Ümumi məlumat
İttifaqın ali orqanı 5 ildə bir dəfə çağırılan qurultaydır. Qurultaylararası dövrdə həmkarlar ittifaqının ali orqanı Respublika Komitəsidir. Qurultayın çağırılması və gündəliyi haqqında qurultaydan 90 gün əvvəl elan olunur. Qurultaya nümayəndəlik norması və nümayəndələrin seçilməsi qaydası Respublika komitəsi tərəfindən müəyyən olunur.
Qurultay nümayəndələrinin səlahiyyəti seçilmiş həmkarlar ittifaqı orqanının səlahiyyəti müddətinə saxlanılır. Seçilmiş orqan üzvlərinin üçdə bir hissəsi tələb etdikdə növbədənkənar qurultay (konfrans) çağırılır və onun gündəliyi, keçirilməsi haqqında qərar ən azı 30 gün əvvəl elan olunur.
Səlahiyyəti
Qurultay:
- İttifaqın Respublika Komitəsinin və Təftiş komissiyasının hesabatlarını dinləyir, növbəti və ümumi vəzifələri müəyyənləşdirir;
- İttifaqın nizamnaməsini qəbul edir, ona dəyişikliklər və əlavələr edir;
- İttifaqın təftiş komissiyasının, Respublika Komitəsinin sədrini və katibini seçir;
- Respublika Komitəsinin və Təftiş komissiyasının səlahiyyətlərini təsdiq edir;
- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayına, məclisinə və digər beynəlxalq qurumlara nümayəndələr seçir.