Quba-Xaçmaz Regional Təhsil İdarəsində ilk həmkarlar ittifaqı təsis edilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsində ilk həmkarlar ittifaqı təsis edilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsində (QXRTİ) ilk həmkarlar ittifaqının təsis edilməsi ilə bağlı iclas keçirilib.İclas Vətən uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Tədbirdə QXRTİ-nin ilk həmkarlar ittifaqının yaradılması haqqında qərar qəbul edilib. Aytən Əlimərdanova quruma sədr seçilib.İclasda iştirak edən ATİAHİ-nin məsul əməkdaşları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin tədbir iştirakçılarına salamlarını çatdırıb, yeni seçilən sədrə uğurlar arzulayıb, bir sıra təlimatlar veriblər.Tədbirdə həmçinin ATİAHİ-nin gördüyü işlər, həyata keçirdiyi layihələr, aztəminatlı və şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərdiyi maddi-mənəvi dəstəkdən, cəmiyyətimizin həyatında həmkarlar ittifaqlarının rolundan, fəaliyyət istiqamətlərindən, həyata keçirdiyi nəcib missiyalardan danışılıb.WhatsApp Image 2022-10-20 at 13.10.17.jpeg 151.92 KB3 (2).jpeg 58.37 KB2.jpeg 98.87 KB1.jpeg 95.51 KB

25.10.2022

Şərqi Zəngəzur Regional Təhsil İdarəsində ilk həmkarlar təşkilatına sədr seçilib

Şərqi Zəngəzur Regional Təhsil İdarəsində ilk həmkarlar təşkilatına sədr seçilib

 Şərqi Zəngəzur Regional Təhsil İdarəsində (ŞZRTİ) ilk həmkarlar ittifaqı komitəsinin iclası keçirilib. İclas 44 günlük Vətən müharibəsində şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə ŞZRTİ-nin müdiri Fuad Bədəlov, ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Qubadlı rayon komitəsinin sədri Möhlət Orucov və idarə işçiləri iştirak ediblər.Yığıncaqda ŞZRTİ-nin Tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi Nərmin Musayeva ilk həmkarlar təşkilatının sədri seçilib. ATİAHİ-nin məsul əməkdaşları yeni sədrə müvəffəqiyyətlər arzulayıb, bir sıra təlimatlar veriblər.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin tədbir iştirakçılarına salamlarını çatdıran M.Cəfərzadə ATİAHİ-nin gördüyü işlər, həyata keçirdiyi layihələr, aztəminatlı və şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərdiyi maddi-mənəvi dəstək barədə məlumat verib.Digər çıxış edənlər cəmiyyətimizin həyatında həmkarlar ittifaqlarının rolundan fəaliyyət istiqamətlərindən, həyata keçirdiyi nəcib missiyalardan danışıblar.5 (4).jpg 60.37 KB1 (7).jpg 65.33 KB

20.10.2022

ATİAHİ Respublika Komitəsinin nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

ATİAHİ Respublika Komitəsinin nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

13-14 oktyabr 2022-ci il tarixində Qazaxıstanın Astana şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi, Beynəlxalq Əmək Təşkilatı və Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Təhsil işçilərinin gələcəkdə layiqli işlə təmin edilməsi üçün fundamental əmək hüquqları və beynəlxalq həmkarlar ittifaqları hərəkatının hədəfləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda BƏT-in nümayəndəsi Qoça Aleksandria,  Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezidenti Larri Flanaqan, Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru Suzan Flokan, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin, eləcə də Mərkəzi və Şərqi Avropa ölkələrində təhsil sahəsi üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri iştirak edib. Beynəlxalq tədbirdə ATİAHİ Respublika Komitəsi Respublika Komitəsinin katibi, Maliyyə şöbəsinin müdiri Mübariz Eyvazovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Tədbirdə M.Eyvazov “Böhran vaxtı və ondan sonrakı dövrlərdə təhsil sektorunda sosial dialoqun vəziyyəti” mövzusunda təqdimatla çıxış edib.İki gün davam edən konfransda həmçinin beynəlxaq təşkilatların nümayəndələrinin, eləcə də ayrı-ayrı ölkələrin həmkarlar ittifaqı təşkilatlarının nümayəndələrinin məruzələri dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb.   

17.10.2022

Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı Bakı şəhərində təşkil edilib

Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı Bakı şəhərində təşkil edilib

Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən çap edilmiş “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi”, “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının Bakı şəhərində təqdimatı keçirilib.Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rrespublika Komitəsinin təşkilatçılığı ilə baş tutan təqdimat mərasimində ATİAHİ Respublika Komitəsi sdərinin müavini Mirzə Cəfərzadə, Respublika Komitəsinin katibi, Əməkhaqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov, Təşkilat Şöbəsinin müdiri Emil Rüstəmov, Bakı şəhəri üzrə rayon komitələrinin, Bakı şəhərində yerləşən qaçqın və məcburi köçkün rayonlarının sədrləri, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri, eləcə də həmkarlar ittifaqı fəalları iştirak ediblər. Tədbirlər Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra kitabların təqdimatı ilə bağlı ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və başqaları çıxış edib.  Qeyd olunub ki, dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir. Bunun göstəricisidir ki, Azərbaycanda bir birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirlir. Beləliklə də, ölkənin davamlı sosial-isqtiadi inkişafı təmin edilir. Çıxış edənlər həmçinin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqı təşkilatlarının rolundan danışıblar. Tədbirdə həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.WhatsApp Image 2022-10-17 at 12.16.44.jpeg 230.11 KBWhatsApp Image 2022-10-17 at 12.16.43.jpeg 283.81 KB

15.10.2022

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Aparatının ilk həmkarlar ittifaqı komitəsi yaradılıb

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Aparatının ilk həmkarlar ittifaqı komitəsi yaradılıb

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Aparatının ilk həmkarlar ittifaqı komitəsinin təsis konfransı keçirilib. Regional idarənin inzibati binasında təşkil edilmiş konfransda dəvət olunan qismində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə,  Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Respublika Komitəsinin katibi, Əməkhaqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov,  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev,  GDRTİ-nin müdir müavini Rövşən Kərimov və idarənin əməkdaşları iştirak ediblər. Konfransda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi Ayşən Kazımova aparatın ilk həmkarlar təşkilatının sədri seçilib. Həmçinin ilk həmkarlar ittifaqı komitəsinin seçkili orqanları formalaşdırılıb.Konfransda çıxış edən M.Cəfərzadə, E.Rüstəmov, Z.Məmmədov yeni seçilən heyət üzvlərinə öz tövsiyələrini veriblər. IMG_8866.JPG 5.87 MBIMG_8874.JPG 6.39 MB

04.10.2022

Gəncə şəhərində “Post-pandemiya dövründə işçilərin hüquqlarının və qanuni mənafelərinin qorunmasında  həmkarlar ittifaqı təşkilatlarının vəzifələri” mövzusunda regional seminar keçirilib

Gəncə şəhərində “Post-pandemiya dövründə işçilərin hüquqlarının və qanuni mənafelərinin qorunmasında həmkarlar ittifaqı təşkilatlarının vəzifələri” mövzusunda regional seminar keçirilib

Sentyabrın 30-da Gəncə şəhərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Post-pandemiya dövründə işçilərin hüquqlarının və qanuni mənafelərinin qorunmasında  həmkarlar ittifaqı təşkilatlarının vəzifələri” mövzusunda regional seminar keçirilib. Seminarda Gəncə şəhəri və ətraf rayonların rayon komitəsi sədrləri, ilk həmkarlar ittifaqı komitəsi sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. Tədbirdə çıxış edən Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə mövzu ilə bağlı çıxış edərək post-pandemiya dövründə həmkarlar ittifaqı üzvlərinin hüquqlarının qorunması ilə bağlı görüləcək işlərdən danışıb. Qeyd edib ki, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı tədbirlər həyata keçirilməli, yeni işə qəbul edilmiş təhsil işçilərinin həmkarlar ittifaqı üzvlüyünə cəlb  olunması istiqamətində işlər görülməlidir: “Yeni işə qəbul edilmiş təhsil işçiləri ilə görüşlər keçirilərək onlara həmkarlar ittifaqı üzvlüyünə qəbul edilməyin üstünlükləri izah edilməlidir. İttifaqa üzv qəbul edilmə zamanı, təlimata uyğun olaraq, sənədləşmə işləri qaydasında aparılmalıdır”. Sonra tədbirdə Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov danışaraq qeyd edib ki, rayon komitəsi sədrləri ilk həmkarlar ittifaqı komitələri ilə sıx əlaqələr qurmalı, vaxtaşırı olaraq ittifaq üzvləri ilə görüşlər keçirilib onları narahat edən problemlər aradan qaldırılmalıdır. Tədbirdə çıxış edən Respublika Komitəsinin katibi, Əməkhaqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov “2021-2023-cü illər üçün Kollektiv Saziş”də əksini tapan müddəalardan bəhs edərək bildirib ki, rayon komitəsi sədrləri bu sənəddə öz əksini tapan müddəaların icrasını daim nəzarətdə saxlamalıdır. Tədbirin sonunda rayon və şəhər komitələri sədrləri çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirmişlər.IMG_8879.JPG 6.67 MBIMG_8913.JPG 8.82 MB

30.09.2022

Astarada Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı keçirilib

Astarada Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı keçirilib

Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən çap edilmiş “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi”, “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının Astara şəhərində təqdimatı keçirilib.Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rrespublika Komitəsinin təşkilatçılığı ilə baş tutan təqdimat mərasimində ATİAHİ Respublika Komitəsi sdərinin müavini Mirzə Cəfərzadə, Respublika Komitəsinin katibləri, Maliyyə şöbəsinin müdiri Mübariz Eyvazov, Əməlhaqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov, Təşkilat Şöbəsinin müdiri Emil Rüstəmov, rayon komitələrinin, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri, eləcə də həmkarlar ittifaqı fəalları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Astara rayon Heydər Əliyev Mərkəzini ziyarət edərək orada saxlanılan eksponatlarla tanış olublar.Tədbirlər Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra kitabların təqdimatı ilə bağlı ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və başqaları çıxış edib.  Qeyd olunub ki, dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir. Bunun göstəricisidir ki, Azərbaycanda bir birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirlir. Beləliklə də, ölkənin davamlı sosial-isqtiadi inkişafı təmin edilir. Çıxış edənlər həmçinin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqı təşkilatlarının rolundan danışıblar. Tədbirdə həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.IMG_8806.JPG 6.28 MBIMG_8810.JPG 5.85 MBIMG_8816.JPG 5.9 MBIMG_8819.JPG 6.42 MB

23.09.2022

ATİAHİ RK ölkə gəncləri ilə bağlı konfrans keçirib

ATİAHİ RK ölkə gəncləri ilə bağlı konfrans keçirib

Sentyabrın 8-də Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” istirahət mərkəzində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Gənclərimizdə milli-vətənpərvərlik hisslərinin artırılması, onların azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyə edilməsində, milli-mənəvi dəyərlərimizin dərindən mənimsənilməsində həmkarlar ittifaqlarının vəzifələri” mövzusunda konfrans keçirilib.Konfransa 20 ali təhsil müəssisəsindən 120 tələbə qatılıb.Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.ATİAHİ-nin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək Azərbaycanda gənclərin sağlam ruhda böyüməsi, layiqli vətəndaşlar kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanda dövlət-gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.M.Cəfərzadə qeyd edib ki, ölkəmizin ictimai həyatının bütün sferalarında aktiv fəaliyyəti ilə seçilən Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində də mühüm rol oynayır. Bunun özü Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu göstərir. Məhz dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar bu təbəqəni cəmiyyətdə aparıcı qüvvəyə çevirib.Konfransda qeyd olunub ki, ATİAHİ-nin tərkibində olan ali məktəb, kollec, peşə məktəbi və liseylərdə on minlərlə tələbə təhsil alır. Onların yarıdan çoxu ittifaqın üzvüdür. Bu baxımdan gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində tələbə həmkarlar ittifaqlarının üzərinə mühüm vəzifələr düşür.Ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi ruh yüksəkliyindən, qətiyyət və əzmkarlığından, yüksək mənəvi hazırlığından söz açıb. Müasir texnika və silahlarla təchiz olunmuş ordumuzun Aprel döyüşlərindən, Füzuli, Qubadlı, Zəngilan, Hadrut, Cəbrayıl və Şuşa uğrunda gedən azadlıq mübarizəsindən danışıb.Konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistraturasında təhsil alan, Vətən müharibəsi iştirakçısı Xəyyam Qədiməliyev keçdiyi döyüş yolu, yaralanması və hərbçilərimizin çətin tapşırıqların öhdəsindən necə məharətlə gəlməsindən söz açıb.Qeyd edək ki, X.Qədiməliyev Vətən müharibəsində göstərdiyi şücaətə görə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.Tədbirdə digər çıxış edənlər ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, gənclərin üzərinə düşən mühüm vəzifələrdən bəhs ediblər.Vurğulanıb ki, gənclərimizdə milli vətənpərvərlik hisslərinin necə yüksək olmasını 2020-ci ilin sentyabr-noyabr aylarında gördük. Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən etibarən Zəfər yürüşünə başladı. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, işğal altındakı ərazilərin qeyd-şərtsiz boşaldılması, münaqişənin həlli prosesinə Türkiyənin də cəlb edilməsi, Naxçıvanı blokadadan çıxaracaq dəhlizin yaradılması kimi bəndlərin yer aldığı bəyanatın Ermənistanın baş naziri tərəfindən imzalanması Azərbaycanın tam və şərtsiz Qələbəsinin əyani sübutudur.IMG_8727.JPG 4.63 MBIMG_8734.JPG 6.01 MBIMG_8739.JPG 4.84 MBIMG_8741.JPG 4.9 MBIMG_8751.JPG 4.9 MBIMG_8756.JPG 4.67 MBIMG_8758.JPG 4.68 MB

08.09.2022

AHİK sədri Səttar Möhbalıyev ÜHİK-nın vitse-prezidenti seçilib

AHİK sədri Səttar Möhbalıyev ÜHİK-nın vitse-prezidenti seçilib

Sentyabrın 7-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) 9-cu Qurultayı keçirilib.Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ÜHİK-nın vitse-prezidenti seçilib.Qeyd edək ki, ÜHİK MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzini və 23 beynəlxalq həmkarlar ittifaqı birliyini öz ətrafında birləşdirir. AHİK 2004-cü ildən bu təşkilatın üzvüdür.Qurultay haqqında ictimaiyyətə əlavə məlumat veriləcək. AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

07.09.2022

Qubada Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı keçirilib

Qubada Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı keçirilib

Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən çap edilmiş “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi”, “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının Quba şəhərində təqdimatı keçirilib.Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rrespublika Komitəsinin təşkilatçılığı ilə baş tutan təqdimat mərasimində ATİAHİ Respublika Komitəsi sdərinin müavini Mirzə Cəfərzadə, Respublika Komitəsinin katibləri, Maliyyə şöbəsinin müdiri Mübariz Eyvazov, Əməlhaqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov, Təşkilat Şöbəsinin müdiri Emil Rüstəmov, Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, rayon komitələrinin, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri, eləcə də həmkarlar ittifaqı fəalları iştirak ediblər. Tədbirlər Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra kitabların təqdimatı ilə bağlı ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və başqaları çıxış edib.  Qeyd olunub ki, dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir. Bunun göstəricisidir ki, Azərbaycanda bir birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirlir. Beləliklə də, ölkənin davamlı sosial-isqtiadi inkişafı təmin edilir. Çıxış edənlər həmçinin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqı təşkilatlarının rolundan danışıblar. Tədbirdə həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.IMG_8654.JPG 5.84 MBIMG_8656.JPG 5.85 MBIMG_8676.JPG 5.76 MBIMG_8702.JPG 7.57 MB

07.09.2022

ATİAHİ RK-nın nümayəndələri beynəlxalq simpoziumda iştirak edib

ATİAHİ RK-nın nümayəndələri beynəlxalq simpoziumda iştirak edib

Sentyabrın 1-3-də İstanbulda Egitim-Bir-Sen və Məmur-Senin təşkilatçılığı ilə “Böhran vəziyyətində təhsilin və əməyin gələcəyi” mövzusunda beynəlxalq simpozium keçirilib. Simpoziumda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi (RK) sədrinin müavini Mirzə Cəfərzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.52 ölkədən yüzdən artıq nümayəndənin iştirak etdiyi tədbirdə ümumdünya iqtisadi böhran, pandemiya, iqlim dəyişikliyi, qida çatışmazlığı, münaqişələr şəraitində təhsilin və əməyin bugünkü vəziyyəti və gələcəyi müzakirə olunub.Simpoziumu giriş sözü ilə açan Egitim-Bir-Sen və Məmur-Senin sədri Əli Yalçın deyib ki, Neo-kapitalizmin gətirdiyi labüd diferensiallıq təhsil sistemini də öz cənginə almışdır: “Dünya əhalisinin çox az  bir qismi sürətlə varlandığı və böyük sərvətlər əldə etdiyi halda, böyük bir qismi sürətlə yoxsulluğa sürüklənir. Çox təəssüf ki, belə bir vəziyyətdə keyfiyyətli təhsil hər kəs üçün əlçatan olmur. Biz, həmkarlar ittifaqı təşkilatları olaraq, dünyada həm təhsilin, həm də  əmək bazarının vəziyyətini çox aydın şəkildə görürük və milli hökumətləri,  beynəlxaq təşkilatları buna qarşı ciddi mübarizə aparmağa çağırırıq”.Türkiyə Maarif Fondunun sədri, professor Birol Akgün çıxışında bildirib ki, bu gün çox böyük iqtisadi və siyasi böhranlar, epidemiyalar, müharibələr, köçlər, iqlim fəlakətləri, sosial sarsıntılar yaşayırıq: “Çox təəssüf ki, bəzi neo-kapitalist qüvvələr real vəziyyəti manipulyasiya edərək başqa istiqamətə yönəltmək istəyir. İnanıram ki, burda iştirak edən həmkarlar ittifaqı nümayəndələri də bunun fərqindədir”.Məlumat üçün qeyd edək ki, 1992-ci ildə yaradılmış Egitim-Bir-Sen və Məmur-Sen 450 mindən artıq ittifaq üzvünü özündə birləşdirir.Simpoziumda çıxış edən M.Cəfərzadə ATİAHİ RK-nın və AHİK-in sədri, BHİK-in vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyevin adından tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, Azərbaycanda qloballaşan dünyanın tələblərinə uyğun olaraq təhsil sahəsində mütərəqqi addımlar atılır, vaxtaşırı səmərəli islahatlar həyata keçirilir.Simpozium panel iclasları ilə öz işini davam etdirib. Respublika Komitəsi nümayəndə heyəti müzakirələrdə aktiv iştirak edib.WhatsApp Image 2022-09-02 at 12.15.31 PM.jpeg 284.92 KB1-1-1068x600.jpg 88.59 KB3-1.jpg 264.19 KB

05.09.2022

AHİK Şuşada “Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirib

AHİK Şuşada “Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirib

Sentyabrın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) mədəniyyət paytaxtı Şuşa şəhərində “Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirib.Konfransda AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Azərbaycan Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Konfederasiyaya üzv təşkilatların rəhbərləri, həmçinin KİV nümayəndələri iştirak ediblər. Əvvəlcə Vətən uğrunda canından keçmiş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.AHİK-in sədri Səttar Möhbalıyev konfransda geniş məruzə ilə çıxış edərək, 44 günlük Vətən müharibəsindən, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz və rəşadətli Azərbaycan Ordusunun şanlı döyüş yolundan, müdrik və qəhrəman xalqımızın sarsılmaz birliyindən, dəmir yumruq kimi birləşməsindən, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən, qurumun fəaliyyətindən danışıb. Bildirib ki, Vətən müharibəsi dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi: “Bu tarixi nəticə bizlər haqqında “məğlub xalq” rəyini sındırdı, xalqımıza özgüvən aşıladı, milli qürurumuzu qabartdı. Qələbə cənab İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının məntiqi nəticəsi idi. Tarixi qələbə ilə Azərbaycan bir daha dünyanın inkişaf etmiş dövlətlərindən biri olduğunu təsdiqlədi”.S.Möhbalıyev qeyd edib ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarında erməni vəhşiliyini, barbarlığını dünyaya nümayiş etdirdi: “Beynəlxalq ictimaiyyət bir daha şahidlik etdi ki, Ermənistan illərlə dünyaya yalan satıb. Amma düşmənin bu xisləti heç də Azərbaycanı ruhdan, həvəsdən salmadı. Prezidentin sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı və azad edilən torpaqlarımızda quruculuq, yenidənqurma işlərinin başlanması ilə bağlı tapşırıq verildi. Heç bir maliyyə təşkilatından, beynəlxalq qurumdan, hansısa dövlətdən yardım almadan Azərbaycan öz imkanları hesabına bu işləri həyata keçirməyə başladı. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda misli görünməmiş quruculuq işləri davam edir. Prezidentin şəxsi nəzarətində olan bu işlər sürətlə aparılır”.S.Möhbalıyev Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində iştirakına diqqət çəkib: “Heydər Əliyev Fondu Qarabağdakı dini irsimizin, məscidlərimizin, mədəniyyət abidələrimizin bərpasını reallaşdırmaqdadır. Mehriban xanım Əliyevanın müqəddəs işə rəhbərlik etməsi onu deməyə əsas verir ki, bu layihə çox böyük uğurla həyata keçirilir. Bundan başqa, şəhid ailələri və qazilər də Mehriban xanımın diqqətindən kənarda qalmır. Onların, demək olar ki, bütün problemlərinin həllinə şəxsən dəstək olur, evlə, avtomobillə təmin olunmasında yaxından iştirak edir”.Konfederasiya sədri Azərbaycan həmkarlar ittifaqlarının Vətən müharibəsində və ondan sonrakı dövrdə gördüyü işlərdən, döyüşən əsgər və zabitlərə, qazi və şəhid ailələrinə göstərdiyi maddi və mənəvi dəstəkdən bəhs edib: “AHİK və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi və sonrakı dövrdə 9 093 487 manat vəsait xərclənib. O cümlədən Vətən müharibəsi dövründə AHİK İcraiyyə Komitəsinin qərarları ilə AHİK və onun üzv təşkilatları tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına 1 036 815 manat ianə edilib, Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrə­man­casına həlak olmuş şəhid ailələrinə kömək göstərilməsi məqsədilə Muxtar Respublikanın Həmkarlar İttifaqları Şurasına 250 000 manat köçürülüb. AHİK və üzv təşkilatları tərəfindən Qarabağ Dirçəliş Fonduna 1 2176 50 manat vəsait köçürülüb, silahlı qüvvələrə və cəbhə bölgəsinə 2320 864 manat,  “YAŞAT” Fonduna 667 668 manat ianə edilib. Şəhid və qazi ailələrinə 3600475 manatlıq birdəfəlik yardım göstərilib. 172 şəhidin 286 övladı himayəyə götürülüb. O cümlədən 2016-cı ilin Aprel və 2020-ci ilin Tovuz döyüşlərinin 23 şəhidinin 41 azyaşlı övladının hər birinə 18 yaşına çatana qədər hər ay 150 manat ödənilməkdədir. Eyni zamanda Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailəsi üzvləri sağlamlıqlarının bərpa olunması  məqsədilə istəklərinə uyğun olaraq sanatoriya-kurort yollayışları ilə güzəştli şərtlərlə təmin olunurlar”.Sonra AHİK sədri vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolundan söz açıb. Vurğulayıb ki, demokratiyanın təzahürü kimi meydana çıxan həmkarlar ittifaqları insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edən əsas təsisatlardandır: “Bu gün istər ölkəmizdə, istərsə də dünyada həmkarlar ittifaqlarının fəaliyyətinə nəzər saldıqda görünür ki, bu birlik ictimai zərurətdən yaranıb, vətəndaş cəmiyyətinin formalaşmasında, liberal dəyərlərin bərqərar olmasında, demokratiyanın inkişafında müstəsna əhəmiyyətə malikdir. Dünyada mövcud olan bütün həmkarlar ittifaqlarının proqramlarına, nizamnamələrinə, məramnamələrinə ümumi nəzər saldıqda görürük ki, bu birliklərin fəaliyyətinin mərkəzində insan faktoru dayanır və onların sosial problemlərinin həllinə, iqtisadi maraqlarının təmin olunmasına, əmək sahəsində bütün qanuni hüquq və mənafelərin qorunmasına xidmət edir. Bu da insan hüquq və azadlıqlarının təminatı baxımından demokratiyanın prinsip və vəzifələrinə tam uyğun olmaqla vətəndaş cəmiyyətinin formalaşmasına və mütərəqqi istiqamətdə inkişafına mühüm töhfədir. Məhz buna görə də hər bir cəmiyyətdə vətəndaş cəmiyyətinin formalaşması üçün həmkarlar ittifaqlarının yaradılması zərurətə çevrilmişdir”.S.Möhbalıyev deyib ki, işəgötürənlə əməkdaşlıq çərçivəsində ittifaq üzvlərinin mənafelərinin təmsil olunmasını, kollektiv danışıqların aparılmasını, kollektiv müqavilələrin, sazişlərin bağlanmasını və onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsini təşkilat özünün əsas vəzifələrindən hesab edir və bu sahədə ixtisaslaşmış ictimai qurum kimi cəmiyyətdə özünü təsdiqləyib: “Bununla yanaşı, ittifaq üzvlərinin, onların ailə üzvlərinin sağlamlığına qayğı göstərilməsi, onların pensiya təminatının, sanatoriya, kurort müalicəsinin və istirahətlərinin təşkil edilməsi, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, əməyin mühafizəsi, ətraf mühitə, sağlamlığa mənfi təsir göstərən faktorların aradan qaldırılması, üzvlərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə ictimai nəzarətin təşkili istiqamətində ardıcıl olaraq əhəmiyyətli və effektli işlər görülür. Həmkarlar ittifaqları yeni cəmiyyət quruculuğunda yaxından iştirak edir, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynayır, dövlətin bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verir”.Çıxışının sonunda S.Möhbalıyev xalqımızın bütün uğurlarının, qələbələrinin kökündə onun vahidliyinin, birliyinin dayandığını bildirib: “Qədim ədəbiyyatımız, dastanlarımız, folklorumuz vasitəsilə ata-babalarımız hər zaman bizi birliyə səsləyib. Məhz bu birlik bizi qələbədən-qələbəyə daşıyıb. Bu gün xalqımız öz dövlətinin və onun başçısı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək daha böyük zirvələrə doğru inamla irəliləməkdədir. İnanırıq ki, bu birliyimiz sayəsində müstəqilliyimiz əbədi olacaq, dövlətimiz daha da güclənəcək”.Sonra çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Vüsal Quliyev konfransın əhəmiyyətindən danışıb.Konfransda Neft və Qaz Sənayesi İşçiləri HİRK-in sədri Cahangir Əliyevin, Dəmiryolçuların Müstəqil HİRK-in sədri Fəzail Bağırovun, Azərbaycan Milli Elmlər Akademiyası İşçiləri Azad Hİ-nın sədri Habil Qurbanovun və Səhiyyə İşçiləri HİRK-in sədr müavini Cavid Məmmədovun çıxışları dinlənilib.Çıxışlarda “Vətəndaş cəmiyyəti sistemində həmkarlar ittifaqlarının rolu” mövzusu ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin ali sərkərdəliyi ilə 44 günlük müharibədə qazanılan Qələbədən, Şuşa şəhərində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, Qarabağın yenidən qurulmasından, Laçının azad edilməsi və başqa mühüm məsələlərdən də danışılıb.Sonda AHİK Şuşa konfransı iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti qəbul edilib.Konfrans yekunlaşdıqdan sonra iştirakçılar Şuşanın tarixi yerlərinə baş çəkib, şəhərdə həyata keçirilən yenidənqurma işləri ilə tanış olublar. Həmçinin onlar 30 ilə yaxın işğal dövründə ermənilərin törətdiyi dağıntılara baxıblar.1.jpg 105.46 KB2.jpg 150.31 KB3.jpg 132.81 KBb61dac39-0c30-483e-8016-4d2c6cbf92bf.jpg 108.36 KB

05.09.2022

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

İclası giriş sözü ilə açan AHİK sədri Səttar Möhbalıyev əvvəlcə gündəlikdə duran məsələlər barədə məlumat verdi. İlk məsələ AHİK-in İcraiyyə Komitəsinin və aparatının 2022-ci ilin II yarımilliyi üçün iş planı haqqında oldu. Həmin məsələ müzakirə olunaraq səsə qoyuldu və qəbul edildi. Sonra gündəlikdə duran digər beş məsələ ətrafında müzakirələr aparıldı. AHİK-in Məclisinin tərkibində dəyişiklik edilməsi barədə, “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə Respublika müsabiqəsinin keçirilməsi haqqında AHİK-in 25 noyabr 2009-cu il tarixli (protokol 6b.32ə) 2 nömrəli əlavəyə müvafiq komissiyanın tərkibində dəyişikliklər edilməsi barədə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdalığa dair Memorandum haqqında, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum haqqında məsələlər də müzakirə olunaraq qəbul edildi.Sonra cari məsələlər barədə fikir mübadiləsi aparıldı. Gündəliyə çıxarılan bütün məsələlər qəbul olunduqdan sonra AHİK sədri Səttar Möhbalıyev Xaçmaz rayonunun Nabran qəsəbəsində və Qusar rayonunda eləcə də, Bakı və Abşeronda yerləşən həmkarlar ittifaqlarına məxsus olan sanatoriya-kurort müəssisələrinə etdiyi səfərlər barədə danışdı. Qeyd etdi ki, işçilərin sağlamlığının qorunması və möhkəmləndirilməsi, onların müalicəsinin təşkili Azərbaycan həmkarlar ittifaqlarının əsas funksiyalarından biridir. Əlimizdən gələni edirik ki, üzvlərimizin istirahəti və sağlamlığı yüksək səviyyədə təmin edilsin. Sədr qeyd etdi ki, ölkə prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərə, veteranlara daim diqqət və qayğı göstərir, onların həyat səviyyəsinin və sağlamlığının qorunması üçün bütün imkanların səfərbər olunmasını tövsiyə edirlər.Azərbaycan həmkarlar ittifaqları da bu məsələyə həmişə həssaslıqla yanaşır, ölkədə sosial sahədə aparılan islahatlara daim dəstək olmağa çalışır. AHİK sədri Səttar Möhbalıyev qeyd etdi ki, sanatoriyalarda müalicə olunanlarla görüşlər zamanı pasiyentlər onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirirdilər.Sədr bir daha tövsiyə və tapşırıqlarını verərək qeyd etdi ki, insanların istirahət və müalicəsinin daha da yaxşılaşdırılması üçün bütün imkanlar və hazırki durum təhlil edilməli, qarşıya çıxan hər hansı problem və ya çətinliklər dərhal aradan qaldırılmalıdır.E21A4515.jpg 96.24 KBE21A4526.jpg 104.8 KBE21A4526-1.jpg 104.8 KBE21A4527.jpg 120.16 KBE21A4533.jpg 122.18 KBE21A4536.jpg 104.81 KBE21A4548.jpg 107.74 KBE21A4579.jpg 112.25 KB

10.08.2022

Səttar Möhbalıyev: “Əminik ki, təxribatın arxasında duran, təşkilində iştirak edən bütün qüvvələr öz layiq olduqları cəzanı alacaqlar”

Səttar Möhbalıyev: “Əminik ki, təxribatın arxasında duran, təşkilində iştirak edən bütün qüvvələr öz layiq olduqları cəzanı alacaqlar”

“Hamıya məlumdur ki, Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri dinc və mehriban şəraitində yaşayırlar. Ölkəmiz bütün dinlərin, o cümlədən İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirib, ən çətin dönəmlərdə belə müxtəlif dini bayramlar, əziz günlər yüksək səviyyədə qeyd olunub, dini ayinlər icra edilib. Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur və etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Bu cəhətlər Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır. Müxtəlif dini konfessiyaların, təriqətlərin nümayəndələri ölkəmizdəki şəraitdən hər zaman mənunluqlarını ifadə ediblər”.Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib.Onun sözlərinə görə, bəzi özünü dindar adlandıran, İslama ləkə atmağa çalışan radikal qruplar hər zaman olub, onlar bu istiqamətdə ölkəmizi də hədəf alır, nifaq salmağa çalışırlar: “Avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasında törədilən təcavüz aktı da bu qəbildəndir. Təbii ki, bu, öncədən planlaşdırılmış, siyasi məqsədlər güdən terror, vandalizm aktıdır. Din pərdəsi altında gizlənən həmin qüvvələr ölkəmizin beynəlxalq nüfuzuna, əldə etdiyi naliyyətlərə kölgə salmağa cəhd edirlər. Məlumdur ki, bu cür başıpozuq qüvvələrin Azərbaycanda heç bir sosial bazası mövcud olmadığından onlar xarici ölkələrdə bu cür təxribatlara əl atır, ölkəmizi gözdən salmağa çalışırlar”.AHİK sədri əminliyini ifadə edib ki, bununla bağlı Böyük Britaniya hökuməti lazimi tədbirlər görəcək, təxribatın arxasında duran, təşkilində iştirak edən bütün qüvvələr öz layiq olduqları cəzanı alacaqlar.

05.08.2022

AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmaz və Qusarda yerləşən istirahət mərkəzlərinə baxış keçirib

AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmaz və Qusarda yerləşən istirahət mərkəzlərinə baxış keçirib

İşçilərin istirahəti, əmək qabiliyyətinin bərpası, müalicəsinin təşkili, sağlamlığının qorunması və möhkəmləndirilməsi, bu məqsədlə verilən məzuniyyət hüququnun təmin edilməsi, məzuniyyət dövründə asudə vaxtın daha səmərəli və mənalı təşkili üçün şəraitin yaradılması həmkarlar ittifaqlarının daim diqqət mərkəzində olub. Bu gün ölkəmizin səfalı guşələrində onlarla istirahət mərkəzləri, sanatoriya-kurort müəssisələri, sağlamlıq düşərgələri fəaliyyət göstərir. Hər il həmkarlar ittifaqlarının minlərlə üzvü ailələri ilə birlikdə yollayışlarla təmin edilir, onların normal istirahətləri üçün hər cür şərait yaradılır. Bu da, təbii ki, ittifaq üzvləri tərəfindən rəğbətlə qarşılanır və onların daha səmərəli fəaliyyət göstərə bilmələri üçün stimul yaradır.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev mütəmadi olaraq həmkarlar ittifaqlarına məxsus olan sanatoriya-kurort müəssisələrinə, istirahət mərkəzlərinə baş çəkir, istirahət üçün yaradılmış şəraitlə tanış olur, dincələnlərlə söhbətlər aparır, necə istirahət etdikləri ilə maraqlanır.İyulun 28-də AHİK sədri növbəti dəfə həmkarlar ittifaqlarının Xaçmaz rayonunun Nabran qəsəbəsində və Qusar rayonunda yerləşən istirahət mərkəzlərində olaraq vəziyyətlə tanış olub.Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasının “Xəzər” İstirahət Mərkəzinə gələn S.Möhbalıyev burada istirahət edənlərin qaldığı korpus otaqlarını və kottecləri gəzib, onların dincəlməsi üçün yaradılmış şəraitlə yaxından tanış olub, yeməkxanaya və mətbəxə baxış keçirib, ərazini gəzib, yeni tikilmiş kotteclərə baxıb. AHİK sədri həmçinin mərkəzdə istirahət edən insanlarla söhbətləşib, istirahətləri ilə maraqlanıb, fikirlərini və təkliflərini öyrənib.“Şahdağ” İstirahət Mərkəzində olarkən AHİK sədri istirahət üçün yaradılmış şəraitlə tanış olub, mərkəzin ərazisini gəzib, yeməkxanaya və mətbəxə baxış keçirib. İstirahət edənlər S.Möhbalıyevlə söhbət zamanı yaradılmış şəraitdən razı qaldıqlarını bildiriblər.Növbəti baxış Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının “Ülfət” İstirahət Mərkəzində keçirilib. 2010-cu ildə inşa olunan istirahət mərkəzində kotteclər və üç ikimərtəbəli istirahət korpusu, idman meydançaları, hovuz, geniş park qonaqların istifadəsindədir. Mərkəzdə eyni vaxtda 96 nəfər, mövsüm ərzində isə 1000 nəfərə yaxın insanın istirahət etməsi üçün hər cür şərait yaradılıb. AHİK sədri mərkəzin ərazisində salınmış meyvə bağına da baxıb. Bildirilib ki, bağda iqlimə xarakterik olan hər cür meyvə ağacları, o cümlədən alma, armud, şaftalı, albalı, gilas və s. ağaclar əkilib və istirahət edənlər sərbəst şəkildə meyvələrdən dadırlar.Baxış zamanı S.Möhbalıyev dəmiryolçuların “Lokomotiv” İstirahət Mərkəzi ilə də tanış olub. Bildirilib ki, burada ziyarətçilərin normal istirahəti üçün hər şərait mövcuddur. Həmçinin ərazidə yeni kotteclər istifadəyə verilib və digərlərinin tikintisi də aparılır. AHİK sədri yeni istifadəyə verilmiş kotteclərə baxıb, mərkəzin ərazisini gəzib, dincələnlərlə söhbətləşib.Ardınca AHİK sədri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “Təhsil” İstirahət Mərkəzinə gəlib. 2013-cü ilin iyun ayında istifadəyə verilən istirahət kompleksi 10 hektardan artıq ərazini əhatə edir. Buraya üçmərtəbəli yaşayış korpusu, kotteclər, yeməkxana, idman zalı, futbol və voleybol meydançaları, açıq və qapalı hovuzları, ilkin tibbi yardım otağı, internet-klub, konfrans zalı və digər tikililər daxildir. Mərkəzdə eyni vaxtda 260-da çox şəxs istirahət edir. Dörd tərəfdən meşə massivi ilə əhatə olunan istirahət mərkəzinin ərazisindən keçən çay və ərazinin biomüxtəlifliyinin qorunub saxlanması buranı istirahət üçün əlverişli məkana çevirir. Ümumilikdə mövsüm ərzində burada həmkarlar ittifaqının 1500 nəfərə yaxın üzvü dincəlir. İstirahət mərkəzinə baxış keçirən sədr burada yaradılmış şəraitlə tanış olub, texniki təhlükəsizlik qaydalarına və təmizliyə ciddi əməl olunmasını tapşırıb. AHİK sədri həmçinin burada tikilməkdə olan yaşayış korpusu ilə tanış olub.Sonra mədəniyyət işçiləri üçün yeni tikilməkdə olan istirahət mərkəzində olan AHİK sədri burada görülən işlərlə maraqlanıb. Bildirilib ki, 2,8 hektar ərazini əhatə edən istirahət mərkəzində hazırda hər birində iki ailənin yerləşə biləcəyi 12 kottec, daha 6 VİP kottec, 2 mərtəbəli tam komfortlu yaşayış korpusu, inzibati binada əlavə 21 ədəd lüks nömrə, konfrans zalı, yeməkxana, iki hovuz tikilməkdədir. Həmçinin dincələnlərin istirahətinin mənalı təşkili üçün geniş park salınır, idman zalı və meydançaların tikilməsi nəzərdə tutulub.Sonda S.Möhbalıyev Qusar rayonunda səhiyyə işçilərinin “Şəfa” İstirahət Mərkəzinə baş çəkib. İstirahətdə olan həkimlər onların dincəlməsi üçün yaradılmış şəraiti yüksək qiymətləndiriblər.İstirahət edənlərlə və jurnalistlərlə söhbətində AHİK sədr bildirib ki, ölkə vətəndaşlarının sağlamlıqlarının qorunması, istirahətinin mənalı təşkili dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir: “Bu məqsədlə ölkədə ildən-ilə sağlamlıq və istirahət mərkəzlərinin sayı artırılır, dövlətimiz tərəfindən insanların rahat şəkildə istirahət etməsi üçün hər cür şərait yaradılır. Bu sahədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırlar”.“Hər il həmkarlar təşkilatlarının xətti ilə minlərlə vətəndaşımız öz ailələləri ilə Azərbaycanın dilbər guşələrində istirahət etmək imkanı qazanır. Biz istirahət mərkəzlərindəki şərait, obyektlərin necə saxlanılması, texniki təhlükəsizlik qaydalarına riayət, xidmət səviyyəsi ilə daim maraqlanırıq. Mənim səfərimin də məqsədi elə bundan ibarətdir. İstəyirik ki, gələn qonaqlar buradan məmnun ayrılsınlar, yaradılmış şəraitdən razı qalsınlar. Qeyd edim ki, həmkarlar ittifaqlarının istirahət mərkəzlərində yüzlərlə vətəndaşımız daimi və mövsümü işlərlə təmin olunub, bu da məşğulluğun təmin olunmasına mühüm töhfədir”, – deyə AHİK sədri vurğulayıb.S.Möhbalıyev qeyd edib ki, AHİK-in balansında olan bütün istirahət mərkəzləri müasir tələblərə uyğunlaşdırılır, istirahət üçün geniş imkanlar yaradılır.10.jpg 272.18 KB9 (2).jpg 206.99 KB8 (2).jpg 301.93 KB6-1.jpg 166.21 KB3-3.jpg 256.14 KB46.jpg 180.76 KB39.jpg 198.75 KB35.jpg 127.61 KB

29.07.2022

Contact us

© 2024 Atiahi.org. All rights reserved
site by webline logo