Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin IV Məclisi baş tutub.
16 dekabr tarixində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin IV Məclisi keçirilib. Məclisdə ATİAHİ Respublika Komitəsinin sədri, sədr müavinləri və Məclis üzvləri iştirak ediblər. İclası ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev açaraq iclasın gündəliyi barədə məlumat verib. İclasın gündəliyində bir sıra vacib məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib. Əsas məsələlər sırasında Məclis üzvləri və Rəyasət Heyəti üzvləri arasında qismən dəyişikliklərin edilməsi, ATİAHİ və Respublika Komitəsinin 2025-ci il üçün gəlir və xərclərinin smetasının, Respublika Komitəsi aparatının və üzv təşkilatların ştat cədvəlinin, həmçinin 2025-ci il üçün fəaliyyət planının müzakirəsi və təsdiqi yer alıb. Eyni zamanda təşkilati və cari məsələlərə də baxılıb.Müzakirələr qarşılıqlı dialoq və konstruktiv fikir mübadiləsi şəraitində davam edib. İclasın sonunda ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev üzv təşkilatların rəhbərlərinə tapşırıqlar və tövsiyələr verib.WhatsApp Image 2024-12-17 at 20.09.33.jpeg 218.62 KB
17.12.2024
Habil Qurbanov: “İslahatlar həmkarlar təşkilatlarının fəaliyyət səmərəliliyinin daha da artırılmasına dəqiq hesablanıb”
Bu gün ölkəmizdə bütün sahələrdə həyata keçirilən əsaslı, mütərəqqi islahatlar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) strukturlarından da yan keçməyib. Əlbəttə, həmkarlar təşkilatlarının fəaliyyətinə dövlət müdaxilə etmir. Buna görə də dövlət səviyyəsində müxtəlif sahələrdə həyata keçirilən islahatların birbaşa həmkarlar ittifaqlarına tətbiq olunmasından söhbət gedə bilməz. Digər tərəfdən isə, AHİK işçilər və müəssisələr arasındakı münasibətlərdə işçilərin maraqlarını müdafiə edən bir qurum kimi, fəaliyyətinin yeni dövrün tələblərinə uyğun, daha effektiv şəkildə təşkilinə nail olmaq üçün özü öz daxilində müəyyən islahatlar apara bilər və bu gün biz bu prosesin getdiyini görürük.Oxucularımızın həmkarlar ittifaqlarında gedən proseslərə hər zaman böyük maraq göstərdiklərini nəzərə alaraq, aia.az AHİK və onun tərkibində olan qurumların fəaliyyətilə bağlı Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanovdan müsahibə alıb. Müsahibəni sizlərə təqdim edirik.- Habil müəllim, ilk növbədə istərdik ki, rəhbərlik etdiyiniz Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqının da üzv olduğu Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı barədə qısa ümumi məlumat verəsiniz. Elə bilirəm ki, bu məlumatlar müsahibəmizin davamında bəhz edəcəyimiz müəyyən məqamların daha aydın şəkildə açıqlanması baxımından önəmli ola bilər.- Tamamilə düzgün yanaşmadır. Çünki hər hansı bir təşkilatın fəaliyyəti barədə danışarkən, həmin qurumun ilk növbədə funksional strukturu, vəzifə və səlahiyyətləri və bir sıra digər məsələlər barədə ən azı ümumi məlumata malik olmaq lazımdır. Bu baxımdan deyə bilərəm ki, Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumölkə birliyidir. Hər bir həmkarlar təşkilatında olduğu kimi, ATİAHİ-nin də fəaliyyətində könüllülük, üzvlərin bərabərliyi, şəffaflıq prinsipləri əsas götürülür. İttifaq müstəqil, qeyri-kommersiya və qeyri-siyasi təşkilatdır. Xüsusi olaraq vurğulamaq istərdim ki, İttigaqın fəaliyyətində gəlir əldə etmək və bu gəlirləri öz üzvlərinin arasında bölmək əsas məqsəd kimi nəzərdə tutulmur. Həmçinin bu fəaliyyətə dövlət və təsərrüfat orqanları, sahibkarlar, onların birlikləri, ictimai və siyasi təşkilatlar tərəfindən nəzarət olunmur. İttifaq öz fəaliyyətini Azərbaycan Konstitusiyasına, Həmkarlar ittifaqları haqqında qanuna və digər qanunvericilik aktlarına, eləcə də ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrə, qurumun öz Nizamnaməsinə, həmkarlar ittifaqının bağladığı müqavilələrə əsasən həyata keçirir. Təbii ki, ATİAHİ Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür və onun Nizamnaməsini tanıyır.- Çox gözəl, Habil müəllim. Bu, həqiqətən maraqlı və dəyərli bir məlumat oldu. İndi isə istərdim ki, hazırda həmkarlar təşkilatlarında həyata keçirilən islahatlar barədə danışaq. Nə durur bu yeniliklərin mahiyyətində?- Bəli, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bütün üzv təşkilatlarında mütərəqqi islahatlar həyata keçirilir. Lakin burada bir məqamı xüsusi nəzərə almaq lazımdır ki, həmkarlar ittifaqları dövlət qurumu deyillər və dövlət ölkə qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla həmkarlar təşkilatlarının fəaliyyətinə müdaxilə etmir. Buna görə də həmkarlar ittifaqlarında keçirilən islahatları bu gün dövlətimiz tərəfindən ölkənin müxtəlif sahələrində həyata keçirilən əsaslı islahatların tərkib hissəsi kimi nəzərdən keçirmək düzgün olmaz. Bu islahatlar sırf həmkarlar ittifaqlarının daxili məsələlərini əhatə edir və təşkilatların fəaliyyətlərini daha effektiv etmək məqsədi daşıyır. Yəni bu yeniliklərin mahiyyətində həmkarlar təşkilatı üzvlərinin hüquqlarının daha effektiv şəkildə müdafiə olunması, onların istirahətlərinin daha səmərəli təşkili kimi məsələlərin həlli dayanır.- Elə isə, bu dediklərinizə bir qədər daha konkret misallar üzərində aydınlıq gətirə bilərsinizmi?- Artıq qeyd etdiyim kimi, həmkarlar təşkilatlarının əsas funksiyalarından biri də işçilərin, yəni təşkilat üzvlərinin səmərəli istirahətlərini təşkil etməkdir. Məhz bu məqsədlə 1992-ci ildə Həmkarlar İttifaqlarının Kurortlarının idarə edilməsi üzrə Azərbaycan Respublikası Şurasının bazasında “Kurort” Səhmdar Cəmiyyəti təsis edilmişdir. Qeyd edim ki, bu istiqamətdə işlərin mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi məqsədilə “Azərbaycan Kurortları” Dövlət Proqramı (2007-2017-ci illər) və 2007-ci ildə təbii müalicə resursları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun və Dövlət Proqramı cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamla qüvvəyə minmişdir. Digər tərəfdən isə AHİK-in tərkibində son vaxtlar daha çox xarici turistlərin qəbulu üzrə ixtisaslaşmış “Turizm və Ekskursiyalar” Şurası da fəaliyyət göstərirdi. Məhz bu iki qurumun birləşdirilməsini və onların bazasında Kurort-Turizm Mərkəzinin yaradılmasını hazırda AHİK strukturlarında həyata keçirilən islahatlardan biri kimi göstərmək olar. Bu birləşmə nəticəsində Sanatoriya və istirahət mərkəzlərinə yollayışların alınması daha çox əlçatan olmuşdur. Belə ki, artıq həmkarlar təşkilatlaına üzv olan əməkdaşlar Mərkəzə birbaşa müraciət edərək asanlıqla yollayışlar əldə edə bilərlər. Əvvəllər yollayışların alınması zamanı, xüsusilə yay vaxtları Respublika Komitəsində çoxsaylı növbələr yaranırdı. İndi isə, aparılan islahatlar nəticəsində əməkdaşların müraciətləri Respublika Komitəsinin elektron poçtlarına göndərilir və poçt vasitəsi ilə yollayışları asanlıqla alırıq. Bunu da deyim ki, payız-qış-yaz mövsümlərində yollayışlara 20% güzəştlər tətbiq olunub və üzv-əməkdaşlar ümumi məbləğin 15%-ni ödəməklə 7-14 günlük yollayışlarla operativ təmin edilirlər.- Habil müəllim, bayram günlərində necə, əməkdaşların kollektiv şəkildə istirahətlərini təşkil etmək üçün hansısa addımlar atılırmı?- Əlbəttə, şəxsən bizim Təsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbərliyi bu kimi məsələlərə xüsusi diqqətlə yanaşır. Məsələn, cari ilin 7-13 noyabr tarixlərində ATİAHİ Respublika Komitəsinin sədri Araz müəllim Paşayevin təşəbbüsü və təşkilatçılığı ilə bizim 100 nəfər əməkdaşımız “Zəfər” bayramı münasibəti ilə Nabranda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Alimlərin zəfər düşərgəsi” adlı tədbirdə iştirak və istirahət etdilər. Əməkdaşlarımızı və bədii hissəni aparacaq gənc incəsənət adamlarını istirahət mərkəzinə rahat şəkildə çatdırmaq üçün 3 ədəd komfortlu avtobus ayrılmışdı. Səfər əsnasında isə Xaçmaz şəhərində Ulu öndər Heydər Əliyevin adını daşıyan Park və Şəhidlər Xiyabanı da ziyarət olunmuşdur. İstirahət mərkəzində əməkdaşlarımız üçün 7 gün ərzində müxtəlif mədəni-kütləvi tədbirlər, Xaçmaz-Quba-Qusar rayonlarına gəzintilər, idman tədbirləri təşkil olunmuşdur. Bu tədbirlərin hamısını Azərbaycan Təsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin işçiləri təşkil etmişdilər. İlk dəfə idi ki, belə bir tədbir payız-qış mövsümündə təşkil olunmuşdur. Bu cür tədbirlərin davamlı olması Respublika Komitəsi tərəfindən planlaşdırılır. Bunu da diqqətinizə çatdırım ki, Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı tərəfindən yenə də 8 Noyabr Zəfər Günü münasibətilə Birinci və İkinci Qarabağ müharibələri qazilərinin və şəhid ailələrinin iştirakı ilə böyük bir bayram tədbiri keçirilmişdi. Həmin tədbirdə 81 nəfər qazi və şəhid ailə üzvləri iştirak etmiş və onların hər birinə pul mükafatı da hədiyyə olunmuşdur. Yeni il bayramı günlərində də əlbəttə ki, Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqına üzv olan bütün təşkilatlarda kütləvi tədbirlər keçiriləcək. Üzv əməkdaşların azyaşlı uşaqları və nəvələrinin bayram şənliklərində iştirak etmələri üçün artıq 2000 ədəd pulsuz bilet və eyni sayda da hədiyyələr nəzərdə tutulub. Bundan başqa ATİAHİ Respublika Komitəsi şəhid ailələrinin, qazilərin və ucqar rayonlarda işləyən müəllimlərin və onların ailələrinin Nabranda yerləşən “Təhsil” İstirahət Mərkəzində istirahətini təşkil etməyi planlaşdırır.- Habil müəllim, Sizə ətraflı və dolğun müsahibənizə görə minnətdarlığımızı bildiririk və işlərinizdə yeni-yeni nailiyyətlər arzulayırıq. Sağ olun.
13.12.2024
Xalqın ürəyində ölməz lider
Tarix xalqların taleyində dərin izlər buraxan və əməlləri ilə yaddaşlarda əbədilik qazanan böyük şəxsiyyətləri hər zaman xatırlayır. Azərbaycan xalqının müasir tarixində də Ümummilli Lider Heydər Əliyevin adı əbədiyaşar liderlər sırasında xüsusi yer tutur. Onun mənalı ömür yolu və xalqımız üçün göstərdiyi misilsiz xidmətlər ölkəmizin müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcı olub.12 dekabr Azərbaycanın dövlətçilik tarixində xüsusi bir gündür. Bu gün yalnız Heydər Əliyevin fiziki yoxluğu ilə bağlı kədər günü deyil, eyni zamanda onun dövlətimizin inkişafı üçün gördüyü işlərin əziz xatirəsi ilə birləşərək yaddaşlarımızda daim yaşadığı bir gündür.Heydər Əliyev Azərbaycanı ən çətin sınaqlardan çıxaran, dövlətçiliyimizi bərpa edən, milli dəyərlərimizi qoruyub yaşadan və müstəqilliyimizi dönməz edən böyük dövlət xadimi idi. Onun müdrik siyasəti və uzaqgörən qərarları sayəsində Azərbaycan yalnız bölgədə deyil, beynəlxalq arenada da etibarlı tərəfdaş, güclü və müstəqil bir dövlət kimi tanınıb.Ulu Öndərin qurduğu dövlətçilik irsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Heydər Əliyev siyasətinin əsas prinsipləri üzərində yeni uğurlar əldə edir. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də siyasi sahələrdə regionun lider dövlətinə çevrilib.Prezident İlham Əliyevin qətiyyətli və müdrik siyasəti ilə ölkəmiz Vətən müharibəsində tarixi Zəfər qazandı. Qarabağın azadlığı ilə Heydər Əliyevin “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” fikri reallığa çevrildi. Bu qələbə Azərbaycan xalqının milli iradəsinin təntənəsi olmaqla yanaşı, dövlətimizin beynəlxalq mövqeyinin möhkəmlənməsində mühüm rol oynadı.Azərbaycanın bugünkü inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın da mühüm rolu danılmazdır. Mehriban Əliyeva Heydər Əliyev Fondunun rəhbəri kimi Azərbaycanın milli-mədəni irsinin qorunması və dünya miqyasında təbliği istiqamətində misilsiz fəaliyyət göstərir. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə böyük irəliləyişlərə səbəb olub. Mehriban Əliyevanın gördüyü işlər Azərbaycanın beynəlxalq humanitar əlaqələrinin genişlənməsinə və ölkəmizin dünyada bir humanitar mərkəz kimi tanınmasına xidmət edir.Mehriban Əliyevanın fəaliyyəti yalnız ölkə daxilində deyil, həm də Türk dünyası ilə əlaqələrin güclənməsində əhəmiyyətli yer tutur. O, mədəni irsimizin qorunmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq arenada tanıdılmasında və milli dəyərlərimizin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayır.Bu gün müstəqil Azərbaycan dövləti Heydər Əliyevin yaratdığı möhkəm təməllər üzərində yüksəlməyə davam edir. Prezident İlham Əliyevin müdrik rəhbərliyi və Mehriban Əliyevanın humanitar fəaliyyəti ilə ölkəmiz regionda və dünyada öz layiqli yerini qoruyub saxlayır.Heydər Əliyev Azərbaycan xalqının milli iradəsinin təcəssümü, dövlətimizin inkişafının memarı və müstəqilliyimizin təminatçısı kimi tariximizdə əbədi qalacaqdır. Onun adı və xidmətləri xalqımızın yaddaşında hər zaman yaşayacaqdır.Ruhunuz şad olsun, Ulu Öndər!Pərvanə Əliyeva İsmayılovaAzərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqında müşavir-katib
12.12.2024
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib
Müstəqil Azərbaycanın memarı, görkəmli dövlət və siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin vəfatından 21 il ötür. Dahi şəxsiyyətin Anım Günü hər il dekabrın 12-də Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda ehtiramla qeyd olunur.Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin kollektivi Ümummilli Lider Heydər Əliyevin Anım Günündə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər.AHİK və ATİAHİ rəhbərliyi və əməkdaşları Ulu Öndərin məzarı üzərinə əklil və gül dəstələri qoyaraq, onun əziz xatirəsini ehtiramla yad ediblər. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət olunaraq, üzərinə güllər düzülüb.IMG_3140.JPG 2.18 MB0b2bf6d6-f2a5-42ea-90c7-89360b95e9dc.png 833.1 KB7b153693-bcbc-4efd-88a5-076122fea12b.png 1.38 MB08b41509-3cd1-42a1-b8d1-f14d5ed20f49.jpeg 308.98 KB75cde258-2765-4a02-ab96-2a92b203e5b3.png 1.74 MB
12.12.2024
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb
Dekabrın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) müasir Azərbaycanın qurucusu, xalqımızın dahi oğlu, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.Tədbirdə Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib, onun büstü önünə güllər düzülüb.Konfederasiyanın sədri Sahib Məmmədov çıxış edərək, Heydər Əliyevin bənzərsiz siyasi fəaliyyəti, xalqımız və dövlətimiz qarşısında göstərdiyi misilsiz xidmətləri, eləcə də xilaskarlıq missiyası barədə danışıb. O, Ümummilli Liderin şah əsəri olan qüdrətli Azərbaycanın vətəndaşı olmağın hər bir azərbaycanlı üçün böyük qürur olduğunu vurğulayıb.Sahib Məmmədov bildirib ki, Ulu Öndərin siyasi fəaliyyətinin mərkəzində xalqımızın sosial rifahının yüksəldilməsi və vətəndaş cəmiyyətinin inkişafı dayanıb. O, Heydər Əliyevin həmkarlar ittifaqlarına göstərdiyi diqqət və qayğıdan bəhs edib və Ümummilli Liderin təşəbbüsü ilə qəbul edilən “Həmkarlar ittifaqları haqqında” Qanunun əhəmiyyətini xüsusi qeyd edib.Vurğulanıb ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev Azərbaycanı daha güclü ölkəyə çevirməyə nail olub. Müzəffər Ali Baş Komandanın gərgin əməyi və qətiyyəti nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşub, xalqımız dünyada mübariz, rəşadətli xalq kimi tanınıb.Diqqətə çatdırılıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Ulu Öndərin siyasətini uğurla reallaşdırır. Bu irsi ləyaqətlə yaşadan Heydər Əliyev Fondu hazırda ən nüfuzlu mərhəmət ünvanıdır.Sonda Sahib Məmmədov fəaliyyətini yeni çağırışlar, müasir inkişaf reallıqları əsasında yenidən quran Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Ulu Öndərin tövsiyələrinə uyğun olaraq, ölkəmizin tərəqqisinə bundan sonra da öz töhfəsini verəcəyini qeyd edib.WhatsApp Image 2024-12-12 at 17.14.31 (4).jpeg 262.94 KBWhatsApp Image 2024-12-12 at 17.14.31 (3).jpeg 387.58 KBWhatsApp Image 2024-12-12 at 17.14.31 (2).jpeg 287.69 KBWhatsApp Image 2024-12-12 at 17.14.31.jpeg 301.65 KB
12.12.2024
AzTU professorları Türkiyədə beynəlxalq konfransda çıxış edib
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə Azərbaycan Texniki Universitetinin professorları Yadigar İmamverdiyev və Mehman Həsənov, Sumqayıt Dövlət Universitetinin professoru Cavanşir Məmmədov Türkiyə Mühəndislər Dərnəyinin təşkilatçılığı ilə keçirilən Türk Dünyasının Mühəndislik üzrə Beynəlxalq Zirvə Konfransında iştirak ediblər.Alimlər “Kiberhücumlar və ona qarşı tədbirlər” və “Telekomunikasiya və mobil rabitə” mövzularında məruzələrlə çıxış edərək, konfransı yüksək qiymətləndiriblər. Tədbirdə iştirakçıların təqdimatları böyük maraqla qarşılanıb və mühüm müzakirələrə səbəb olub.015123
11.12.2024
Habil Qurbanov: “Heydər Əliyev siyasi kursu xalqı işıqlı sabaha aparan yeganə doğru yoldur”
“Müasir Azərbaycan tarixinin bütöv bir epoxası XX əsrin görkəmli dövlət xadimi, dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Ulu Öndər Heydər Əliyev öz ideyalarının müdrikliyi ilə tarix qarşısında üzərinə düşən vəzifələri şərəf və ləyaqətlə yerinə yetirərək zəngin və qüdrətli Azərbaycan qruculuğu yolunun əsas istiqamətini müəyyənləşdirmişdir. Azərbaycanın ən yeni tarixinə nəzər salsaq, bir daha aydın olar ki, onun hər bir məqamı Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində formalaşmışdır. 1993-cü ildə Ulu Öndərimizin respublikada ikinci dəfə hakimiyyətə gəlməsi ilə müstəqil Azərbaycanın tarixində Heydər Əliyev epoxasının ən dinamik, gərgin, səmərəli dövrü başladı. Heydər Əliyev növbəti dəfə xilaskarlıq missiyasını üzərinə götürərək doğma xalqının köməyinə gəldi. Bu qayıdış dövlətimizi yox olmaq təhlükəsindən qurtardı. Həmin ildən ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. Ulu Öndərin fəaliyyətinin ən mühüm, strateji əhəmiyyət daşıyan istiqamətlərindən biri bazar münasibətlərinə keçidin tələblərinə uyğun iqtisadi siyasəti reallaşdırmaq, ölkə iqtisadiyyatını böhrandan qurtarıb, dirçəliş, ardınca isə inkişaf yoluna çıxarmaq idi. Bu, Ümummilli Liderimizin müəllifi olduğu yeni Azərbaycanın inkişaf modeli idi. Ümummilli Liderin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. Ümumilikdə, 1993-2003-cü illərdə ölkədə bütün sahələrdə həyata keçirilən köklü islahatlar müstəqillik amilinin əyani şəkildə bərqərar olmasını təmin edib. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi illərində milli maraqlarımıza cavab verən mükəmməl qanunvericilik bazası yaradılıb, hüquqi dövlət quruculuğunun əsasları qoyulub.”Bu sözləri aia.az-a 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə verdiyi müsahibəsində Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri hüquq elmləri doktoru, professor Habil Qurbanov deyib.Fikirlərini davam etdirən Komitə sədri daha sonra bildirib ki, cənab Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyev siyasi kursunu yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən əsas amil kimi çıxış edir: “Artıq neçə illərdir ki, Azərbaycanda əhalinin sosial rifahı getdikcə yüksəlir, dövlət büdcəsinin gəlirləri artır. Bu gün Azərbaycan Avrasiya məkanında həyata keçirilən irimiqyaslı transmilli enerji və logistik layihələrin mühüm iştirakçısına, bir çox hallarda isə təşəbbüskarına çevrilmişdir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu getdikcə artmaqdadır. Azərbaycan regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünya birliyinin vacib partnyoruna çevrilib. Əlbəttə ki, son illər ərzində əldə olunmuş böyük uğurların təməlində əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ictimai - siyasi sabitlik və vətəndaş həmrəyliyi kursu dayanıb. Birmənalı olaraq qeyd etmək lazımdır ki, hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən xarici və daxili siyasi kurs, sosial və iqtisadi inkişaf strategiyası Azərbaycan xalqının seçimidir. Bu inkişaf yolu xalqımızın mənafeyinə uyğun olan, onun inamlı sabahına, işıqlı gələcəyinə gedən yeganə yoldur” – deyə, Habil Qurbanov fikirlərini tamamlayıb.
10.12.2024
BHİK Baş Şurasının iclası keçirilir, AHİK sədri Sahib Məmmədov vitse-prezident vəzifəsinə təsdiqlənib
Dekabrın 3-də Braziliyada Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Baş Şurasının 35-ci iclası öz işinə başlayıb.Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov iştirak edir.BHİK-nın prezidenti xanım Akiko Qono Şuranın gündəliyi ilə üzvləri tanış edib. Sonra təşkilatın Baş katibi Luk Trianqlın hesabatı dinlənilib, ötən dövr ərzində görülən işlər Şura üzvlərinin diqqətinə çatdırılıb.İclasda gündəlikdəki məsələlər, o cümlədən Baş Şuranın 34-cü iclasının hesabatı, 2025-ci il üçün iş planı, Baş Şuranın və İcraedici Büronun növbəti il üçün iclas günləri təsdiqlənib. Həmçinin Beynəlxalq Əmək Təşkilatı və BHİK-nın strateji prioritetləri, iqlim dəyişmələri və ədalətli keçid üzrə 2022-ci ildən indiyədək görülən işlər, sülh və təhlükəsizlik məsələləri müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.Baş Şurada Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının BHİK-ya üzvlüklə bağlı müraciətinə baxılıb, müzakirələr zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri özbəkistanlı həmkarlarına öz dəstəklərini ifadə ediblər.Eyni zamanda iclasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov BHİK-nın vitse-prezidenti vəzifəsinə təsdiqlənib.Tədbirdə BHİK-nın 2027-ci ilin noyabr ayında Avstriyada keçirilməsi nəzərdə tutulan VII Qurultayı barədə danışıqlar aparılıb. Bildirilib ki, Qurultayda Baş katib və digər yüksək vəzifəli şəxslər seçiləcək, Baş Şuranın üzvləri müəyyənləşəcək, qarşıda duran vəzifələr planlaşdırılacaq və bəyanat qəbul olunacaq. Eyni zamanda qurumun nizamnamə və digər sənədlərində dəyişikliklər müzakirə ediləcək.Qeyd edək ki, BHİK Baş Şurasının iclası dekabrın 5-də yekunlaşır.4-4 (1).jpeg 108.44 KB3-5.jpeg 300.37 KB2-5.jpeg 125.16 KB
04.12.2024
3 dekabr 2024-cü il tarixində ATİAHİ Respublika Komitəsində “Yollayışların yeni qaydalarla verilməsi” mövzusunda geniş tərkibli iclas keçirildi.
3 dekabr 2024-cü il tarixində ATİAHİ Respublika Komitəsində “Yollayışların yeni qaydalarla verilməsi” mövzusunda geniş tərkibli iclas keçirildi.İclasda ATİAHİ sədri Araz Paşayev, sədr müavinləri Mirzə Cəfərzadə və Turanə Kərimova, AHİK sədrinin müşaviri İlkiyar Ziyadov, “Kurort” Turizm İnformasiya Mərkəzinin direktoru Emiliya Səfərəliyeva və üzv təşkilatların sədrləri iştirak edirdilər.Tədbiri ATİAHİ sədr müavini Mirzə Cəfərzadə açaraq iştirakçıları salamladı və görüşün əsas məqsədi barədə məlumat verdi. Sonra söz ATİAHİ sədri Araz Paşayevə verildi.Araz Paşayev görüşün əsas məqsədinin yollayışların verilməsində yeni qaydaların tətbiqi məsələsi olduğunu qeyd etdi. Yeni sistemin şəffaflığı təmin etmək və üzvlərin yollayışlardan bərabər şəkildə yararlanmasını təmin etmək məqsədi daşıdığını vurğuladı. O, sənədləşmə prosesinin elektronlaşdırılmasının bu istiqamətdə atılacaq ən vacib addımlardan biri olduğunu bildirdi. Eyni zamanda, yaşlı nəsil təhsil işçiləri və müasir texnologiyadan istifadə edə bilməyən üzvlər üçün kağız formasında müraciət imkanlarının hələ də qalacağını əlavə etdi.Daha sonra AHİK sədrinin müşaviri İlkiyar Ziyadov çıxış edərək yeni qaydaların mahiyyəti və məqsədləri barədə danışdı. O, qeyd etdi ki, yollayışların rəqəmsallaşdırılması prosesi yalnız şəffaflığı artırmaqla kifayətlənməyəcək, həm də vaxt və resurslara qənaət edəcək. Ardınca, “Kurort” Turizm İnformasiya Mərkəzinin direktoru Emiliya Səfərəliyeva çıxış etdi. O, yollayışların mərkəzləşdirilmiş qaydada idarə olunması, güzəştlərin tətbiqi və üzvlərin bərabər imkanlardan faydalanması üçün atılacaq addımlar barədə məlumat verdi. Şəhid ailələri, qazilər və sağlamlıq problemi olan üzvlər üçün xüsusi güzəştlər olacağını qeyd etdi. Eyni zamanda, tətbiq edilən xüsusi güzəştlərin ATİAHİ sədrinin səlahiyyətlərinə daxil olduğunu vurğuladı. Emiliya xanım əlavə etdi ki, yollayış üçün müraciətlər yalnız yay mövsümü ilə məhdudlaşmamalı, digər fəsillərdə də üzvlərin istirahətə cəlb olunması təmin edilməlidir. Bu, müraciətlərin sayını balanslaşdırmağa və sistemin daha effektiv işləməsinə kömək edəcək.Araz Paşayev əlavə olaraq üzv təşkilatlarla birbaşa əməkdaşlığın gücləndirilməsinin, onların fəaliyyətlərindəki çatışmazlıqların aradan qaldırılmasının vacibliyini vurğuladı. O, xüsusi qruplar üçün güzəştli yollayışların davam etdiriləcəyini təsdiqlədi və bu tədbirlərin həm sosial təminatın gücləndirilməsinə, həm də daha ədalətli bir sistemin qurulmasına xidmət edəcəyini qeyd etdi.Tədbirin növbəti hissəsi sədr müavini Mirzə Cəfərzadənin rəhbərliyi ilə davam etdi. O, üzv təşkilat sədrlərini işlərində daha məsuliyyətli olmağa və neqativ halların qarşısını almağa çağırdı.Ardınca, tədbir şöbə müdirlərinin çıxışları ilə davam etdi. Onlar öz növbəsində tətbiq olunan yeni proqramlar haqqında təlimat verdilər və iştirakçıların suallarını cavablandırdılar. Tədbirin sonunda üzv təşkilat sədrlərinin ATİAHİ-nin fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırıldı. Sədr və sədr müavinləri iştirakçıları işlərində şəffaf, obyektiv və operativ olmağa çağırdılar. Həmçinin, Yeni İl ərəfəsində keçirilməsi nəzərdə tutulan şənliyin təhsil sahəsində çalışan xüsusi qruplar və təhsildə uğurlu nəticələr göstərən müəllimlər üçün təşkil ediləcəyini bildirdilər.IMG_9222.JPG 415.75 KBWhatsApp Image 2024-12-04 at 17.51.45.jpeg 546.1 KB9c4d8410-9a6a-4253-b6c3-f9bc44c29a89.jpeg 350.82 KBb546c2b9-6528-4914-ada3-be9706ecec3b.jpeg 184.78 KBf62d785e-992d-4022-a5ed-3fae0fa83933.jpeg 185.32 KB
03.12.2024
Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri ilə görüş olub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri ilə görüş keçirilib. Görüşdə müxtəlif sahələr üzrə inkişaf edən Azərbaycan-Özbəkistan əlaqələrindən danışılıb, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulanıb, həmkarlar ittifaqları arasında münasibətlər müzakirə olunub.Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin mühüm rolunu diqqətə çatdıran Konfederasiya sədri Füzuli rayonunda Mirzə Uluqbəy adına orta məktəbin inşa olunmasını Qarabağda həyata keçirilən bərpa-quruculuq işlərinə qardaş dəstəyi adlandırıb.Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən söz açan Konfederasiya sədri Sahib Məmmədov üzvlərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətlərinin təşkili istiqamətində görülən işlər və tətbiq olunan yeniliklər, həmçinin sanatoriya-kurort müəssisələri, onların iş prinsipi, göstərilən xidmətlər barədə Özbəkistan nümayəndələrinə məlumat verib.7WhatsApp Image 2024-12-03 at 09.41.09 (2).jpeg 329 KB64321Bildirilib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Özbəkistan Həmkarlar İttifaqları Federasiyası arasında əlaqələr davamlı olaraq genişlənir. Ötən ilin sentyabrında imzalanan əməkdaşlıq haqqında Memorandum iki qardaş ölkənin sahə həmkarlar ittifaqları arasında münasibətlərin qurulmasına və inkişafına təkan verib. Vurğulanıb ki, Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları üzvlərinin müalicə və istirahətinin təşkilinə dair birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.Özbəkistan Həmkarlar İttifaqları Federasiyası yanında Sanatoriya-kurort idarəsinin rəisi Anvar Ahmedov ölkələrimizin və iki qardaş xalqın münasibətlərinin yüksək səviyyəsindən məmnunluqla bəhs edib.Anvar Ahmedov həmçinin rəhbərlik etdiyi sahənin fəaliyyətindən, ittifaq üzvlərinin müalicəsi və istirahəti üçün yaradılmış şəraitdən danışıb, azərbaycanlı həmkarları ilə apardıqları təcrübə mübadiləsinin gələcək fəaliyyət üçün faydalı olacağını diqqətə çatdırıb.Görüşdə həmçinin əlaqələrin inkişafına dair təkliflər səslənib, təşəbbüslər irəli sürülüb.Qeyd edək ki, Azərbaycana səfər çərçivəsində Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri Naftalan şəhərində də olub, icra hakimiyyətində görüş keçirib, eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının şəhər ərazisində yerləşən sanatoriya və obyektləri ilə tanış olublar.
02.12.2024
ATİAHİ sədri Araz Paşayev Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Konfransında İcraiyyə Komitəsinin üzvü seçilib
26-27 noyabr tarixlərində Monteneqronun Budva şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin Konfransı keçirilib.Avrop və Asiyanın 55 ölkəsinin 123 üzv təşkilatından təxminən 500 nümayəndənin qatıldığı bu mötəbər tədbirdə Azərbaycanı ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.Konfransın əsas mövzusu “Sosial Avropada dövlət təhsilinin gələcəyi uğrunda mübarizə” olub. Tədbirdə həmkarlar ittifaqlarının gücləndirilməsi, dövlət təhsilinin hər kəs üçün əlçatan və keyfiyyətli olması, ədalətli və inklüziv təhsil, təhsildə rəqəmsal alətlərin və süni intellektin təsirləri, eləcə də mühafizəkar ideologiyalara qarşı mübarizə kimi aktual məsələlər geniş müzakirə olunub. Eyni zamanda, konfrans çərçivəsində təşkilatın son dörd illik fəaliyyəti və auditor hesabatları nəzərdən keçirilib, 2025-2028-ci illər üçün strateji fəaliyyət proqramı və büdcə qəbul edilib.Tədbirdə Beynəlxalq Təhsil Birliyinin prezidenti Muqvena Maluleke, baş katibi David Edvard, Təhsil üzrə Avropa Həmkarlar İttifaqının prezidenti Larri Flanagan, Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə koordinatoru Jelmer Evers, həmkarlar ittifaqı liderləri, elm və təhsil üzrə ekspertlər, eləcə də ictimaiyyətin və mətbuatın nümayəndələri iştirak ediblər.Təhsilin qarşısında duran çətinliklərə həsr olunmuş çıxışlarda dövlət məktəblərinin azalması, özəl təhsil müəssisələrinin artması, təhsilə ayrılan büdcələrin azaldılması və peşəkar müəllim çatışmazlığı kimi məsələlər xüsusi vurğulanıb.Konfrans zamanı Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezident, vitse-prezident və İcraiyyə Komitəsi üzvlərinin seçkiləri keçirilib. Qapalı səsvermə nəticəsində İrlandiya Müəllimlər Birliyinin sədri Con Makqabhann dörd illik müddətə Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezidenti seçilib. Danimarka, Böyük Britaniya, Fransa, Serbiya, Polşa və İspaniyadan olan təhsil işçiləri həmkarlar ittifaqlarının liderləri vitse-prezident vəzifəsinə seçilib.Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev də İcraiyyə Komitəsinə namizəd göstərilib və böyük səs çoxluğu ilə 2025-2028-ci illər üçün İcraiyyə Komitəsinin üzvü seçilib.İcraiyyə Komitəsinin ilk iclasında çıxış edən Araz Paşayev ona göstərilən etimada görə iştirakçılara təşəkkür edib və ATİAHİ-nin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ən böyük üzv təşkilatı kimi təhsil işçilərinin hüquqlarının qorunmasında gördüyü işlər barədə məlumat verib.Səfər çərçivəsində Araz Paşayev Beynəlxalq Təhsil Birliyinin prezidenti Muqvena Maluleke, Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin yeni seçilmiş prezidenti Con Makqabhann və direktor Jelmer Evers ilə təkbətək görüşlər keçirib. Görüşlərdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Bununla yanaşı, Bolqarıstan və İspaniyanın həmkarlar ittifaqları liderləri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.cd44b766-cce3-4930-8c20-36032909cd02 (1).jpeg 190.95 KBIMG_3419.jpg 1003.36 KBIMG_3422.jpg 1.04 MBIMG_3444.jpg 758.19 KBIMG_3522 (1).jpg 704.25 KBIMG_3458.jpg 874.94 KB
27.11.2024
ATİAHİ nümayəndə heyəti Tacikistanda keçirilən Beynəlxalq Konfransda iştirak edib
21-22 noyabr tarixlərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndə heyəti Tacikistanın Düşənbə şəhərində 6 ölkənin iştirakı ilə keçirilən beynəlxalq konfransda iştirak edib. Konfrans Tacikistan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə "Beynəlxalq əmək standartlarının təşviqində həmkarlar ittifaqlarının rolu və təcrübəsi" mövzusunda keçirilib.Tədbir təhsil işçilərinin əmək hüquqlarının qorunması, iş şəraitinin yaxşılaşdırılması və beynəlxalq əmək standartlarının tətbiqi ilə bağlı təcrübə mübadiləsi aparmaq məqsədilə təşkil olunub. Konfransda Tacikistan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Türkiyənin təhsil işçiləri həmkarlar ittifaqlarının liderləri və fəalları iştirak ediblər. İştirakçılar arasında Tacikistanın Elm və Təhsil Nazirinin müavini Camşed Jurazoda, Tacikistan Həmkarlar İttifaqları Federasiyasının sədri Malikşo Nemətzoda, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçilərin Fəaliyyəti Ofisinin baş mütəxəssisi Qoça Aleksandria və BƏT-in Milli Koordinatoru Sabir Əminov da yer alıb.Azərbaycanı bu tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Respublika Komitəsi sədrinin katibi-müşaviri Renata Mənsurova və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Qönçə Hacıyeva təmsil ediblər.Konfransda həmkarlar ittifaqlarının beynəlxalq əmək standartlarının tətbiqində və təhsil işçilərinin hüquqlarının qorunmasındakı mühüm rolu müzakirə edilib. Qönçə Hacıyeva ATİAHİ RK-nın fəaliyyət istiqamətləri barədə iştirakçılara geniş məlumat verib. O, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bir hissəsi olaraq, ölkəmiz tərəfindən ratifikasiya edilən Beynəlxalq Əmək Təşkilatının 59 konvensiyası və 1 protokolunun tətbiqi ilə bağlı təcrübələrini bölüşüb.İki gün davam edən konfransda həmkarlar ittifaqlarının beynəlxalq əmək hüquqlarının təşviqi və sosial ədalətin təmin edilməsi istiqamətindəki fəaliyyətləri yüksək qiymətləndirilib. Tədbir iştirakçıları bu mövzularda daha geniş əməkdaşlıq perspektivlərinin olduğunu vurğulayıblar.IMG_9067.JPG 438.55 KBIMG_9068.JPG 391.49 KB
22.11.2024
ATİAHİ nümayəndə heyəti Türkiyədə V Beynəlxalq Türk Dünyası Təhsil və Sosial Elmlər Konfransında iştirak edir
ATİAHİ nümayəndə heyəti Türkiyədə V Beynəlxalq Türk Dünyası Təhsil və Sosial Elmlər Konfransında iştirak edir22-23 noyabr tarixlərində Türk Eğitim-Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin təşkilatçılığı ilə V Beynəlxalq Türk Dünyası Təhsil və Sosial Elmlər Konfransı keçirilir. Tədbirdə 47 ölkədən 1574 elm və mədəniyyət nümayəndəsi iştirak edib. Azərbaycanı bu mötəbər tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.Elmi konfransda Şimali Kipr Türk Respublikası Əmək və Sosial Müdafiə naziri Sadıq Gardiyanoğlu, Türk Eğitim-Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin sədri Talip Geylan, eləcə də Qazaxıstan, Qırğızıstan, Makedoniya, Rumıniya və İraqdan olan təhsil işçiləri həmkarlar ittifaqlarının liderləri iştirak edirlər.Konfrans çərçivəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev V Beynəlxalq Türk Dünyası Təhsil və Sosial Elmlər Konfransının fəxri münsiflər heyətinə üzv seçilib.Qeyd edək ki, 2017-ci ildən etibarən Türk Eğitim-Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin təşəbbüsü ilə təşkil olunan bu konfranslar türkdilli ölkələr arasında elm, təhsil, sosial və mədəni əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Eyni zamanda, bu tədbirlər yüzlərlə türkdilli gənc alimin yetişməsinə, onların beynəlxalq elmi arenaya çıxışına şərait yaradır.467909521_7537880103003767_10881982782352288_n.jpg 349.67 KBIMG_9065.JPG 11.01 MB
22.11.2024
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədri Araz Paşayev ölkəmizi Ankara şəhərində keçiriləcək Türk Dünyasının Mühəndislik üzrə Beynəlxalq Zirvə Konfransında təmsil edəcək nümayəndə heyəti ilə görüş keçirib
Noyabrın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədri Araz Paşayev, ölkəmizi Ankara şəhərində keçiriləcək Türk Dünyasının Mühəndislik üzrə Beynəlxalq Zirvə Konfransında təmsil edəcək nümayəndə heyəti ilə görüş keçirib.3Görüşdə Azərbaycan Texniki Universitetinin, Sumqayıt Dövlət Universitetinin və Bakı Mühəndislik Universitetinin professorları iştirak ediblər. Beynəlxalq Zirvə Konfransında ediləcək çıxışlar müzakirə olunub.2Qeyd edək ki, Türkiyə Mühəndislər Dərnəyi və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqının dəvəti ilə ATİAHİ Respublika Komitəsinin birgə əməkdaşlığı çərçivəsində 5-7 dekabr tarixlərində baş tutacaq konfransın əsas məqsədi Türk coğrafiyasındakı mühəndisləri ortaq platformda bir araya gətirərək təhsil sahəsində yeni perspektivlər açmaqdır.1Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev ölkəmizi təmsil edəcək alimlərə uğurlar arzulayıb.Araz Paşayev görüş zamanı 60 illik yubileyini qeyd edən Azərbaycan Texniki Universitetinin Kibertəhlükəsizlik kafedrasının müdiri, professor Yadigar İmamverdiyevi təbrik edib. Professor Respublika Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyə ilə təltif olunub.67
16.11.2024
Azərbaycan Təhsil İşçilari Azad Hamkarlar İttifaqının təşəbbüsü ilə "Alimlərin Zəfər düşərgə"si təşkil edilib
8 Noyabr – Zəfər Günündə ilk dəfə olaraq Azərbaycan Təhsil İşçilari Azad Hamkarlar İttifaqının (ATİAHİ) təşəbbüsü ilə Nabranda yerləşən "Təhsil İstirahət Mərkəzi"ndə Zəfər günüə həsr olunmuş "Alimlərin Zəfər düşərgə"si təşkil olunub.ATİAHİ-nin dəstəyi ilə təşkil olunan düşərgədə Elm və Təhsil Nazirliyinin 100 alim əməkdaş iştirak edib."Alimlərin Zəfər düşərgə"sinin rəsmi açılış mərasimində əvvəlcə Azərbaycan respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və tarixi Zəfəri Azərbaycana bəxş edən Vətən müharibəsinin qəhrəmanlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə Azərbaycan Təhsil İşçilari Azad Hamkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müavini Mirzə Cəfərzadə Azərbaycan torpaqlarının işğalına son qoyan Zəfər Gününün dördüncü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində işğal altında olan torpaqları azad edib. Azərbaycan Ordusunun hər bir əsgəri bu mübarizədə sarsılmaz əzm və cəsarət nümayiş etdirib. Hər bir şəhidin adı, hər bir qazinin xatirəsi bizim üçün unudulmazdır, çünki onlar bu torpağın qürurunun, azadlığının daşıyıcılarıdır. M. Cəfərzadə 44 günlük Vətən müharibəsi zamanı 760 təhsil işçisinin düşmənə qarşı qəhrəmanlıqla vuruşduğunu, onlardan 20 nəfərin şəhid olduğunu düşərgə iştirakçılarının diqqətinə çatdırıb. Çıxışının sonunda Mirzə Cəfərzadə "Alimlərin Zəfər düşərgə"sinin səmərəli, rəngarəng keçəcəyinə əmin olduğunu bildirərək, iştirakçılara uğurlar arzulayıb.Çıxış edən Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Habil Qurbanov, Vətən müharibəsi iştirakçısı, Radiasiya Problemləri İnstitutunun əməkdaşı Samir Mustafayev və digər natiqlər düşərgənin təşkilinə görə Azərbaycan Təhsil İşçilari Azad Hamkarlar İttifaqına təşəkkürlərini bildiriblər.Azərbaycan Təhsil İşçilari Azad Hamkarlar İttifaqı Respublika Komitəsinin sədrinin birinci müavini Tehranağa Abdullayev və sədr müavini Turanə Kərimova alimlərlə diskussiya şəklində fikir mübadiləsi aparıblar.Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin 8 Noyabr – Zəfər Gününə həsr olunan konsert proqramı ilə davam etdirilib."Alimlərin Zəfər düşərgə"sində Radiasiya Problemləri İnstitutunun Vətən müharibəsində mərdliklə döyüşmüş dörd əməkdaşı da iştirak edir.Qeyd edək ki, 8-13 noyabr tarixlərində alimlərimizə maraqlı proqramlar təlimlər, əyləncəli yarışlar keçiriləcək.12345678910
08.11.2024
Contact us