isə Ulu Öndərin illər öncə səsləndirdiyi sözləri nə qədər uzaqgörənliklə, müdrikcəsinə söylədiyini bir daha təsdiqləmiş oldu.Son 20 ildə Azərbaycan özünün tarixində görünməmiş böyük inkişaf mərhələsinə qədəm qoyub. Yeni inkişaf erasının başlıca istiqamətləri respublikamızın bütün mövcud potensialdan səmərəli istifadə etməklə regiondakı mövqeyini əhəmiyyətli şəkildə dəyişdirib və möhkəmləndirib. İndi ölkəmizin sürətli iqtisadi inkişafı sosial sferada çoxşaxəli islahatlar aparmağa, dünya təcrübəsindən uğurla çıxmış təkmil mexanizmləri tətbiq etməyə imkan verir. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər əhalinin sosial müdafiəsini gücləndirmək üçün də möhkəm zəmin yaradıb. Azərbaycan Prezidentinin istənilən böhran dövründəki sosial-iqtisadi islahatlar paketləri, qlobal transmilli layihələri həm xalqın rifah halının yaxşılaşmasına, həm də dövlətin iqtisadi qüdrətinin güclənməsinə real zəmin yaradıb.  Azərbaycanın hər il artan dövlət büdcəsi, yüksələn valyuta ehtiyatları ölkəmizə yeni rekordlar qazandırıb.Qarabağ və Zəngəzurun xilaskarı, Müzəffər Ali Baş Komandanın möhtəşəm qələbələriPrezident İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasət Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarmaqla yanaşı, regional və beynəlxalq miqyasda nüfuz sahibinə çevirib. Bu gün dünyanın geosiyasi və geoiqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan əsas açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunur.Elə təkcə  aprelin 25-də Bolqarıstanda imzalanan anlaşma memorandumunu göstərmək yetərli olar. Azərbaycan bu sənədə əsasən Avropanın 10 ölkəsinə qaz ixrac edəcək. Bundan başqa, Prezident İlham Əliyevin reallaşdırdığı digər bir layihə də Qara dənizin altı ilə Avropaya enerji xəttinin çəkilişidir. Bu, həqiqətən də Azərbaycanın möcüzə yaratmasının bariz təcəssümüdür. Bütün bunlar göstərir ki, Azərbaycanın iştirakı olmadan bölgədə və geniş mənada yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələləri tam şəkildə həll oluna bilməz. Azərbaycan cənab Prezidentimizin söylədiyi kimi, Avropanın yeni enerji xəritəsini müəyyənləşdirir. Məhz bu uğurlar ölkəmizi dünyada ən etibarlı tərəfdaşa, Prezidentimizin müstəqil siyasəti isə Azərbaycanı söz sahibinə çevirib. 2020-ci ildə  bəşəriyyət həm də Azərbaycanın güc sahibinə çevrildiyinə şahidlik etdi. Məhz Ali Baş Komandan İlham Əliyevin yaratdığı modern Silahlı Qüvvələr 2020-ci ilin sentyabrında başlayıb noyabr ayında şanlı zəfərimizlə bitən İkinci Qarabağ müharibəsində dünya hərb tarixində ilk dəfə olaraq “smart savaş” aparan ordu kimi tanındı.Azərbaycan xalqının 30 illik həsrətinə son qoyan Müzəffər Ali Baş Komandan bu gün Qarabağ və Şərqi Zəngəzurda misli görünməyən quruculuq işləri həyata keçirir. Azərbaycan yalnız öz iqtisadi imkanları hesabına işğaldan azad edilmiş ərazilərimizdə yaşamaq üçün bütün infrastruktur layihələri gerçəkləşdirir. Bu gün Azərbaycan ən yüksək zirvələrdə möcüzə sayılacaq avtomobil yolları, körpü və tunellər tikir. Hazırda Azərbaycan dünyada yolların keyfiyyətinə görə 27-ci yerdədirsə, həmin layihələrin başa çatması ilə mövqeyini daha üst yerlərə daşıyacaq.Artıq Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdışa start verilib. Zəngilan və Tərtərin işğaldan azad olunmuş ərazilərində salınmış “ağıllı kənd”lər 30 il torpaq, yurd-yuva həsrəti ilə alışıb-yanan insanların ümid çırağını bir daha alovlandırıb.Əlbəttə ki, müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident İlham Əliyevə hər zaman dəstək olan, ən yaxın silahdaşlıq edən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da böyük xidmətləri var. Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında misilsiz xidmətlər göstərən Mehriban xanım Əliyeva Ulu Öndərin humanizm ənənəsini, ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Prezident İlham Əliyevin reallaşdırdığı kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində kömpleks tədbirlər görür. İşğaldan azad edilən ərazilərimizdəki dini abidələrimizin, məscidlərimizin restavrasiyasını həyata keçirən fond həmçinin aparılan digər işlərə də mühüm töhfələr verir.Bir sözlə, İkinci Qarabağ müharibəsindəki şanlı zəfərin memarı, tarixinin ən qüdrətli Azərbaycanının müəllifi Prezident cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla, məharətlə həyata keçirməklə Azərbaycanı daha böyük, daha möhtəşəm zirvələrə doğru aparır desək, yanılmarıq. Sözü imzası qədər keçərli olan dövlət başçımızın postmüharibə dövründə söylədiyi bütün fikirlər artıq təsdiqini tapmaqdadır. Bu gün Azərbaycanla sülh müqaviləsi imzalamaqdan boyun qaçıran Ermənistan artıq yaxşı anlayır ki, zülmətdən qurtuluşu yalnız cənab İlham Əliyevin 5 prinsipli sülh sazişi təklifini qəbul etməkdən keçir. Artıq Azərbaycan öz suveren hüququnu təmin edərək, sərhədlərini müəyyənləşdirir, Laçın-Xankəndi yoluna nəzarət edir. Ali Baş Komandanımızın söylədiyi kimi, bu gün Ağrı dağında, Murov dağında, Zəngəzur dağlarında, Şuşa dağlarında Azərbaycan bayrağı dalğalanır. Həmin bayraqların kölgəsi isə bütün Qarabağ və Şərqi Zəngəzura düşür. Məscidlərimizin minarələrindən səslənən azan səsi düşmənlərin bağrını yarır, havadarlarına isə gözdağı verir.Cənubi Qafqazın ən güclü ölkəsi kimi Azərbaycan Prezident İlham Əliyevin inkişaf konsepsiyası ilə siyasi və iqtisadi müstəqilliyini gündən-günə gücləndirir, həm söz, həm də güc sahibi kimi dünyadakı mövqeyini daha da möhkəmləndirir, strateji tərəfdaşlarının sayını artırır. Bu isə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyində onun vaxtı ilə söylədiyi “Gün gələcək Azərbaycan dünyaya Günəş kimi doğacaq” müdrik kəlamının gerçəkliyə çevrildiyini təsdiqləyən reallıqdır. Səttar MÖHBALIYEV,Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

03.05.2023

Quba şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib

Quba şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Quba şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib. “Heydər Əliyev ili”nə həsr olunuş konfransda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ-nin Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayon komitələrinin sədrləri, həmkarlar ittifaqı fəalları iştirak edib. Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak omuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.   İclasda çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə  bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib etmiş və həyata keçirirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin keçirilməsinə başlayıb. Zona konfransı da Respublika Komitəsinin silsilə tədbirlərindən biridir.   Sonra M.Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Daha sonra konfransda Quba rayon Xucbala kənd tam orta məktəbin tarix müəllimi Ayişə Şabutova, Qusar rayon Müəllimlər Evinin direktoru Həsənov Robert, Quba şəhər Texniki Təmayüllü liseyin tarix müəllimi Elxan Məmmədov, Qaraçay kənd tam orta məktəbin tarix müəllimi Bariz Allahverdiyev, Quba-Xaçmaz RTİ-nin Quba sektorunun tarix fənni üzrə metodisti Mənsur İlyasov çıxış edərək mövzu ilə bağlı məruzə ediblər. Tədbirin sonunda şagirdlərin ifasında şeirlər, mahnılar dinlənilib.  IMG_9900.JPG 1.67 MBIMG_9943.JPG 1.59 MB

01.05.2023

AHİK tərəfindən 2022-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb

AHİK tərəfindən 2022-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2022-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən müəyyən olunmuş 2023-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Günü – “Əmək sferasında sağlam və təhlükəsiz əmək şəraiti əsas prinsip və hüquq kimi” devizi altında baş tutan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, BƏT-nin Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həzəyev, AHİK-in üzv və tabe təşkilatlarının sədrləri, müsabiqədə qalib olmuş müəssisələrin rəhbərləri, KİV nümayəndələri və digər şəxslər iştirak ediblər.Tədbirdə çıxış edən Səttar Möhbalıyev öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlət quruculuğu siyasətindən, xilaskarlıq missiyasından, həmçinin dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, iqtisadi qüdrətindən, uğurlu beynəlxalq siyasətindən danışıb. Sonra AHİK sədri bildirib ki, 2022-ci il ərzində həmkarlar ittifaqlarının texniki əmək müfəttişləri əməyin mühafizəsi üzrə ictimai müvəkkillərlə birlikdə 313 müəssisə və təşkilatda ictimai müayinə həyata keçirib, 1212 pozuntu aşkar edib, onların 89 %-nin aradan qaldırılmasına nail olunub: “Nəticədə 39 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilib, 251 nəfərin iş şəraiti yaxşılaşdırılıb. Həmkarlar ittifaqlarının xidmət dairəsinə daxil olan müəssisələrdə il ərzində xəsarət alanların sayı 31% azalaraq 126 nəfərdən 88 nəfərədək enib, bədbəxt hadisədən ölənlərin sayı isə 17 nəfərdən 18 nəfərədək artıb. Əməyin mühafizəsinə dair tədbirlərin həyata keçirilməsinə ayrılan vəsaitin düzgün və məqsədyönlü xərclənməsinə sahə həmkarlar ittifaqı komitələrinin texniki əmək müfəttişləri və əməyin mühafizəsi komissiyaları tərəfindən həyata keçirilən ictimai nəzarət sayəsində 349 tədbir keçirilib, attestasiya olunmuş iş yerlərinin sayı 90 %-ə, tibbi müayinədən keçirilən işçilərin sayı isə 92 %-ə çatdırılıb. Əməyin mühafizəsi sahəsində təbliğat işinin daha yaxşı təşkil edilməsi məqsədi ilə yeni 7 əməyin mühafizəsi kabineti və 73 güşə yaradılıb, bununla da kabinetlərin sayı 37-ə, guşələrin sayı isə 710-a çatdırılıb. Bütün bu tədbirlərin keçirilməsinə baxmayaraq, müəssisələrdə əməyin mühafizəsinə ayrılan maliyyə vəsaiti əvvəlki müvafiq dövrlə müqayisədə 9.5 %, hər işçiyə görə isə 11.3 % azalıb”.Səttar Möhbalıyev deyib ki, BƏT-nin məlumatına görə, hər il istehsalatda 2 – 2,3 milyon insan həyatını itirir. Onlardan 300 000 nəfəri istehsalat xəsarətləri nəticəsində, 1,7 – 2 milyon nəfəri isə müxtəlif peşə xəstəliklərdən ölür.Onun sözlərinə görə, müasir standartların tələbinə uyğun gəlməyən, tətbiq olunan texnoloji proseslərdə heç bir qayda və təlimatlara cavab verməyən iş yerləri hələ də mövcuddur. Qarşımıza qoyduğumuz hədəflərdən biri də, məhz bu müəssisələrdə normalara uyğun iş yerləri yaratmaqdır.Digər çıxış edənlər Azərbaycanın iqtisadi göstəricilərindən, bütün sahələrdə qaznılmış nailiyyətlərdən, ölkəmizdə əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində görülən işlərdən, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin qarşısının alınması məqsədilə müvafiq qurumların, o cümlədən həmkarlar ittifaqlarının atdığı addımlardan bəhs ediblər.Sonra müsabiqənin qalibi olmuş 23 sahə üzrə həmkarlar ittifaqını təmsil edən 48 müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub.Məlumat üçün əlavə edək ki, 2022-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə əlaqədar AHİK-in müsabiqə komissiyasına müsabiqədə iştirak etmiş 2150-dən artıq müəssisə, təşkilat, sex və sahədən yalnız 48 ən yaxşı müəssisənin sənədi daxil olub. Həmin 48 qurunun yüksək göstəriciləri müəyyənləşdirilərək İcraiyyə Komitəsinin müzakirəsinə verilib və onlar yekdilliklə qalib elan ediliblər.Qeyd edək ki, “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə AHİK-in təşəbbüsü ilə 2009-cu ildən hər il keçirilir. Müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, bu sahəyə cavabdeh olan şəxslərin məsuliyyətinin artırılması, həmçinin işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha diqqətlə yanaşmasına nail olmaqdır. Ötən dövr ərzində müsabiqəyə 22 000-dən çox müəssisə və təşkilat qatılıb, onlardan 530-u qalib elan olunaraq fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

29.04.2023

Astara rayonunda “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib

Astara rayonunda “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib

Astara rayonunda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə birgə “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib. Rayonun Heydər Əliyev Mərkəzində təşkil edilən konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Lənkəran, Astara, Lerik, Cəlilabad, Yardımlı, Masallı, Salyan, Hacıqabul, Şirvan, Sabirabad, İmişli rayon komitələrinin sədrləri və fəalları iştirak ediblər.Konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.Konfransda çıxış edən ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə həmkarlar təşkilatlarının fəaliyyətində ciddi dönüş yarandı, bu təsisat öz mahiyyəti üzrə fəaliyyət göstərməyə başladı. Həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol açıldı. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Sonra Ümummilli lider Heydər Əliyevlə bağlı video çarx nümayiş etdirilib, “”Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi, Astara şəhər 1 saylı tam orta məktəbin 10a sinif şagirdi Həsənli Leylanın təqdimatı dinlənilib. Daha sonra ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova, Hacıqabul rayon komitəsinin sədri Kifayət Əmirbəyova, Yardımlı rayon komitəsinin sədri Azər Ələkbərov, Astara şəhər 1 saylı tam orta məktəbin müəllimi Gülayə Babazadə və Astara şəhər  şəhər 3 saylı tam orta məktəbin HİK sədri Böyükxanım Məmmədova çıxış ediblər. IMG_9861.JPG 1.3 MBIMG_9873.JPG 1.25 MBIMG_9874.JPG 1.21 MBIMG_9876.JPG 1.24 MBIMG_9879.JPG 1.33 MBIMG_9884.JPG 1.26 MBIMG_9896.JPG 1.43 MB

17.04.2023

“Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda növbəti zona konfransı Şəkidə keçirilib

“Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda növbəti zona konfransı Şəkidə keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi “Heydər Əliyev ili” ilə bağlı silsilə tədbirlərini davam etdirir. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş növbəti zona konfransı Şəki şəhərində keçirilib. Şəki Heydər Əliyev Mərkəzində təşkil edilən konfransın mövzusu “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” olub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Şəki - Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, ATİAHİ-nin Ucar, Yevlax, Zərdab, Göyçay, Ağdaş, Şamaxı, Ağsu, Mingəçevir, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Şəki, Zaqatala, Balakən rayon komitələrinin sədrləri, həmkarlar ittifaqı fəalları iştirak edib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Liderin Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə tər çiçəklər qoymuşlar. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu öndərin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. İclasda çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə  bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib etmiş və həyata keçirirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin keçirilməsinə başlayıb. Zona konfransı da Respublika Komitəsinin silsilə tədbirlərindən biridir. Sonra M.Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Daha sonra konfransda Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir  müavini  Günay Mahmudova, ATİAHİ İsmayıllı  rayon komitəsinin sədri  Hafiz Kərimov, Qax rayonu 2 saylı tam orta  məktəb - liseyin  direktoru Aybəniz Məmmədova, Əməkdar müəllim, HİK veteranı Şəfaqət Rəsulov, Zaqatala rayonu üzrə Təhsil Sektorunun  metodisti  Rəcəb Əlizadə, Oğuz  rayonu üzrə Təhsil Sektorunun metodisti Günel Abdullayeva və başqaları çıxış ediblər. Sonra ATİAHİ Şəki rayon komitəsinin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar müəllim  arasında  keçirdiyi «Heydər  Əliyev mənim üçün kimdir?» və şagirdlər arasında keçirilmiş «Ürəklərdə yaşayan lider» inşa-yazı müsabiqəsində yer tutmuş qaliblər mükafatlandırılıb. Mükafatlandırma mərasimində çıxış edən ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva bildirib ki, iştirakçılara təşəkkür edib və rayon komitəsinin bu kimi tədbirləri il ərzində davam etdirəcəyini bildirib. Tədbirin sonunda şagirdlərin ifasında şeirlər, mahnılar dinlənilib, rəqs nömrələri nümayiş etdirilib. CSC_9896 (1).JPG 10.58 MBDSC_9837.JPG 8.23 MBDSC_9903.JPG 7.34 MBDSC_9924.JPG 7.21 MBDSC_9990.JPG 7.23 MBDSC_0025.JPG 7.62 MBDSC_9958.JPG 7.16 MBDSC_9950.JPG 6.96 MBDSC_9945.JPG 7.09 MBDSC_9942.JPG 6.56 MBDSC_9928.JPG 7.64 MBDSC_9877.JPG 6.35 MBDSC_0010.JPG 6.33 MBCSC_9916.JPG 10.01 MB

10.04.2023