Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin onlayn formada növbədənkənar konfransı keçirilib
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin onlayn formada növbədənkənar konfransı keçirilib. Konfransda ATİAHİ Respublika Komitəsini sədrinin birinci müavini Hümbət Nağıyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov təmsil edib. 5.jpg 107.86 KBKonfransa Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Luka Visentini, Beynəlxalq Təhsil Birliyinin Baş Katibi David Edvards, Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezidenti Larri Flanaqan, Təhsil üzrə Avropa Həmkarlar Ittifaqı Komitəsinin Direktoru Susan Floken, Avropa Komissiyasının Təhsil, Gənclər, İdman və Mədəniyyət məsələləri üzrə Baş Direktoru Temis Kristofidou və üzv təşkilatlardan iki yüzə yaxın nümayəndə qoşulub.ETUCEETUCEETUCE
06.07.2021
"N" saylı Hərbi Hissədə bayram tədbiri keçirilib
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 26 İyun Silahlı Qüvvələr Gününü Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində qeyd etdi“Vətənin hər qarışı hər birimizindir. Biz üçümüz də I və II Qarabağ müharibələrinin iştirakçılarıyıq”, - deyə Sərhəd Qoşunlarının Horadizdə yerləşən “N” saylı hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini, polkovnik-leytenant Babək Nəbiyev bildirdi.IMG_0973.JPG 4.87 MBYanında əyləşən iki polkovnik-leytenantı göstərərək sözünə davam etdi: “Hərəmiz Vətənin bir regionunda doğulub böyümüşük. Bax, qardaşlarım Cəmil Sultanov Qusardan, Murad Məmmədquliyev Şabrandan cəbhəyə gəliblər. Mən də Qərbi Azərbaycanda doğulub böyümüşəm.Döyüşlərin ən qanlı məqamlarında vuruşmuşuq. Çox sayda düşməni cəhənnəmə göndərmişik. Gözümüzün önündə dost itirmişik. Televiziyalarda, qəzetlərdə, jurnallarda özünü qəhrəman, nə bilim romalılara qarşı vuruşmuş basılmaz xalq kimi təbliğ edən erməni gəncləri açıq döyüş meydanında qarşımızdan, neçə deyərlər, it kimi quyruqlarını qısıb qaçıblar. Qaçmaq imkanları olmayanda isə müti görkəm alıb: “Ara, Qarabağ azərbaycanlılarındır”, - deyiblər. Bir qaşıq qana görə alçalıblar. Amma mənim şir ürəkli qardaşlarım: “Bir can nədir ki, Vətən yolunda” şüarı ilə hünər göstəriblər. Bir balakənli qardaşımız vardı. Milliyyətcə tabasaran idi. Mühasirəyə düşdü. Artıq ermənilər onu əsir alacaqdılar. Tapançasının son gülləsini çənəsinin altına dirədi, atəş açdı. Erməni əsirliyindən şəhadəti üstün tutdu.IMG_0984.JPG 3.25 MBBabək şəhid olmuş cəbhə dostlarının hər biri haqqında kədərlə yox, iftixarla danışdı.Elə mən də, polkovnik-leytenantın ölüm-itimlə müşahidə olunan söhbətinə iftixarla qulaq asırdım. Sanki o fədakar hərbçilərimizlə birlikdə döyüş meydanında idim. Nə güllə, nə də topların yaydığı qəlpə qorxusu vecimə gəlmirdi.Qəfil bir səs məni və həmsöhbətimi o aləmdən ayırdı: “gəlin, tədbir başlayır”.Polkovnik-leytenantlar və mən “N” saylı hərbi hissənin park mənzərəsi bağışlayan ərazisinə yollandıq. Əsgərlər, az sayda mülki şəxslər və daha bir neçə azyaşlı uşaq səliqə ilə düzülmüş skamyalarda əyləşib gözlərini səhnəyə dikmişdilər. İndicə səhnəyə Bakıdan gələn musiqiçilər, müğənnilər çıxacaqdılar. Hələlik isə xidmət yoldaşları sıravi əsgər İlyas Hacızadə klarnetdə bir-birinin ardınca könüloxşayan lirik mahnılar ifa edirdi.IMG_1057.JPG 3.79 MBNəhayət, aparıcı mikrofon qarşısına keçdi. Dedi ki, 26 iyun milli ordumuzun yaranması gününə həsr olunmuş bu tədbir Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə təşkil olunmuşdur. Bu günü sizinlə birlikdə qeyd etməyə Respublika Komitəsinin əməkdaşları ilə bərabər, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri və işçiləri də gəlmişlər.Aparıcı hərbi hissənin əsgər və zabit heyətinə AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin və ADMİU-nun rektoru Ceyran Mahmudovanın salamlarını və təbriklərini çatdırdı. Söz musiqiyə verildi. “Xudayar təsnifi”, “Vətən haqqında”, “Çırpınırdı Qara dəniz” mahnıları hərbçilərin qəlbini riqqətə gətirdi.Hərbçilərin ucalara qaldırıb yellədikləri üçrəngli, ay-ulduzlu bayraqlarımızın altında səslənən mahnılar Horadizin ətrafında keşik çəkən dağları da aşıb keçdi.Coşqu artdıqca müğənnilər səhnədə duruş gətirə bilmədilər. Sinələrindən gələn nəğmələri hərbçilərlə bölüşmək həvəsi ilə səhnədən aşağı endilər.Musiqiçilər qol qaldırıb əsgərlərlə rəqs etdilər. Çox az vaxtdan sonra musiqi hərbçilərlə musiqiçiləri doğmalaşdırdı.IMG_1163.JPG 4.37 MBTədbirdə çıxışlar da oldu. Hərbi hissənin komandiri polkovnik Zəfər Bayramov, hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini, polkovnik-leytenant Babək Nəbiyev qonaqlara xoşgəldin etdilər. Qonaqları əmin etdilər ki, ordumuz, o cümlədən sərhədçilərimiz Vətənin keşiyində əzmlə durublar. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, komandanlığı altında qarı düşmən çökdürülüb, darmadağın olunub. Sərhədlərimizin delimitasiyası sərhədçilərimizin iştirakı ilə xəritəyə uyğun aparılır. Düşmənin bütün hərəkətləri tam nəzarətimiz altındadır.Hərbçilərimiz üçün hərbi hissələrdə, postlarda hər cür şərait yaradılıb. Ən müasir hərbi ləvazimatlar sərəncamımızdadır.Müntəzəm keçirilən təlimlər ordumuzun döyüş qüdrətini get-gedə daha da artırır.Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə ictimaiyyətin, o cümlədən həmkarlar ittifaqlarının ordumuza inamının böyük olduğunu söylədi. Dedi ki, biz qələbəyə Vətən müharibəsinin elə ilk günündən əmin idik.IMG_1168.JPG 4.9 MBXalq ordumuzun döyüş hazırlığına, şücaətinə, qələbə təşnəsinə şübhə etmirdi. Arxayın idik ki, Ali Baş Komandan nəyi, nə vaxt, necə edəcəyini bilir.Atalarımız deyib ki, xalq bir olsa, zərbi kəran sındırar. Zəfərimizin başlıca amili o oldu ki, cənab İlham Əliyev bu birliyi öz ədalətli rəhbərliyi sayəsində yaratmağı bacardı.Mirzə müəllim AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin təşəbbüsü, təklifi ilə yaradılmış həmkarlar ittifaqı - ordu əlaqələrindən də geniş danışdı. Bildirdi ki, əvvəla, həmkarlar ittifaqı əməkdaşlarından xeyli sayda gənc və cavan könüllü olaraq cəbhəyə yollandı. Təşkilatımızın bütün strukturları, xüsusilə cəbhə bölgəsində çalışan əməkdaşlarımız səylərini cəbhəyə yönəltdilər. Orduya mənəvi və maliyyə dəstəyi göstərdilər.M.Cəfərzadə çıxışını vətənpərvər şüarlarla yekunlaşdırdı.IMG_1170.JPG 4.58 MBHərbi hissə komandanlığı, başda S.Möhbalıyev olmaqla, Respublika Komitəsinin bir neçə əməkdaşına, mənəvi dəstəyə görə, Fəxri Fərman təqdim etdi. Respublika Komitəsi də hərbi hissəyə hədiyyəsiz gəlməmişdi. Sərhədçilərə 3 ədəd iri ekranlı televizor dəsti bağışladı.Yeri gəlmişkən qeyd edim ki, görüşə Füzuli rayonundan I Qarabağ müharibəsinin 7 qazisi dəvət olunmuşdu. Onlara TİAHİ Füzuli Rayon Komitəsinin Fəxri fərmanları və qiymətli hədiyyələr verildi.Yazının əvvəlində üç igid polkovnik-leytenantla söhbətimizi təqdim etmişdik. Olduğumuz hərbi hissədə neçə-neçə onlar kimi qəhrəman övladımız xidmət edir. Belə oğulları olan xalqın qarşısında dağ da davam gətirməz!
25.06.2021
Pandemiya dövründə təhsilin bütün sahələrində İKT-dən istifadənin üstünlükləri və çatışmazlıqları mövzusunda beynəlxalq konfrans keçirilib
26 may 2021-ci il tarixində “Pandemiya dövründə təhsilin bütün sahələrində İKT-dən istifadənin üstünlükləri və çatışmazlıqları” mövzusunda “Cisco Webex Meetings” platforması üzərindən beynəlxalq konfrans keçirilib.Tədbir Türkiyənin ən böyük təhsil həmkarlar ittifaqı olan Egitim-Bir-Sen tərəfindən təşkil olunub. Malaziya, Litva, İndoneziya, Sinqapur, Serbiya, Cənubi Afrika Respublikası, Bolqarıstan və 30 yaxın digər ölkələrin təhsil üzrə həmkarlar ittifaqı təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) də təmsil olunub. Konfransı giriş sözü ilə açan Eğitim-Bir-Sen və Memur-Senin sədri Ali Yalçın tədbirə onlayn formada ev sahibliyi etməkdən məmnunluğunu bildirib, iştirakçılara belə bir aktual mövzu ətrafında məhsuldar müzakirələr aparmağı arzulayıb....jpeg 101.03 KBKonfransda ATİAHİ RK-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov çıxış edərək tədbir iştirakçılarını AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyevin adından salamlayıb.S.İmanov COVID-19 pandemiyasının dünyada, o cümlədən Azərbaycanda təhsil prosesinə yaratdığı çətinliklərdən danışaraq qeyd edib ki, pandemiya İKT-nin təkcə akademik həyatını deyil, bütün dünya insanlarının gündəlik həyatının ayrılmaz bir parçasına çevrilib: “UNESCO və Dünya Bankının məlumatına görə, COVID-19 pandemiyası səbəbindən dünyada 1.5 milyarddan çox şagird təhsildən kənarda qalıb. Pandemiya dövründə əksər ölkələr onlayn/distan təhsilə keçsələr də, xüsusilə inkişaf etməkdə olan ölkələr bu təhsil formasından normal istifadə edə bilmirlər. Dünyada uşaqların və yeniyetmələrin 53 %-nin evində kompüteri, 47 %-nin isə internetə çıxışının olmadığı faktları qeydə alınıb. Həmçinin aparılan araşdırmalar sübut edib ki, yaşlı nəslin İKT-dən kifayət qədər istifadə edə bilməməsi distant təhsil prosesində çətinliklər yaradıb”.COVID-19 pandemiyasının Azərbaycanın təhsil sisteminə təsirlərindən söz açan S.İmanov vurğulayıb ki, pandemiyanın diktə etdiyi şərtlər ölkəmizdə də təhsil sahəsində ciddi çətinliklər və öhdəliklər yaradıb, operativ qərarların qəbul olunmasını zəruri edib: “Ötən ilin mart ayından ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində əyani tədrisin, təlim-tərbiyə prosesinin bütün formaları dayandırıldı. Bütün növ kütləvi tədbirlərin təxirə salınması barədə qərar qəbul edildi. Bundan sonra növbəti addım olaraq teledərslər təşkil edildi, TİMS platforması üzərindən "Virtual məktəb” layihəsinə start verildi, ölkənin ən böyük milli onlayn platforması şagirdlərin istifadəsinə verildi və ölkədə, demək olar ki, pedaqoji prosesin bütün formaları tamamilə distant formaya keçdi”.....jpeg 76.89 KBPandemiya dövründə ATİAHİ RK-nın gördüyü işlərdən danışan S.İmanov bildirib ki, Respublika Komitəsi koronavirusun yayıldığı ilk günlərdən infeksiyanın qarşısının alınması, İttifaq üzvlərinin bu çətin günlərdə sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlayıb: “Ölkədə ilk koronavirusa yoluxma halı qeydə alındıqdan dərhal sonra Respublika Komitəsi də məsafəli iş rejiminə keçib, bütün mədəni-kütləvi tədbirlər ləğv edilib, ilk təşkilatlarla Respublika Komitəsi arasında çevik onlayn əlaqənin qurulması üçün təxirəsalınmaz addımlar atılaraq maddi-texniki baza formalaşdırılıb, bütün yerli təşkilatlarda mövcud köhnə kompüter avadanlıqları yeniləri ilə əvəz edilib. Vaxtaşırı olaraq ilk təşkilatlarla onlayn konfranslar təşkil edilərək yerlərdəki vəziyyət analiz edilib”.S.İmanov pandemiya dövründə İKT-dən istifadədə yaşanan problemlərdən danışaraq əlavə edib ki, ölkənin ucqar rayonlarında internetin bütün təhsil alanlar və müəllimlər üçün əlçatan olmaması, 44 günlük Vətən müharibəsi dövründə milli təhlükəsizliyin təmin edilməsi məqsədilə internetə tətbiq olunan məhdudiyyətlər təhsil prosesinin həyata keçirilməsində çətinliklər yaradıb: “Nəzərinizə çatdırmaq istəyirəm ki, 2020-ci ilin 27 sentyabrında Ermənistan tərəfinin hərbi təxribatlarının qarşısını almaq üçün əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalan bütün torpaqlarını azad etdi. Müharibə dövründə ölkənin milli təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə ölkədə internetin verilişində bir sıra məhdudiyyətlər tətbiq edildi ki, bu da davamlı təhsilin təmin edilməsinə öz mənfi təsirlərini göstərdi”.Pandemiya dövründə bəşəriyyət fiziki və mental olaraq əziyyət çəksə də, qeyd olunmalıdır ki, təkcə ana təbiət bu görünməz virusdan bəhrələnib Belə ki, ekologiya çox qısa müddətdə də olsa, səs çirklənməsi, işıq çirklənməsi və toz çirklənməsi kimi ekoloji problemlərdən azad olub.
26.05.2021
Contact us