Təşkilat şöbəsi
Fəaliyyətinin əsas istiqamətləri
- Müəssisə və təşkilatda çalışanları (tələbə və şagirdləri) ittifaqa üzvlüyə cəlb edir;
- Həmkarlar ittifaqı komitəsinin işini planlaşdırır;
- Hesabat-seçki iclaslarında (konfranslarda) deyilmiş təklif və tənqidi qeydləri ümumiləşdirir, tədbirlər planı tərtib edir;
- Həmkarlar ittifaqı komitələrinin iclaslarını hazırlayır;
- Həmkarlar ittifaqı komitəsinin qəbul etdiyi qərarların yerinə yetirilməsinə nəzarət edir;
- Həmkarlar ittifaqı fəallarının təhsilini təşkil edir;
- Həmkarlar ittifaqı komitəsində kargüzarlıq işlərinin düzgün təşkilini həyata keçirir;
- Həmkarlar ittifaqı təşkilatlarının qeydiyyatını aparır və təşkilatın sahələrinin keyfiyyətcə möhkəmlənməsini təşkil edir;
- Həmkarlar ittifaqı sahəsində fərqlənən ittifaq üzvlərinin maddi və mənəvi cəhətdən mükafatlandırılması barədə təkliflər verir;
- Həmkarlar ittifaqının və onun ayrı-ayrı orqanlarının fəaliyyəti ilə əlaqədar daha çox ittifaq üzvünün və təhsil işçisinin tanış olması məqsədilə geniş və hərtərəfli məlumat hazırlayır;
- Məlumat xarakterli məsələlər, yeni qəbul edilmiş normativ sənədlərlə əlaqədar həmkarlar ittifaqı fəallarına, onun ayrı-ayrı orqanlarına metodiki köməklik göstərir;
- Həmkarlar ittifaqı komitəsinin iclaslarını (konfransları, müşavirələri və digər yığıncaqları) protokollaşdırır;
- Təşkilati işlərlə əlaqədar daxil olmuş ərizə, şikayət, sorğularla əlaqədar araşdırma aparır, öz təkliflərini verir;
- Həmkarlar ittifaqının möhkəmlənməsi və nüfuzunun artması üçün müxtəlif müsabiqə, yarış və treninqlərin keçirilməsini təşkil edir;
- Kollektiv müqavilənin yerinə yetirilməsində yaxından iştirak edir;
Əmək haqqı və sosial müdafiə şöbəsi
Fəaliyyətinin əsas istiqamətləri
- Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanılan Kollektiv Sazişin hazırlanmasında iştirak edir.
- Kollektiv Sazişdə qeyd edilmiş sosialyönümlü şərtlərin yerinə yetirilməsinə nəzarəti təşkil edir və bununla bağlı yarımillik və illik hesabatları tərtib edir.
- Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin xidmətində olan təşkilatlara müvafiq kollektiv müqavilələrin hazırlanmasına, bağlanmasına və götürülən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı nəzarətin təşkil edilməsinə köməklik edir.
- Azərbaycan Respublikasının əmək qanunvericiliyində edilən dəyişikliklərlə əlaqədar Kollektiv Saziş və kollektiv müqavilələrdə əlavə və dəyişikliklərin nəzərə alınmasını təşkil edir.
- Təhsil müəssisəsinin rəhbərliyi tərəfindən işçilərin iş vaxtı, istirahət günləri, məzuniyyət, qadınların və azyaşlıların əməyin müdafiəsi ilə əlaqədar Əmək Məcəlləsində nəzərdə tutulmuş qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət edir.
- Təhsil işçilərinin əmək haqlarının və digər ödəmələrin düzgün hesablanmasına və vaxtında verilməsinə nəzarət edir.
- Təhsil işçilərinin iş vaxtından əlavə işə görə əmək haqqının hesablanmasına, əmək və məzuniyyət haqlarından gəlir vergisinin düzgün tutulmasına nəzarət edir.
- Qanunvericiliklə nəzərdə tutulmuş güzəştlərin, imtiyazların və kompensasiyaların təhsil işçilərinə düzgün və vaxtında verilməsinə nəzarət edir.
- Əmək haqqı və digər ödəmələrlə bağlı qanunvericilik barədə həmkarlar ittifaqı təşkiltalarına məsləhətlər verir.
- Təhsil işçilərinin əmək, sosial, iqtisadi və digər hüquqlarının müdafiəsi ilə bağlı təşkilatın fəalları üçün metodiki vəsaitlər hazırlayır, onları hüquqi məsələlərlə bağlı təşkil edilən kurslara, seminarlara, treninqlərə cəlb edir.
- Konfrans və yığıncaqlarda əmək kollektivi tərəfindən irəli sürülən təklif və iradların həyata keçirilməsinə nəzarət edir.
- Təhsil işçilərinin əmək, sosial, iqtisadi və digər hüquqlarının müdafiəsi ilə əlaqədar ittifaq üzvlərinə hüquqi yardımlar göstərir.
Əməyin mühafizəsi şöbəsi
Fəaliyyətinin əsas istiqamətləri
- İş yerlərinin, keçidlərin, binaların, ərazinin və s. yerlərinin, eləcə də istismar olunan avadanlıqların, yükqaldırıcı və nəqliyyat vasitələrinin texnoloji proseslərin əməyin mühafizəsi tələblərinə cavab verməsi vəziyyətini müntəzəm yoxlayır;
- Zərərli, yanğın və partlayış təhlükəli maddələrin və materialların düzgün daşınması, saxlanması və istifadə edilməsinə, radioaktiv şüalanma mənbələrinə nəzarət edir;
- İş yerlərində sanitar-gigiyenik əmək şəraitini və vəziyyətini (istilik-rütubət rejimini, hava mühitinin tozlanması və qazlanmasını, işıqlanmanı və s.) işləyənlərin sanitar-məişət otaqları, qurğuları ilə təmin olunması və onların saxlanması vəziyyətini yoxlayır;
- Yeni tikilən və yenidən qurulan istehsalat və məişət təyinatlı obyektlərin əməyin mühafizəsi qaydalarına uyğunluğunu yoxlayır;
- Təlimatların keçirilməsinə, işçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi, təşkili və bu işlərin keyfiyyətli aparılmasına, yüksək təhlükəli işlərdə işləyənlərə müvafiq vəsiqələrin və naryad-buraxılışların verilməsinə nəzarət edir;
- Əmək xəsarəti və peşə xəstəliklərinin səbəblərini təhlil edir, onların aradan qaldırılmasına dair tədbirlərin, Dövlət əmək müfəttişliyinin, müəssisələrin əməyin mühafizəsi xidmətinin göstərişlərinin, ictimai təşkilatların və həmkarlar ittifaqları tərəfindən bu işə vəkil edilmiş şəxslərin əməyin mühafizəsinə dair təqdimatlarının yerinə yetirilməsinə nəzarət edir;
- Əgər əmək xəsarəti yalnız müəssisənin təqsiri üzündən deyil, həm də zərərçəkənin kobud ehtiyatsızlığı üzündən baş veribsə, işəgötürən zərərçəkənin təqsirinin dərəcəsini müəyyən etdikdə əməyin mühafizəsi komissiyası bu barədə rəy verir. Komissiyanın rəyi işəgötürən tərəfindən hökmən nəzərə alınmalıdır.
- İşləyənlərin vaxtlı-vaxtında pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və fərdi mühafizə vasitələri ilə tə¬min edilməsi və onlara qulluq olunmasına (təmiri, təmizlənməsi, yuyulması, tozunun təmizlənməsi və s.) nəzarət edir;
- İş rejimi, istirahət vaxtı, qadın və gənclərin əməyin mühafizəsinə, yuyucu və dezinfeksiya edici materialların, müalicəvi-profilaktik qidaların verilməsindən, içməli su rejiminin təşkili və eləcə də istehsalatda xəsarət almış işçilərin səhhətinə dəyən zərərə görə ödənclərin vaxtlı-vaxtında və düzgün verilməsinə, qanunvericiliyə əməl olunmasına nəzarət edir;
- Əməyin mühafizəsinə dair Sazişlərin və Kollektiv Müqavilənin müvafiq bölməsinin işlənib hazırlanmasında və yerinə yetirilməsinin yoxlanmasında, əməyin mühafizəsinin təmin olunmasına dair tədbirlərin həyata keçirilməsində, müəssisənin payız-qış mövsümündə işə hazırlanmasında, iş yerlərinin attestasiyadan keçirilməsi işində iştirak edir. Əməyin mühafizəsi üçün nəzərdə tutulmuş vəsaitdən düzgün istifadə olunmasına nəzarət edir;
- Ayrı-ayrı normativ sənədlərin layihələrinə əməyin mühafizəsinin aktual məsələlərinə və eləcə də həmkarlar ittifaq üzvlərinin ərizə və şikayətlərinə baxır və lazımi hallarda müvafiq həmkarlar ittifaqı komitəsinə, sex komitəsinə (həmkarlar bürosuna) təklif verir;
- Əməyin mühafizəsinə dair təşkilati tədbirlərin (baxış, müsabiqələr, reydlər, əməyin mühafizəsi günü və s.) hazırlanmasında və keçirilməsində iştirak edir, təbliğat vasitələrinin olmasını və vəziyyətini əməyin mühafizəsi üzrə kabinetin işini, təhlükəsizlik texnikası üzrə lövhə və guşələrin təşkili vəziyyətini yoxlayır;
- Əməyin mühafizəsi üzrə ictimai müvəkkillərin işini təşkil edir.
Beynəlxalq əlaqələr şöbəsi
Fəaliyyətinin əsas istiqamətləri
- ATİAHİ-nin ümumdünya həmkarlar hərəkatına inteqrasiya olunmasını təmin edərək dünya təcrübəsindən əldə olunmuş nailiyyətlərdən yararlanmaq və onlardan ittifaq üzvlərinin mənafeləri üçün istifadə etmək;
- Beynəlxalq əlaqələr sahəsində ATİAHİ-nin perspektivlərini müəyyənləşdirmək;
- Beynəlxalq həmkarlar ittifaqları və müxtəlif ölkələrin uyğun həmkarlar ittifaqı təşkilatları ilə əməkdaşlıq sahəsində işgüzar əlaqələrin yaradılması, mövcud əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsinə dair analitik materiallar və təkliflər hazırlamaq;
- Həmkarlar ittifaqlarının fəaliyyət metodikasının təkmilləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması, tərəflərin mövqelərinin milli və beynəlxalq səviyyələrdə əlaqələndirilməsi üçün dünyanın müxtəlif həmkarlar ittifaqı təşkilatları ilə Respublika Komitəsi arasında bağlanan müqavilələrin layihələrinin hazırlanmasında iştirak etmək;
- Elm, təhsil, mədəniyyət və digər sahələrdə həmkarlar ittifaqı təşkilatlarının əldə etdiyi təcrübələri bölüşmək məqsədi ilə müxtəlif ölkələrin həmkarlar ittifaqı təşkilatları ilə Respublika Komitəsi arasında nümayəndə heyətlərinin mübadiləsini aparmaq;
- Respublika Komitəsinin qoşulduğu beynəlxalq və regional layihələri əlaqələndirmək, ATİAHİ Respublika Komitəsi və sahə həmkarlar ittifaqı nümayəndələrinin beynəlxalq konfranslarda, forumlarda, simpoziumlarda, əməkdaşlıq və həmrəylik məqsədilə keçirilən digər mühüm tədbirlərdə iştirakını təşkil etmək;
- Respublika Komitəsinin keçirdiyi beynəlxalq tədbirlər (konfransları, seminarlar və.s) zamanı koordinasiya işlərini həyata keçirmək;
- Əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə beynəlxalq və xarici həmkarlar ittifaqı təşkilatlarından Respublika Komitəsinə daxil olan məlumatları təhlil etmək, bu barədə müvafiq arayış və təkliflər hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Beynəlxalq və xarici təşkilatlardan Respublika Komitəsinə daxil olan sənədləri səlahiyyətləri çərçivəsində araşdırmaq və onlara göndərilən sənədlərin hazırlanmasını təmin etmək, yazışmalar həyata keçirmək;
- Respublika Komitəsi tərəfindən dəvət edilən beynəlxalq və xarici təşkilat nümayəndələrinin Azərbaycan Respublikasına səfərlərinin təşkili ilə bağlı müvafiq tədbirlər görmək;
- Xarici ölkələrin müvafiq həmkarlar ittifaqı təşkilatlarının beynəlxalq əlaqələrinin təşkili üzrə iş təcrübəsinin öyrənilməsi və onların Respublika Komitəsinin fəaliyyətində istifadə olunması məqsədilə təkliflər hazırlamaq.
Mədəni kütləvi və idman işləri şöbəsi
Fəaliyyətinin əsas istiqamətləri
- Ümummilli liderimiz Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin qəbirlərinin ziyarət edilməsini, ölkəmizin tarixində əlamətdar və faciələrlə xatırlanan günlərinin təntənəli şəkildə qeyd olunmasını təşkil edir;
- İttifaq üzvlərində Vətənə, Torpağa məhəbbət hissi aşılamaq məqsədilə tətil və istirahət günlərində muzeylərə, tarixi abidələrə və ölkəmizin görməli yerlərinə səyahətlər təşkil edir;
- İttifaq üzvlərinin mədəni-kütləvi tədbirlərə, teatr tamaşalarına cəlb edir;
- Təhsil müəssisələrində müdiriyyətlə birgə respublikamızın dövlət və milli bayramlarını keçirir;
- Kollektiv müqavilələr hazırlanarkən təkliflər hazırlayır;
- Kollektiv müqavilələrdə nəzərdə tutulmuş mədəni-kütləvi və idman işlərinin təşkilinə nəzarət edir;
- İstirahət düşərgələrinin yay mövsümünə hazırlığı ilə əlaqədar işlərin görülməsi;
- İttifaq üzvlərinin asudə vaxtlarının təşkili məqsədilə onların zövqünə uyğun mədəni-kütləvi tədbirlər həyata keçirir, müxtəlif dərnəklər yaradır, intellektual yarışlar keçirir, müvafiq müsabiqələr təşkil edir;
- Xalqımıza qarşı ermənilər tərəfindən müxtəlif illərdə törədilmiş soyqırımların ittifaq üzvlərinə çatdırılması və kütləvi xatırlama mərasimləri keçirilməsini təşkil edir;
- İttifaq üzvlərinin yaradıcılıq sərgilərini, baxış müsabiqələrini, festival, yarış və spartakiadalarını təşkil edir;
- İttifaq üzvlərinin maraq və meyllərini nəzərə alaraq asudə vaxt mərkəzlərinin açılması üçün təkliflər hazırlayır;
- Bayramlar ərəfəsində ittifaq üzvlərinin iştirakı ilə qocalar evində, uşaq evlərində görüşlər keçirilməsini, onlara maddi və mənəvi yardımlar göstərilməsini təşkil edir;
- Ön cəbhədə olan hərbi hissələrə səfərlər təşkil edir, onlara maddi və mənəvi yardımlar göstərir və əsgərlərimizin döyüş əhval-ruhiyyəsini yüksəldir;
Maliyyə şöbəsi
Fəaliyyətinin əsas istiqamətləri
- Şöbə Respublika Komitəsinin mühasibat – uçot işini təşkil edir.
- Üzv təşkilatların mühasibat-uçotu işinə rəhbərlik edir, onların işini əlaqələndirir.
- Üzv təşkilatların mühasiblərinin işinə nəzarəti təşkil edir və onlara metodik köməklik göstərir.
- Respublika Komitəsinin və üzv təşkilatlarının təftiş komissiyalarının işinə əməli köməklik göstərir.
- Respublika Komitəsinin mədaxil və məxaric üzrə əsas göstəricilərini planlaşdıraraq məclisin təsdiqinə verir.
- İlin yekununa görə həmkarlar ittifaqı büdcəsinin yerinə yetirilməsinə dair hesabatları ümumiləşdirərək Rəyasət Heyətinin təsdiqinə verir.
- İstirahət düşərgələrinin gəlir və xərc smetalarının tərtib edilməsini təmin edir və Rəyasət Heyətinin təsdiqinə verir.
- Respublika Komitəsində və üzv təşkilatlarda ştat cədvəlinə riayət olunmasına nəzarət edir.
- Üzv təşkilatların mühasibat uçotu sahəsində qəbul edilmiş yeni normativ aktlarla təmin edilməsini təşkil edir.
- Əsas və azqiymətli vəsaitlərin uçotu ,onların inventarlaşdırılması, istifadəyə yararsız inventarların təlimata uyğun olaraq silinməsinə nəzarət edir.
- Üzv təşkilatlar tərifindən toplanmış vəsaitin smetaya uyğun ,qənaətlə xərclənməsinə və onlar tərəfindən yuxarı həmkarlar təşkilatları qarşısında maliyyə öhdəliklərinə əməl edilməsini nəzarət edir.
- Üzv təşkilatlar arasında sanatoriya – kurort və istirahət evlərinə yollayışların HİK üzvlərinin sayına müvafiq olaraq bölgüsünü təşkil edir.
- Mühasiblərin müvafiq kurslarda ixtisaslarının artırılmasını işini planlaşdırır.
- AHİK və beynəlxalq təşkilatlar qarşısında maliyyə öhdəliklərə əməl edilməsini təmin edir.
- Üzv təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinin təhlilini aparır.
- AHİK - İcraiyyə Komitəsinin, Respublika Komitəsinin Rəyasət Heyəti və Məclisinin qərarlarından irəli gələn maliyyə məsələlərini həll edir.
- Aidiyyəti təşkilatlara maliyyə hesabatlarının vaxtında verilməsini təmin edir.
- Şöbəyə daxil olan ərizə və sorğulara cavab hazırlayır.
Ümumi şöbə
Fəaliyyətinin əsas istiqamətləri
- Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində kargüzarlıq işinin aparılmasını təmin edir;
- Respublika Komitəsində və üzv təşkilatlarda kargüzarlığın aparılması qaydalarına riayət olunması üzərində nəzarətin həyata keçirilməsini təmin edir;
- “ Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında ” Azərbaycan Respublikasının 1997-ci il 10 iyul tarixli qanununa və Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr, 2003-cü il 27 sentyabr tarixli Fərmanları ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması qaydaları ” na və “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə kargüzarlığın aparılmasına dair Təlimat ” a və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin “ Həmkarlar ittifaqları təşkilatlarında kargüzarlığın aparılmasına dair tövsiyələr haqqında ” qərarlarını rəhbər tutaraq işini tənzimləyir;
- Daxil olan sənədləri qəbul edir, qeydə alır, aidiyyət üzrə bölüşdürür və icraçılara çatdırılmasını təmin edir;
- Qəbul edilmiş qərarların göndərilməsini təmin edir;
- Sənədlərin, həmçinin vətəndaşların təklif, ərizə və şikayətlərinin vaxtında icra edilməsinə nəzarət edir;
- Sənədlərin icra müddətinə nəzarət edir;
- İcra edilmiş sənədləri şöbələrdən tələb edir;
- Sənədlərin surətlərini çıxarır, çoxaldır və təşkilatlara göndərilməsi işlərini həyata keçirir;
- Sənədləri ardıcıllıqla sistemləşdirir və arxivə təhvil verilməsini təmin edir;
- Sənədlərin saxlanılmasını və onlardan istifadə edilməsini təmin edir;
- Kargüzarlıq işində üzv təşkilatlara praktiki köməklik göstərir;
- Vətəndaşların qəbulu, təklif, ərizə və şikayətlərini digər sənədlərdən ayrı qeydiyyata alınmasını təmin edir;
- Vətəndaşların rəhbər işçilər və digər vəzifəli şəxslər tərəfindən qəbulunu təmin edir:
Komitənin hüquqşünası
Fəaliyyətinin əsas istiqamətləri
- Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanan Kollektiv Sazişin hazırlanmasında iştirak edir.
- İş planına müvafiq, yaxud Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi rəhbərliyinin tapşırığı ilə təhsil müəssisələrində əmək qanunvericiliyinə işəgötürən tərəfindən əməl edilməsi və ya həmkarlar ittifaqı komitəsinin əmək qanunvericiliyinin tətbiqində nəzarət funksiyasının həyata keçirilməsi məsələlərini yoxlamaq və müzakirəyə vermək.
- Kollektiv müqavilələrin bağlanması üçün danışıqların aparılmasında, kollektiv müqavilənin hazırlanmasında, onun qəbul edilməsi prosesində məzmunun qüvvədə olan qanunvericiliyə riayət edilməsinə nəzarət edir.
- Təhsil müəssisələrində kollektiv müqavilələrin şərtlərinin işəgötürən tərəfindən yerinə yetirilməsini araşdırmaq.
- Təhsil müəssisələrində işəgötürənlə işçi arasında əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, əmək müqaviləsi həm işçinin, həm də işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən əmək qanunvericiliyə riayət edilməsinə nəzarət etmək.
- Həmkarlar ittifaqlarının hər bir üzvünün əmək, sosial hüquqlarının pozulması, onlara qarşı ayrı seçkiliyə yol verilməməsi və hüquqlarının məhdudlaşdırılmaması üçün mübariz fəaliyyət göstərir.
- İş və istirahət vaxtı rejiminə və habelə məzuniyyətlərin verilməsinə işəgötürən tərəfindən qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarət edir.
- Əmək kitabçalarının saxlanmasına, qeydlərin aparılmasına və işçiyə qaytarılmasında qüvvədə olan qanunvericiliyə riayət olunmasını nəzarət edir.
- Təhsil işçilərinin əmək, sosial, iqtisadi və digər hüquqlarının müdafiəsi ilə əlaqədar onlara hüquqi yardımlar göstərir.
- Həmkarlar ittifaqının üzvü olan işçinin hüquq və mənafeyini müdafiə etmək üçün rəhbərliyin sərəncamı əsasında nümayəndə kimi məhkəmələrdə iştirak etmək.