AHİK-in təşkilatçılığı ilə məcburi əməklə bağlı dəyirmi masa keçirilib
İyunun 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “BƏT-nin icbari əməyin ləğv edilməsi haqqında 105 saylı konvensiyasının müzakirələrinin nəticələri barədə məlumat, 205 saylı Tövsiyəsinin tətbiqində həmkarlar ittifaqlarının vəzifələri” mövzusunda dəyirimi masa keçirilib.Tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Avropa bürosunun sektor müdiri Sergiyus Qlovaskas, BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev, həmçinin AHİK-in rəhbərliyi və KİV nümayəndələri iştirak ediblər.S.Möhbalıyev çıxışında icbari əməyin qlobal xarakter daşıdığını və dünyada 21 milyona yaxın insanın icbari əməyin qurbanı olduğunu bildirib: “Bunlardan 880 mini Avropa İttifaqı ölkələrinin payına düşür ki, onların da 90 %-i özəl sektorda çalışanlardır. 68 faizini isə kənd təsərrüfatına, inşaata və ev işlərinə zorla cəlb olunanlar təşkil edir”.Onun sözlərinə görə, Azərbaycan həmkarlar ittifaqları həmişə BƏT-nin Konvensiyalarının müddəalarının əsas prinsip və hüquqlarına əməl olunmasına ciddi yanaşır, əmək, sosial və iqtisadi sahədə qanunvericilik aktlarının qəbul edilməsində, qanunların təkmilləşdirilməsi zamanı ekspertizada rəy və təkliflərini bildirməklə fəal iştirak edir: “Bundan sonra da 105 saylı Konvensiyanın tətbiqi ilə bağlı ətraflı müzakirələr davam etdiriləcək və əsaslı tədbirlər görüləcəkdir. Azərbaycan hökuməti və bütün maraqlı qurumlar BƏT-nin 105 saylı Konvensiyasının tətbiqinə böyük diqqət yetirir, Konvensiyada göstərilən öhdəliklər nəzərə alınmaqla beynəlxalq standartlara uyğun milli əmək qanunvericiliyi formalaşdırılıb təkmilləşdirilir. Əmək, sosial və iqtisadi sahədə qanunvericilik aktlarının qəbul edilməsi və təkmilləşdirilməsində irəliləyişlər nəzərdə tutulur”.“AHİK icbari əməyin inkişafının qarşısını müəyyən qədər almaq məqsədilə ölkənin qanunvericilik orqanları ilə sıx əməkdaşlıq edir, əmək qanunvericiliyində dəyişiklik və əlavələr edilməsi üçün təkliflər verir. Təsadüfi deyildir ki, sosial partnyorlarla imzaladığımız Baş Kollektiv Sazişin 4.1.10-cu maddəsi ilə uşaq əməyinin, icbari əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarının dəstəklənməsi, birgə monitorinqlərin təşkil edilməsi nəzərdə tutulmaqla tərəflərin öhdəliyinə daxil edilib”, – S.Möhbalıyev qeyd edib.BƏT-nin sektor müdiri Sergiyus Qlovaskas, BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev, AHİK-in şöbə müdiri Namiq Hüseynov və digər çıxış edənlər məcburi əməyin qurbanı olan şəxslərin hüquqlarının müdafiəsindən, onlara dəyən zərərin ödənilməsindən, maarifləndirmə işinin təşkilindən, bu sahədə əmək müfəttişliyi xidmətlərinin işinin gücləndirilməsindən, həmçinin məcburi əməyin risklərini artıran əsas səbəblərin və amillərin aradan qaldırılması zərurətindən bəhs ediblər.Qeyd edək ki, tədbir iki gün (29-30 iyun) davam edəcək.1-9.jpg 123.77 KB2-9.jpg 235.49 KB4-8.jpg 90.36 KB5-6.jpg 80.84 KB6-3.jpg 196.65 KB
29.06.2022
AHİK sədri Səttar Möhbalıyev UAESEB-nin XIV Forumunun iştirakçılarını qəbul edib
İyunun 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Bakıda keçirilən Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) XIV Forumunun iştirakçılarını qəbul edib. Görüşdə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Makedoniya, Rumıniya və Şimali Kipr Türk Cümhuriyyətindən gəlmiş qonaqlar iştirak ediblər.S.Möhbalıyev qonaqlara Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti, gördüyü işlər, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir.Onun sözlərinə görə, həmkarlar ittifaqları ölkəmizdə vətəndaş cəmiyyətinin möhkəmlənməsində əhəmiyyətli rola malikdir, sosial siyasətin həyata keçirilməsində yaxından iştirak edir, dövlətin bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verir.Dövlətimizin təhsil siyasətindən bəhs edən AHİK sədri qeyd edib ki, hər il Azərbaycanda təhsil infrastrukturunun inkişafı istiqamətində mühüm addımlar atılır, yeni-yeni məktəb binaları inşa olunur, təmir edilir, təhsil müəssisələrinin maddi-texniki təminatı daha da gücləndirilir, təhsilin inkişafını təmin edən dövlət proqramlarının icrası davam etdirilir.Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fəaliyyətindən danışan S.Möhbalıyev qeyd edib ki, təşkilat təhsil işçilərinin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, bu sahədə əmək münasibətlərinin normal məcrada qurulması, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları ilə bağlı yarana biləcək ziddiyyətlərin aradan qaldırılması və qanuni mənafelərinin qorunması istiqamətində mühüm işlər görür.S.Möhbalıyev UAESEB-nin fəaliyyətini yüksək qiymətləndirib və qurumun Türkdilli ölkələrin bir-birinə daha da yaxınlaşmasında, əlaqələrinin möhkəmlənməsində, əməkdaşlığın dərinləşməsində xidmətlərindən bəhs edib.Səmimi qəbula görə təşəkkür edən UAESEB-nin və Türk Egitim-Senin sədri Talip Geylan Azərbaycanda olmağından, keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. O həmçinin ötən gün baş tutan UAESEB-nin XIV Forumunu və qəbul olunan Yekun Bəyanatı yüksək dəyərləndirib, bunun Türkdilli ölkələr arasında münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.1-8.jpg 133.19 KB2-8.jpg 109.22 KB3-8.jpg 130.2 KB4-7.jpg 128.13 KB
29.06.2022
Bakıda Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin XIV Forumu keçirilib
İyunun 28-də Bakıda Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) XIV Forumu keçirilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) təşkilatçılığı ilə baş tutan Forumda Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Makedoniya, Rumıniya və Şimali Kipr Türk Cümhuriyyətindən nümayəndə heyətləri iştirak ediblər.Forum iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər. Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad olunub.Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.Şəhidlər xiyabanına gələn Forum iştirakçıları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.Sonra Forum öz işinə başlayıb. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqələlik sükutla yad edilib.Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycanda təhsil sahəsinin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətini təşkil edir: “Hər il Azərbaycanda təhsil infrastrukturunun inkişafı istiqamətində mühüm addımlar atılır, yeni-yeni məktəb binaları inşa olunur, təmir edilir, təhsil müəssisələrinin maddi-texniki təminatı daha da gücləndirilir, təhsilin inkişafını təmin edən dövlət proqramlarının icrası davam etdirilir, yeni strateji layihələr qəbul olunur. Həmçinin təhsil sahəsində çalışan insanların sosial təminatının yaxşılaşdırılması da daim dövlət tərəfindən diqqət mərkəzində saxlanılır. Hər il dövlət büdcəsində təhsilə ayrılan vəsaitin miqdarı əhəmiyyətli şəkildə yüksəlir, təhsil işçilərinin əməkhaqları artırılır.ATİAHİ RK-nın fəaliyyətindən danışan S.Möhbalıyev qeyd edib ki, təşkilat təhsil işçilərinin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, təhsil sektorunda çalışan işçilər və təhsilalanlarla müəssisə rəhbərləri arasındakı əmək münasibətlərinin normal məcrada qurulması, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları ilə bağlı yarana biləcək ziddiyyətlərin aradan qaldırılmasında və qanuni mənafelərinin qorunması ilə bağlı müəyyən etdiyi məqsədlərə nail olmaq üçün Azərbaycan Təhsil Nazirliyi ilə də yaxından əməkdaşlıq edir. Həmçinin təşkilat həmkarlar ittifaqı üzvlərinə daha yaxşı xidmət edə bilmək üçün dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən yararlanır.S.Möhbalıyev bildirib ki, ATİAHİ RK-nın təmsil olunduğu beynəlxalq təşkilatlardan biri də UAESEB-dir: “Bu birlik 2006-cı ildə Türk Egitim-Sen, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Azərbaycanın Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə qərarı ilə təsis edilib. Sonradan bu birliyə İraq, Şimali Makedoniya, Şimali Kipr Türk Cümhuriyyəti, Ruminiya və Kosovada fəaliyyət göstərən türkdilli təşkilatlar da qoşulub. Ümid edirik, bu təşkilatın sıraları daha da genişlənəcək və tez bir zamanda Özbəkistan və Türkmənistanın, eləcə də digər qardaş ölkələrin həmkarlar ittifaqı təşkilatları da bu quruma qoşulacaq. Bu birliyin yaradılması türkdilli ölkələrin təhsil sahəsi üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının, eləcə də türkdilli xalqların yaşadığı ölkələrdə fəaliyyət göstərən təşkilatlar, dərnəklər arasında əlaqələrin qurulmasına xidmət edir. Əminliklə demək olar ki, təşkilat uğurlu fəaliyyət göstərir və keçən müddət ərzində qarşısına qoyduğu məqsədlərə nail ola bilib”.S.Möhbalıyev bildirib ki, bu gün türkdilli ölkələr arasında çox yaxın münasibətlər var. Bu ölkələr bir birinə yaxından dəstək verir. Azərbaycan olaraq biz bu dəstəyi II Qarabağ savaşında bir daha gördük.AHİK sədri UAESEB-in XIV Forumun fəaliyyətinə uğurlar arzulayıb.Sonra tədbirdə Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək Forumun əhəmiyyətindən, təhsil sahəsində türkdilli ölkələr arasında əlaqələrin inkişafından və son illərdə Azərbaycan təhsilində əldə olunmuş nailiyyətlərdən bəhs edib.Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin və Türk Egitim-Senin sədri Talip Geylan UAESEB-nin yaradılmasının məqsədlərindən, funksiyalarından, həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, Türkdilli ölkələr arasında əlaqələr bütün sahələri əhatə etməklə yüksələn xətlə inkişaf etməkdədir. O bildirib ki, rəhbəlik etdiyi qurum türkdilli dövlətlər arasında mövcud olan münasibətlərin daha da dərinləşməsində, təhsil sahəsində əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynamaqdadır.O, Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını düşməndən təmizləməsini bütün Türk dünyasının parlaq qələbəsi adlandırıb. Qeyd edib ki, Türk dövlətlərinin heç bir ölkənin torpaqlarında gözü yoxdur: “Biz bunu 44 günlük Vətən müharibəsində da gördük. Azərbaycan Ordusu dünya ölkələrinin təzyiqlərinə baxmayaraq, qəhrəmanlıq göstərərək tarixi Zəfərə nail oldu. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Qarabağ problemi bitib və Qarabağ Azərbaycandır! Ermənistan gərək bundan sonra normal qonşuluq siyasətini davam etdirsin. Əks halda, özünə problem yaradacaq”.Digər çıxış edənlər – Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Aygül Mukaşeva, Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Asilbek Toktoqulov, Şimali Makedoniya İnformasiya və İdarəetmə nazirinin müşaviri, Üfüq Dərnəyinin sədri Elvin Hasan, Kipr Türk Məmur-Senin sədri Akın Manqa, Rumıniya Türk Demokrat Birliyi Təhsil Komissiyasının sədri Vildan Bormambet və Özbəkistan Təhsil, Elm və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Ravşan Bedilov ölkələrində həmkarlar ittifaqlarının fəaliyyətindən, cəmiyyətin inkişafında rolundan, ölkənin ictimai həyatında xidmətlərindən söz açıblar. Həmçinin UAESEB-nin ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfələrdən danışıblar. Bütün çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılmış qələbə münasibətilə azərbaycanlı həmkarlarına təbriklərini çatdırıb və bunu Türk dünyasının şanlı tarixi adlandırıblar.Tədbirin sonunda UAESEB-nin XIV Forumunun yekun Bəyanatı səsə qoyularaq qəbul edilib.1-7.jpg 201.94 KB2-7.jpg 213.54 KB3-7.jpg 192.93 KB4-6.jpg 157.54 KB4A.jpg 232.06 KB4B.jpg 113.92 KB5-4.jpg 157.42 KB6-2.jpg 101.16 KB
28.06.2022
“Monitorinqlər nəticəsində müəssisələrdə aşkar edilmiş 9316 nöqsanın 91 % aradan qaldırılıb”
Azərbaycanla Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetlərinin müəyyən olunmasına və gözlənilən nəticələrinə dair konfrans öz işinə başlayıb.Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva, hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak edir.Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev öncə BƏT-in iştirakı ilə hazırlanan və həyata keçirilən “2016-2020-ci illər üzrə Layiqli Əmək üzrə Ölkə Proqramı”nın əhəmiyyətindən danışıb. Bildirib ki, Proqram işçilərin əmək hüquqlarının qorunması, təhlükəsiz, layiqli və məhsuldar iş şəraitinin yaradılması baxımından olduqca vacibdir: “Onun icrası sosial tərəfdaşlığın inkişafına, sosial ədalət prinsiplərinə əməl edilməsinə, əmək münasibətlərinin tənzimlənməsinə güclü təsir göstərib. 2016-2020-ci illər ərzində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial-iqtisadi reformalar, hərtərəfli islahatlar proqramda nəzərdə tutulan hədəflərə çatmağa şərait yaradıb”.S.Möhbalıyev qeyd edib ki, AHİK ilk gündən Proqramın icrasına dair özünün Konsepsiyasını qəbul edib və sənədin icrası üçün əməli tədbirlər həyata keçirib: “Beynəlxalq Əmək Təşkilatı ilə birgə 8 seminar və konfrans keçirdik. Proqramda həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı bir neçə indikatorun yerinə yetirilməsi istiqamətində addımlar atılıb, müsbət nəticələr əldə edilib. Belə ki, bu illər ərzində həmkarlar ittifaqlarının sıraları çoxalıb, kollektiv müqavilələrin və sazişlərin sayı artıb. Hər il orta hesabla 140 yeni həmkarlar ittifaqı təşkilatı yaradılıb”.S.Möhbalıyev vurğulayıb ki, AHİK qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində maarifləndirici və təlimatlandırıcı tədbirlər keçirib və bu tədbirlər əsasən ölkənin bütün regionlarını əhatə edib: “AHİK-lə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında özünəməşğulluğun təmin edilməsinə köməklik göstərilməsi məqsədilə imzalanan Memoranduma uyğun olaraq, Məşğulluq Agentliyinə 200 min manat vəsait ödənilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə sosial həssas əhali qrupları üzrə Sahibkarlığın İnkişafına yardım göstərilməsi məqsədilə 150 min manat vəsait köçürülüb”.İşçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində də bir sıra vacib işlərin görüldüyünü diqqətə çatdıran AHİK sədri bildirib ki, “Sağlam və təzlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə keçirilən respublika müsabiqəsində 5 il ərzində 11096 idarə və müəssisə iştirak edib: “Onların 669-u qalib hesab edilib. Müsabiqələrin keçirildiyi müddətdə aparılan monitorinqlər nəticəsində aşkar edilmiş 9316 nöqsanın 91% aradan qaldırılıb, təhlükəsiz iş şəraiti yaradılıb, işçilərin fərdi mühafizə vasitələri ilə təminatı yaxşılaşdırılıb, sanitar-gigiyenik normalara əməl edilməsinə nəzarət gücləndirilib”. AHİK sədri əlavə edib ki, yeni proqramın prioritetləri “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ilə müvafiq uyğunluq təşkil etməlidir: “Bu məqsədlə yeni proqramın layihəsinə bəzi irad və təkliflərimizi bildirmişik. Hesab edirik ki, qeyri-formal iqtisadiyyat üzrə bir çox göstəricilərin reallığı əks etdirməsi üçün müvafiq müzakirələrin aparılmasına, BƏT-in köməyi ilə genişmiqyaslı monitorinqlərin, müayinələrin keçirilməsinə ehtiyac var. Minimum əməkhaqqının Avropa Sosial Xaprtiyasının tələblərinə uyğunlaşdırılması, Azərbaycan tərəfindən ratifikasiya edilmiş Beynəlxalq Əmək Təşkilatının 131 saylı Konvensiyasına və əmək qanunvericiliyi arasında mövcud uyğunsuzluğun aradan qaldırılması, bununla bağlı hazırlanmış ölkə qanunvericiliyinə dəyişikliklər edilməsi, bir sıra vacib Konvensiyaların (102, 155, 168, 173, 184, 187 saylı) ratifikasiyası məsələlərinin proqrama salınmasını vacib hesab edirik. Gender bərabərliyini təmin etmək, kişi və qadın işçilər üçün bərabər məşğulluq imkanlarının yaradılması məqsədilə əmək qanunvericiliyinin beynəlxalq normalara uyğun olaraq təkmilləşdirilməsi, gənclərin məşğulluğunun təmin edilməsi üzrə proqramların hazırlanması və təkmilləşdirilməsi, yaşıl iş yerlərinin yaradılması kimi problemlərin proqramda əks olunması da ümumi işimizin xeyrinə olardı”.Qeyd edək ki, konfrans BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin nəticələrinə uyğun qruplarda dayanıqlılığı artıran və əməyin gələcəyinə yönələn inklüziv inkişaf, sosial xidmətlərin təkmilləşdirilməsi, sosial dialoq vasitəsilə beynəlxalq əmək standartlarının siyasətdə və praktikada tətbiqi, BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin və Layiqli Əmək üzrə Ölkə Proqramının həyata keçirilməsində sosial tərəfdaşların rolunun artırılması, BƏT-in Layiqli Əmək Gündəliyi çərçivəsində əməyin təhlükəsiziyi və sağlamlığı mövzularında müzakirələrlə davam edir.1-2 (1).jpg 773.16 KB2-2.jpg 1020.6 KB3-2.jpg 744.62 KB4-1.jpg 856.74 KB
20.06.2022
Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı keçirilib
Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən çap edilmiş “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi”, “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının Gəncə və Şəki şəhərlərində təqdimatı keçirilib.Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rrespublika Komitəsinin təşkilatçılığı ilə baş tutan təqdimat mərasimlərində rayon komitələrinin, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri, eləcə də həmkarlar ittifaqı fəalları iştirak ediblər. Tədbirlər Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra kitabların təqdimatı ilə bağlı ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov və AHİK-in Təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi Elxan Şahverdiyev çıxış ediblər. Qeyd olunub ki, dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir. Bunun göstəricisidir ki, Azərbaycanda bir birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirlir. Beləliklə də, ölkənin davamlı sosial-isqtiadi inkişafı təmin edilir. Çıxış edənlər həmçinin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqı təşkilatlarının rolundan danışıblar. Tədbirdə həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.IMG_8584.JPG 6.18 MBIMG_8590.JPG 6.7 MBIMG_8604.JPG 6.2 MBIMG_8614.JPG 6.22 MBIMG_8633.JPG 6.71 MBIMG_8599.JPG 6.88 MB
16.06.2022
AHİK-in yay mövsümü ilə əlaqədar müraciəti
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sahə həmkarlar ittifaqı respublika komitələrinin (federasiyaların) və üzv təşkilatların rəhbərlərinə müraciət ünvanlayıb.Müraciətdə deyilir:Əmək Məcəlləsinin 233-cü maddəsinin 2-ci hissəsinə əsaslanaraq tövsiyə edirik ki, yay mövsümünün başlanması ilə əlaqədar havanın hərarəti 41 dərəcəni keçərsə, xidmət dairənizdə olan müəssisə və təşkilatlarda açıq havada işlərin dayandırılmasına nəzarət edəsiniz. Həmçinin günvurma hallarının baş verməməsi üçün qabaqlayıcı profilaktik tədbirlərin görülməsi vacib hesab olunur. Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
06.06.2022
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin 28 May – Müstəqillik Günü münasibətilə təbriki
“Dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla müzəffər xalqımızı, o cümlədən həmkarlar ittifaqlarının hər bir üzvünü, həmçinin Vətəndən uzaqlarda yaşayan soydaşlarımızı 28 May – Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə səadət, xoş günlər və sevgi, Vətənimizə firavanlıq, rifah, sülh və tərəqqi diləyirəm.Xalqımız 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətini yaratdı.Bu Respublika az ömür yaşasa da, onun təfəkkürlərdə bərqərar etdiyi müstəqillik ideyası yaddaşlardan silinmədi. Üstündən 70 il keçəndən sonra – 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə ilk dəfə Naxçıvan parlamenti yenidən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi təsdiq edərək Vətən göylərinə qaldırdı. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan xalqının qəlbinin dərinliyində qoruyub saxladığı müstəqillik arzusu yenidən reallaşdı. Bu gün müstəqil Azərbaycan tarixinin ən inkişaf etmiş şanlı dövrünü yaşayır, müdrik xalqımızın xoşbəxt həyatı təmin olunub.Xalqımız öz dövlətinin və onun başçısı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək daha böyük və parlaq gələcəyə doğru inamla irəliləməkdədir. İnanırıq ki, birliyimiz sayəsində müstəqilliyimiz əbədi olacaq, dövlətimiz daha da güclənəcək.Mən bir daha möhtərəm Prezidentimiz cənab İlham Əliyev başda olmaqla Qalib Azərbaycanın Qalib vətəndaşlarını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.Bayramınız mübarək olsun”.
28.05.2022
Müstəqillik Günü münasibətilə AHİK-də tədbir keçirilib
Mayın 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.Öncə Azərbaycanın müstəqillik tarixindən bəhs edən videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.Tədbirdə çıxış edən AHİK sədrinin birinci müavini İlyas Əliyev 1918-ci il mayın 28-də xalqımız tərəfindən qurulan müsəlman Şərqinin ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, gördüyü işlərdən, xalqımızın həyatında oynadığı rolundan bəhs edib.Onun sözlərinə görə, xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldıran ilk ölkələrdən biri olub: “Bütün bunlar Azərbaycanın nə qədər sülhsevər, tolerant, birgəyaşayış dəyərlərinə sədaqətinin dərin köklərini göstərir. Cümhuriyyət dönəmindəki şərəfli addımlardan biri də qadınlara şərqdə ilk dəfə səsvermə hüququnun verilməsi olub. Bu, ölkədə gender bərabərliyinin təmin olunmasının parlaq əlaməti idi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdi. Dövlətin əsas atributları – bayraq, himn və gerb yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi”.İ.Əliyev qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti hərbi müdaxilə səbəbindən süqut etdiyi üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilməsə də, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı: “Üstündən 70 il keçəndən sonra – 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə ilk dəfə Naxçıvan parlamenti Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi təsdiq etdi. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan xalqının müstəqillik arzusu həyata keçdi. Müstəqilliyin ilk illərində onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Ulu Öndər Heydər Əliyevin xalqın köməyinə yetişməsi müstəqilliyimizin başını almış təhlükəni aradan qaldırdı və Azərbaycanın xoşbəxt gələcəyinin əsası qoyuldu”.“Bu gün Azərbaycan müstəqillik tarixinin ən şanlı dövrünü yaşayır, bütün sahələrdə dayanıqlı inkişaf bərqərar olub, hər bir Azərbaycan vətəndaşının xoşbəxt yaşaması üçün ölkəmizdə bütün imkanlar mövcuddur. Bütün uğurlarımızın, qələbələrimizin kökündə xalqımızın vahidliyi, birliyi dayanıb. Məhz bu birlik bizi qələbədən-qələbəyə daşıyıb”, – deyən AHİK sədrinin müavini əlavə edib ki, bu gün xalqımız öz dövlətinin və onun başçısı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək daha böyük zirvələrə doğru inamla irəliləməkdədir: “İnanırıq ki, bu birliyimiz sayəsində müstəqilliyimiz əbədi olacaq, dövlətimiz daha da güclənəcək”. AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi1-21.jpg 77.72 KB2-15.jpg 174.91 KB3-13.jpg 98.05 KB4-12.jpg 146.23 KB
27.05.2022
AHİK Vətən müharibəsi qaziləri və veteranları mükafatlandırıb
İkinci Qarabağ müharibəsindəki tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılıb. Azərbaycan dövləti Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. Hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olub. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub və bu qayğı sistemli xarakter daşımaqdadır.Ölkəmizin ictimai təşkilatları, o cümlədən Azərbaycan həmkarlar ittifaqları da dövlətimizin bu cür nəcib missiyalarını hər zaman dəstəkləyir, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına xüsusi qayğı ilə yanaşır.Məlumat verildiyi kimi, mayın 11-də AHİK-də 2021-ci il üçün “İlin peşəkar gənci” adına layiq görülmüş gənclərə diplom, döş nişanı və vəsiqələrin təqdim edilməsi mərasimi keçirilib.“İlin peşəkar gənci” fəxri adına layiq görülmüş 59 nəfər istedadlı gəncə AHİK-in Fəxri diplomu, döş nişanı və vəsiqəsi təqdim olunub. Həmin gənclərin arasında 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərərək orden və medallarla təltif edilmiş qazi və veteran oğullarımız da var.Mükafatlandırılan Vətən müharibəsi qaziləri və iştirakçıları aşağıdakılardır:İkinci Qarabağ müharibəsi iştirakçısı, hava gəmisinin II pilotu Əlili Əzim Vəli oğlu“Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmiş rəngsaz Fərmanov Elməddin Namiq oğluVətən müharibəsi iştirakçısı, böyük usta Piriyev Şəhriyar Məcnun oğluCəbrayıl və Zəngilan rayonlarında gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə medallarla və “Fəxri Fərman” ilə təltif olunmuş 2-ci dərəcəli cilalayıcı Rəhimli Murad Müzəffər oğlu“Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmiş həkim İsmayılov Eldar Mehman oğluFüzulinin, Xocəvəndin, Qubadlının, Şuşanının azad olunmasına görə medalları ilə təltif olunmuş fiziki tərbiyə müəllimi Həsənov Elgün Ələsgər oğluVətən müharibəsi iştirakçısı, təşkilatçı-direktor müavini Bəhramlı Faris İbrahim oğluVətən müharibəsi iştirakçısı, təşkilatçı-direktor müavini Səfərov Ağa Sərdar oğluVətən müharibəsi iştirakçısı müəllim Qasımov Əziz Vəzir oğlu“Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş informatika müəllimi Səlimov Elvin Zahid oğluII Qarabağ müharibəsi qazisi, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş proqramçı Babayev Təhmin İntiqam oğluII Qarabağ müharibəsi qazisi, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş elektrik montyoru Xankişiyev Elnur Əlağa oğlu AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsiE21A2414.jpg 154.47 KBE21A2416.jpg 175.93 KBE21A2422.jpg 168.88 KBE21A2423.jpg 125.81 KBE21A2425.jpg 160.22 KBE21A2427.jpg 163.84 KBE21A2429 (1).jpg 148.85 KBE21A2429.jpg 148.85 KBE21A2433.jpg 116.94 KBE21A2434-1.jpg 184.08 KBE21A2436.jpg 178.51 KBE21A2464.jpg 221.92 KBE21A2468.jpg 230.96 KB
12.05.2022
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Mclisin deputatı Səttar Möhbalıyev, təhsil nazirinin müavini Firudin Qurbanov, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr və digər qonaqlar iştirak ediblər.Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev bildirib ki, festivalı keçirməkdə əsas məqsədimiz gənclərimizə milli vətənpərvərlik ruhu aşılamaq, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənəlrimizə hörmət etməklə gənclərimizin bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir: “Sevindirici haldır ki, son illərdə festivalda iştirak edənlərin sayı artır. Bu da onu deməyə əsas verir ki, biz bu işdə kütləviliyə nail olmuşuq. Festivalın keçirilməsi və qaliblərin müəyyən edilməsi Azərbaycanın xalq artistləri, əməkdar mədəniyyət və incəsənət xadimlərindən ibarət Münsiflər Heyəti tərəfindən həyata keçirilib”.S.Möhbalıyev qeyd edib ki, bu gün Azərbaycan mədəniyyəti davamlı inkişaf yolu keçir və bütün dünyaya təbliğ olunur: “Bu inkişafın təməlində Ulu Öndər Heydər Əliyevin ideyaları dayanır. O, mədəniyyətin və incəsənətin inkişafı ilə yanaşı, mədəni irsimizin qorunub saxlanmasına və təbliğinə də diqqətlə yanaşırdı. Məhz onun diqqət və qayğısı nəticəsində Azərbaycan mədəniyyəti və incəsənəti davamlı inkişaf yolu keçib. Bu gün biz qürur hissi ilə bildiririk ki, Ulu Öndərin Azərbaycanın gələcək inkişafı ilə bağlı arzuları onun müzəffər davamçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Son illərdə müstəqil Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi mədəniyyətin tərəqqisi sahəsində də əsaslı nailiyyətlər əldə edib və özünün yeni dövrünü yaşayır. Son illərdə mədəniyyət xadimlərimiz həm Azərbaycanda, həm də dünyanın digər ölkələrində keçirilən mühüm tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil edirlər. Cənab Prezidentimiz vaxtaşırı olaraq mədəniyyət xadimləri ilə görüşür, mədəniyyət sahəsində çalışan insanların sosial təminatının yaxşılaşdırılması ilə bağlı sərəncamlar imzalayır”.“Heydər Əliyevin mədəniyyət sahəsindəki siyasətinin reallaşması işində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir”, – AHİK sədri deyib.Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin reallığa çevrilmiş arzulardan biri də onun Azərbaycan gəncləri ilə bağlı arzularıdır: “Həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir. İstər siyasi, iqtisadi, istər humanitar, istərsə də sosial tədbirlərin həyata keçirilməsində gənclərimiz mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib”.Çıxışının sonunda Konfederasiya sədri əlavə edib ki, 1995-ci ildən başlayaraq ATİAHİ Respublika Komitəsi hər semestr 65 nəfərdən artıq əlaçı və həmkarlar ittifaqı fəalı olan tələbəyə adlı təqaüd verir, hər il 220 nəfərdən artıq aztəninatlı ailələrdən olan tələbələrə pulsuz nahar yeməyi verilməsini öz vəsaiti hesabına təşkil edir: “Hər il minlərlə tələbənin sosial müdafiəsinə yardımlar edilir. Həmkarlar ittifaqları olaraq biz çalışırıq ki, gənclərə dəstək olaq, onların sağlam böyüməsi və ölkəmizin layiqli vətəndaşı kimi formalaşmasına kömək edək. Bu tədbirləri təşkil etməklə biz həm də Azərbaycanda gənclər siyasətinə də öz dəstəyimizi nümayiş etdiririk”.Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinə və gəncliyinə göstərdiyi diqqət və qayğı nəticəsində xaricdə təhsil alan gənclərin dövlət qurumlarında yüksək mövqelər tutduğunu, Ümummilli Liderin ideyalarına sadiq qalan gəncliyimiz sayəsində 30 ilə yaxın işğalda olan torpaqlarımızın azad edildiyini xüsusi olaraq qeyd edib. F.Qurbanov tələbələrə təhsillərində, gələcək işlərində uğurlar diləyərək, bütün iştirakçıları təbrik edib.Konsertdə ali təhsil müəssəsələrinin tələbələrinin ifasında müxtəlif musiqi və rəqs nümunələri, şerlər səsləndirilib.Qeyd edək ki, müsabiqə-festivalda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin (musiqi təmayüllü ali təhsil müəssisələri istisna edilməklə) əyani şöbələrində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı solo ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, musiqiçilər, həmçinin orkestr və ansambllar (xor, xalq çalğı alətləri, estrada, vokal-instrumental, simli alətlər, aşıqlar və s.), rəqs kollektivləri (milli, müasir, bal və s.), solo ifaçılar (bədii qiraətçilər, müxtəlif musiqi alətlərində ifa edən fərdi ifaçılar, solo ifaçılar və s.) iştirak edib. Bədii yaradıcılıq müsabiqə-festivalına ümumilikdə respublika üzrə 28 ali təhsil müəssisəsi qatılıb.01-07.05.22-01.jpg 260.43 KB01-07.05.22-02 (1).jpg 518.67 KB01-07.05.22-02.jpg 518.67 KB01-07.05.22-03.jpg 568.12 KB01-07.05.22-04.jpg 287.53 KB01-07.05.22-05.jpg 478.88 KB01-07.05.22-06.jpg 612.38 KB01-07.05.22-07.jpg 602.21 KB01-07.05.22-08.jpg 520.98 KB01-07.05.22-09.jpg 462.33 KB01-07.05.22-010.jpg 474.77 KB01-07.05.22-011.jpg 485.02 KB01-07.05.22-012.jpg 541.65 KB01-07.05.22-013.jpg 470 KB01-07.05.22-014.jpg 558.76 KB01-07.05.22-015.jpg 486.08 KB01-07.05.22-016.jpg 613.75 KB01-07.05.22-017.jpg 438.71 KB01-07.05.22-018.jpg 513.15 KB01-07.05.22-019.jpg 507.09 KB01-07.05.22-020.jpg 446.45 KB01-07.05.22-021.jpg 421.31 KB01-07.05.22-022.jpg 334.34 KB
06.05.2022
AHİK-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar tədbir keçirilib
Mayın 6-da müasir Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) tədbir keçirilib.Tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.Əvvəlcə tədbir iştirakçıları dahi şəxsiyyət Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ulu Öndərin həyat və siyasi fəaliyyətinin bəzi məqamlarını əks etdirən videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi missiyalarından söz açaraq onu xilaskar lider adlandırıb: “Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Azərbaycan xalqı xoşbəxtdir ki, tarix ona Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətin simasında əsl Ümummilli Lider bəxş etmişdir. O, xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirdi”.“Hələ 1969-cu ildə Respublika rəhbəri təyin edilən Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycanı digər SSRİ respublikaları arasında önə çıxarmağı bacardı. Hakimiyyətinin ilk illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş, istər birinci katib işləyərkən, istərsə də ondan sonra İttifaq səviyyəli vəzifələrdə çalışarkən Azərbaycan xalqını, onun maraq və mənafeyini bütün maraqlardan üstün tutmuşdur. Heydər Əliyev dəfələrlə öz sinəsini sipər kimi qabağa verərək xalqımızın və dövlətimizin əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri ilə düşmənləri yerində oturtmuşdur”, – AHİK sədri bildirib.“Ulu öndərin təşəbbüsü və fəal iştirakı ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Heydər Əliyevin müstəsna xidmətləridir. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım idi”, – S.Möhbalıyev vurğulayıb.“Azərbaycan həmkarlar ittifaqlarının güclü təşkilat kimi möhkəmlənməsində, onun sıralarının genişlənməsində, vətəndaş cəmiyyətində özünə layiq yer tutmasında Ulu Öndərin əvəzsiz xidmətləri var. Hələ Sovet İttifaqı dövründə həmkarlar ittifaqlarına daim diqqət və qayğı ilə yanaşırdı. Həmin dövrdə o, Azərbaycan həmkarlar ittifaqlarının keçirdiyi tədbirlərində, o cümlədən, əksər qurultaylarında iştirak etmişdir. Xalqın tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gətirilən Ulu Öndərin Prezident seçilməsindən cəmi bir il sonra – 1994-cü ildə bilavasitə onun təşəbbüsü və nəzarəti altında həmkarlar ittifaqlarının fəaliyyətini müasir tələblər səviyyəsində tənzimləyən və beynəlxalq həmkarlar ittifaqı təcrübəsinə tam əsaslanan “Həmkarlar İttifaqları Haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bütün bunlar Heydər Əliyevin həmkar ittifaqlarına göstərdiyi dövlət qayğısının nümunəsidir”, – S.Möhbalıyev deyib.Konfederasiya sədri ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı inkişafını, sürətli tərəqqisini, doğma Vətənimizin dünyaya yeni formada təqdim edilməsini Ulu Öndərin müəyyənləşdirdiyi yolun layiqli davamı kimi dəyərləndirib: “44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər Heydər Əliyevin müəyyənləşdirdiyi və müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin layiqincə davam etdirdiyi siyasətin nəticəsi və təntənəsidir. Ermənistanın 30 illik işğalına son qoyuldu, məğlubiyyət damğası birdəfəlik üzərimizdən götürüldü, yeganə ağrılı problemimiz həllini tapdı. Azərbaycan döyüş meydanında yalnız Ermənistanı cəzalandırmadı, həm də onilliklər boyunca xalqımız barədə dünyada mənfi obrazlar yaratmağa çalışan dünya erməniliyinə böyük zərbə vurdu. Ermənistan ordusunun gücü, erməni əsgərinin döyüş əzmi barədə uydurulmuş mif bir neçə gündə darmadağın edildi”.S.Möhbalıyev əminliklə ifadə edib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müzəffər davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi bizi növbəti, daha böyük qələbələrə daşıyacaq və Azərbaycan həmkarlar ittifaqları da bu sarsılmaz birlik naminə üzərinə düşən bütün işləri ləyaqətlə yerinə yetirəcək.AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi1-3.jpg 100.37 KB3-2.jpg 104.34 KB4-1.jpg 77.39 KB5-1.jpg 171.11 KBmanset-1.jpg 140.31 KB
06.05.2022
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Mayın 4-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, təhsil naziri Emin Əmrullayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və digər rəsmi şəxslər iştirak ediblər.S.Möhbalıyev çıxışında dövlətçiliyin, müstəqilliyin daha da möhkəmlənməsində, gələcəyin etibarlı təminatında intellektual səviyyəli potensial kadrların hazırlanmasının, onların aparıcı qüvvəyə çevrilməsinin vacib olduğunu bildirib: “Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. İstedadlı şagird və tələbələrin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi Azərbaycanda hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın, sosial sahələrin inkişafına güclü stimul verildi, ölkənin təhsil sisteminin yenidən qurulmasına, qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiya olunmasına geniş imkanlar açıldı, istedadlı uşaq və gənclərə hər zaman diqqət və qayğının artırılması ölkə Konstitusiyasında təsbit edilərək təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi”.AHİK sədri qeyd edib ki, Heydər Əliyev hələ sovetlər dövründə Azərbaycana rəhbərlik edərkən təhsil məsələsini daim diqqət mərkəzində saxlayaraq bu sahəyə ciddi fikir verirdi: “Təsadüfi deyil ki, 70-80-ci illərdə Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 5 yeni ali təhsil müəssisəsi açıldı və ali təhsil alanların sayı 70 mindən 100 minə çatdırıldı. Həmçinin bu illərdə hər il 800-900 nəfər Azərbaycan gənci SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrində təhsil almağa göndərildi”.Milli Məclisin deputatının sözlərinə görə, Ümummilli Liderin təhsillə bağlı siyasəti dövlətimizin başçısı cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir: “Bu sahədə ardıcıl olaraq həyata keçirilən effektli islahatlar, hər cür şəraiti olan yeni məktəblərin tikilməsi, müasir maddi-texniki bazalarla təminat bunlara əyani sübutdur”.“Belə bir müsabiqənin təşkil edilməsi Ulu Öndərin həyat və fəaliyyətinin şagirdlər arasında təbliği baxımından çox əhəmiyyətlidir. Şagirdlərimiz Ulu Öndərin Azərbaycan dövlətçiliyindəki xidmətlərini, onun xalqımıza bəxş etdiyi bugünkü gözəl həyatı anır, həm də öz istedadlarını ortaya qoymuş olurlar”, – Konfederasiya sədri əlavə edib.Mərasimdə I yerə layiq görülmüş şagirdlərdən Bakı şəhəri 83 nömrəli məktəb-liseyin XI sinif şagirdi Altay Əlinin təqdimatı nümayiş olunub.Daha sonra müsabiqə qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim edilib. “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 5 nəfər I, 10 nəfər II, 15 nəfər III dərəcəli diplomla, 20 nəfər isə tərifnamə ilə təltif olunub.Qeyd edək ki, müsabiqə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.TN.jpg 187.91 KBTN1.jpg 89.5 KBTN2.jpg 136.22 KBTN3.jpg 147.36 KB
04.05.2022
Hər il dünyada istehsalat sahəsində 339 milyon bədbəxt hadisə baş verir
Aprelin 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəyyən olunmuş 2022-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Günü – “Pozitiv, təhlükəsiz və sağlam həyat mədəniyyəti üçün birgə fəaliyyət” devizi altında baş tutan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov, ƏƏSMN-in Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov, “Mətanət A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov, AHİK-in üzv və tabe təşkilatlarının sədrləri, müsabiqədə qalib olmuş müəssisələrin rəhbərləri, KİV nümayəndələri və digər şəxslər iştirak ediblər.Tədbirdə çıxış edən S.Möhbalıyev ötən il ölkəmizin artan iqtisadi göstəriciləri, əldə olunmuş nailiyyətlər, Şərqi Zəngəzurda və Qarabağda aparılan sürətli abadlıq-quruculuq işlərindən, həmin ərazilərin iqtisadi potensialından və biznes imkanlarından söz açıb.AHİK-lə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında əmək, əmək münasibətləri, əmək hüququ, əməyin təhlükəsizliyi və mühafizəsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığın daim genişlənməsi ilə müşahidə olunan fəal əlaqələrin yaradıldığını qeyd edən S.Möhbalıyev respublikamızda BƏT-in 58 Konvensiyasının ratifikasiyasının olunduğunu, konvensiyaların tələblərinin respublikamızın Əmək, Mülki, Cinayət Prosessual, İnzibati Xətalar Məcəllələrində öz əksini tapdığını deyib: “BƏT-nin məlumatına görə, hər il dünyada istehsalat sahəsində 339 milyon bədbəxt hadisə baş verir. Bunun nəticəsində 160 milyon nəfər xəsarət alır və peşə xəstəliyinə tutulur, 2,34 milyon nəfər həlak olur. Hər gün istehsalatda baş verən bədbəxt hadisələr və xəstələnmələr nəticəsində 6400 adam həlak olur. Müxtəlif xəstəliklərdən ölənlərin sayı 2017-ci ildə 1,7-2,0 milyon nəfər olub. MDB üzrə statistik məlumatlara əsasən, hər il region ölkələrində istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 2 min insan həlak olur. Dünya iqtisadiyyatı 2,8 trilyon ABŞ dolları dəyərində və ya dünyada istehsal olunan Ümum Daxili Məhsulun 4%-i həcmində itkiyə məruz qalır”.“Beynəlxalq Əmək Təşkilatı 2022-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Gününü – “Pozitiv, təhlükəsiz və sağlam həyat mədəniyyəti üçün birgə fəaliyyət” devizi ilə qeyd etməyi tövsiyə edib. 2022-ci ilin əsas mövzusu sosial dialoqun əhəmiyyəti və iş yerində müsbət təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına bütün maraqlı tərəflərin cəlb edilməsidir. Həmkarlar ittifaqının texniki əmək müfəttişləri əməyin mühafizəsi üzrə ictimai müvəkkillərlə birlikdə müəssisələrdə nəzarət-profilaktika işi aparıb, iş yerlərində əmək şəraitinin yaxşılaşdırması istiqamətində ciddi fəaliyyət göstəriblər. 2021-ci il ərzində onlar 175 müəssisə və təşkilatda ictimai müayinə işi aparıb, 692 pozuntu aşkar edib, onların 90 %-nin aradan qaldırılmasına nail olublar. Nəticədə 169 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilib, 507 nəfərin iş şəraiti yaxşılaşdırılıb. Həmkarlar ittifaqlarının xidmət dairəsinə daxil olan müəssisələrdə 2021-ci il ərzində xəsarət alanların sayı 27,2 % artaraq 99 əvəzinə 126 nəfər, bədbəxt hadisədən ölənlərin sayı 26 % azalaraq 23 əvəzinə 17 nəfər olub. Həmkarlar ittifaqının fəaliyyət göstərdiyi müəssisələrdə xəsarət alanların sayının artması əsasən işəgötürənlərin və iş icraçılarının işçiləri təlimatlandırmaması, biliklərinin yoxlanmaması, praktiki fəaliyyətlərində öz vəzifə funksiyalarını yerinə yetirməmələri və beləliklə də, bədbəxt hadisələrə yol açmaları bilavasitə norma və qaydalara əməl etməmələri ilə birbaşa əlaqəlidir”, – AHİK sədri bildirib.Əməyin mühafizəsi sahəsində təbliğat işinin daha yaxşı təşkil edilməsi məqsədi ilə yeni 12 əməyin mühafizəsi kabineti və 346 güşə yaradılmasını, bununla da kabinetlərin sayının 81-ə, guşələrin sayının isə 738-ə çatdığını deyən S.Möhbalıyev AHİK-in təşəbbüsü ilə 2009-cu ildən başlayaraq hər il “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə keçirildiyini bildirib: “Ötən dövr ərzində bu tədbirə 16 498 müəssisə və təşkilat qatılıb, onlardan 481-i bu yüksək ada layiq görülərək fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb: “2021-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə əlaqədar AHİK-in müsabiqə komissiyasına müsabiqədə iştirak etmək üçün 1960-dan artıq müəssisə, təşkilat, sex və sahədən 167 müəssisənin sənədi daxil olub. Müsabiqə Komissiyasının iclasında daxil olmuş sənədlərin hamısı müzakirə edilib yekdil qərarla 48 müəssisə, təşkilat, sex və sahənin yüksək göstəriciləri müəyyən edilib, İcraiyyə Komitəsinin müzakirəsinə təqdim edilib və onlarda müsabiqənin qalibi elan olunub. Müsabiqənin keçirildiyi dövrdə ilk həmkarlar ittifaqı komitələrinin 143, əməyin mühafizəsi komissiyalarının 115 iclasında əməyin mühafizəsi və təhlükəsizliyi müzakirə mövzusu olub. Bu dövrdə işəgötürənlərlə işçilər arasında yaranmış 26 mübahisəli məsələ həll edilib və həmin məsələlərin yuxarı həmkarlar ittifaqı qurumlarında və ya məhkəmələrdə araşdırılmasına ehtiyac qalmayıb”.Çıxışının sonunda S.Möhbalıyev müsabiqənin qaliblərini qazandıqları bu yüksək nailiyyətə görə tədbir iştirakçıları adından və öz adından təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar diləyib.Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışında əmək münasibətlərindən, əməyin mühafizəsindən, leqallaşdırılmasından, sağlam və təhlükəsiz əmək şəraitindən, işəgötürənlərin və işçilərin hüquqlarından, qanunvericilik bazasından və bu sahədə qarşıda duran vəzifələrdən danışıb.Daha sonra çıxış edənlər – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov, “Mətanət A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov əməyin mühafizəsi sahəsində ölkəmizdə görülən işlərdən, bu istiqamətdə sahibkarların üzərinə düşən vəzifələrdən, qurumların bu sahəyə nəzarət mexanizmlərindən bəhs ediblər.Tədbirin sonunda müsabiqənin qalibi olmuş Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurasını və 22 sahə üzrə həmkarlar ittifaqını təmsil edən 48 müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub. AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsimanset-3.jpg 103.26 KB2-5.jpg 152.81 KB3-4.jpg 58.22 KB4-3.jpg 269.09 KB5-3.jpg 73.05 KB6-2.jpg 91.13 KB
27.04.2022
Zəfər Qurultayı Azərbaycan diaspor təşkilatlarının mütəşəkkilliyini və fəallığını daha da artıracaq
“İkinci Qarabağ müharibəsi dünya azərbaycanlıları üçün böyük bir sınaq oldu. Təbii ki, apardığımız mübarizənin zəfərlə başa çatması bizim birliyimizdən, həmrəyliyimizdən keçirdi. Bu istiqamətdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların üzərinə də böyük məsuliyyət düşürdü. Çünki Azərbaycanın haq-ədalət uğrunda, işğala qarşı döyüşdüyünü dünya ictimaiyyətinə çatdırmaq daha vacib məqamlardan idi. Və bu gün qürurla deyə bilərik ki, onlar bu missiyanı yorulmadan, daha sivil və səliqəli şəkildə, heç nədən çəkinməyərək ləyaqətlə yerinə yetirdilər. Həmin vaxt diaspor təşkilatlarımız dünyanın əsas aparıcı ölkələrində 200-ə yaxın aksiya təşkil edərək haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında misilsiz xidmətlər göstərdilər. Bu aksiyalara minlərlə soydaşımız qatılaraq fədakarcasına mübarizə apardı, tarixi Vətənlərini nə qədər sevdiklərini və ona nə dərəcədə bağlı olduqlarını bütün dünyaya nümayş etdirdilər. Bundan başqa, diaspor təşkilatlarımız və soydaşlarımız yaşadıqları ölkələrin rəhbərlərinə, parlamentlərinə yazlı müraciətlər edərək, bəyanatlar səsləndirərək onları Azərbaycanın haqq işinə dəstək olmağa çağırırdılar. Bir sözlə, onlar tarixi qələbəmizin təmin olunması üçün üzərilərinə düşən vəzifəni şərəflə yerinə yetirərək Azərbaycanın zəfər çalmasında böyük pay sahibi oldular”.Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, soydaşlarımızın harada yaşamasından asılı olmayaraq, nümayiş etdirdiyi bu möhtəşəm birliyə verilən ən ali qiymət Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın və azərbaycanlıların döyünən qəlbi, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi oldu: “Qurultayda müzəffər Ali Baş Komandan, tarixi qələbəmizin memarı cənab İlham Əliyev heç də təsadüfü deyildir ki, bu qurultayı Zəfər Qurultayı adlandırdı. Çünki 30 ilə yaxın bir müddət ərzində biz tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yorulmadan mübarizə apardıq. Dövlətimizin müəyyən etdiyi bütün hədəflərin son ucu Qarabağda və onun tacı olan Şuşada birləşirdi. Bundan əvvəl keçirilən Dünya Azərbaycanlılarının Qurultaylarında yalnız bir istək var idi: növbəti qurultayı Qarabağda keçirmək. Bu, onu göstərirdi ki, xalqımız davam edən erməni işğalı ilə, məğlub adı ilə heç vaxt barışmayacaq. Uzun illər apardığımız yorulmaz mücadilə, xalqımızın tükənməz və sarsılmaz nümunəvi birliyi, yenilməz Azərbaycan Ordusunun rəşadəti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharəti və diplomatik bacarığı bizi qələbəyə qovuşdurdu. Məhz buna görə də Dünya Azərbaycanlılarının Şuşa Qurultayı – Zəfər Qurultayı bu qədər möhtəşəm və rəmzidir”.“Dövlətimizin başçısı cənab İlham Əliyev Qurultayda söylədiyi geniş nitqində, demək olar ki, xalqımızın həmrəyliyinə və sarsılmaz birliyinə, bizi qələbəyə aparan yola, 44 günlük Vətən müharibəsində zabit və əsgərlərimizin keçdiyi döyüş yoluna nəzər saldı, postmüharibə dövrünün reallıqlarından, qarşıda duran müxtəlif və fərqli vəzifələrdən bəhs etdi. Daha vacib məqam isə Prezident İlham Əliyevin bundan sonra baş qaldıra biləcək erməni faşizminə veriləcək cavabı idi. Təbii ki, ermənilərin bundan sonrakı təxribatları onları məhvə sürükləyəcək. Bu, sadə bir məntiqdir ki, Ermənistan heç vaxt Azərbaycanla rəqabət apara biləcək gücdə olmayacaq. Çünki günü-gündən zəifləyən Ermənistan, sözün hər bir mənasında, Azərbaycanın qabağında duruş gətirə bilməz. Onların bir çıxış yolu var: qalib Azərbaycanın müəllifi olduğu reallıqları qəbul etmək. Bunun əksi, təbii ki, İkinci Qarabağ müharibəsindən bəllidir. Çünki Azərbaycan, dövlətimizin başçısının dediyi kimi, müdafiə məqsədilə davamlı olaraq hərbi qüdrətini artırır və bundan sonra da artıracaq. Baş verə biləcək bütün təxribatlara layiqli cavab vermək gücündədir”, – Milli Məclisin deputatı deyib.“Prezident İlham Əliyev diaspor təşkilatlarını postmüharibə dövrünün reallıqları ilə dünya ictimaiyyətini məlumatlandırmağa çağırdı. Təbii ki, bu, çox vacib məqamdır. Dünya bilməlidir ki, Azərbaycanın bölgəyə gətirdiyi reallıqlar nədən ibarətdir. Bəzi erməni dairələri yalan və böhtan dolu informasiyalarla çaşqınlıq yaratmağa çalışırlar. Hamı bilməlidir ki, Azərbaycanın bütün səyləri regionda sülh və sabitliyə, geniş əməkdaşlığa əsaslanır və bu da bütün regionun hərtərəfli inkişafını hədəfləyir”, – AHİK sədri vurğulayıb.S.Möhbalıyev əlavə edib ki, Zəfər Qurultayı bir daha bütün dünyaya azərbaycanlıların birliyini və həmrəyliyini nümayiş etdirdi: “Qurultay soydaşlarımızın milli mənlik şüurunun daha da güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına, Azərbaycanımıza məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərinin bundan sonra da yüksəlməsinə səbəb olacaq. Qarşıda görəcəyimiz hələ çox planlar var. Ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, zəngin mədəni irsimizi təbliğ etmək, Şərqi Zəngəzurun və Qarabağın bərpası işinə töhfələr vermək bu qəbildəndir. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər Heydər Əliyevin bizə miras qoyduğu müqəddəs kəlamlara sadiq qalaraq bu gün nümayiş etdirdiyimiz həmrəylik, inanırıq ki, heç vaxt sarsılmayacaq, daim inkişaf edəcək və daha da möhkəmlənəcək”.AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
23.04.2022
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndərin tarixi xidmətlərindəndir
“Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə siyasi fəaliyyətinin təməlini milli-mənəvi dəyərlərimiz təşkil edirdi. Sovet hakimiyyəti illərində bu nə qədər çətin və böyük hünər tələb etsə də, Ulu Öndərimiz bütün bu işlərin öhdəsindən ləyaqətlə gəlirdi. Azərbaycan dili məsələsi də daim onun diqqət mərkəzində olub. Ana dilinin qorunması, inkişaf etdirilməsi, mütəmadi olaraq zənginləşdirilməsi, bu sahə üzrə mütəxəssislərin hazırlanmasına xüsusi qayğı ilə yanaşırdı. Bu istiqamətdə vacib və cəsarətli qərarlar qəbul edirdi. 1970-ci illərin ortalarından SSRİ respublikalarının ictimai-siyasi həyatında dil məsələsi geniş müzakirələrə səbəb olmuşdu. Belə ki, ittifaqda milli dillərin sıxışdırılması prosesi getdikcə güclənirdi, hətta respublika rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdən ehtiyat edirdilər. Həmin vaxt Heydər Əliyev heç nədən çəkinməyərək dil məsələsində öz mövqeyini qətiyyətlə ortaya qoydu. Məhz onun bilavasitə təşəbbüsü ilə 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Bunu mən şəxsən Ulu Öndərin xalqımız, Vətənimiz, dövlətimiz qarşısında ən böyük tarixi xidmətlərindən biri hesab edirəm. O, bu addımı ilə milli varlığımızın təminatçısı olan dilimizi məharətlə qorumuş oldu”.Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, Ulu Öndərin bu qədər ana dilimizə dəyər verməsi, onun qorunması üçün bütün çətinliklərə baxmayaraq, mübarizə aparması Vətənmizə olan sonsuz sevgisindən irəli gəlirdi: “Bir sözlə, Azərbaycan dilinin qorunması və inkişafı üçün nə mümkün idisə onu da edirdi. Azərbaycanda dilçi alimlərə yüksək hörmət və qayğının göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. Yəqin ki, 1995-ci ildə Azərbaycan Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı irəli sürülən müxtəlif təklifləri xatırlayırsınız. Təbii ki, böyük əksəriyyət ana dilimizin Azərbaycan dili adlandırılmasını dəstəkləyirdi. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması ana dilimizin inkişafı və qorunmasını daha da möhkəmləndirdi”.“Ulu Öndərin dilimizin qorunması və inkişafı istiqamətində gördüyü işləri digər sahələrdə olduğu kimi, sədaqətlə davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin göstərdiyi xüsusi diqqət sayəsində Azərbaycan dilinin geniş tətbiq edilməsi, sərbəst şəkildə inkişafı üçün hər cür şərait yaradılıb. Dilimizin bugünkü inkişaf səviyyəsi və zənginliyi imkan verir ki, mürəkkəb və dərin fikirləri, düşüncələri, hissləri, incə çalarları aydın tərzdə ifadə edək. Söz bazasının bol olması, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları dilimizin qədim tarixini, inkişafının bugünkü zirvəsini və kamilliyini bir daha təsdiqləyir. Hər birimizin də müqəddəs vətəndaşlıq borcudur ki, ən dəyərli milli sərvətimiz olan dilimizi göz bəbəyimiz kimi qoruyaq, daim qayğı ilə yanaşaq və gələcək nəsillərə ötürək”, – Milli Məclisin deputatı deyib.
21.04.2022
Contact us