WhatsApp Image 2024-08-27 at 12.19.19.jpeg 90.19 KB


Araz Nadir oğlu Paşayev - Sədr

Araz Paşayev Nadir oğlu 4 iyul 1983-cü ildə Şəki şəhərində anadan olub. 2000-ci ildə Şəki şəhəri 8 saylı beynəlmiləl tam orta məktəbini bitirib. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinin bakalavriat səviyyəsi, 2007-2009-cu illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistratura səviyyəsi üzrə və 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2022-ci ildən Bakı Dövlət Universitetinin Əmək və Ekologiya hüququ kafedrasında əmək hüququ ixtisası üzrə doktorantura təhsili alır. 

Əmək fəaliyyətinə 2006-cı ildə başlayıb, indiyədək müxtəlif yerli və beynəlxalq təşkilatlarda rəhbər vəzifələrdə çalışıb. 12.07.2021-ci ildən tarixdən Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışmışdır. 22.08.2024-cü il tarixdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri vəzifəsinə seçilmişdir.

A.Paşayev əmək fəaliyyəti ilə yanaşı pedaqoji fəaliyyət ilə də məşğul olub. 2007-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “İnsan resurslarının idarə olunması və korporativ mədəniyyət”, 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistrlər üçün “İnsan resurslarının idarə olunması” fənlərini tədris edib. Hal-hazırda, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Əmək və sosial təminat hüququ fənnini tədris edir. A.Paşayev yerli və bir sıra beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşən layihələrdə potensial quruculuğu və institusional inkişaf üzrə ekspert qismində iştirak edib. 


Ailəlidir, 2 övladı var. 

Mirzə Həkiməli oğlu Cəfərzadə - Sədr müavini

  • 26 iyun 1952-ci ildə Yardımlı rayonunun Dağüzü kəndində anadan olmuşdur.
  • 1958-1968-ci illərdə Yardımlı rayonu Dağüzü kənd orta məktəbində təhsil almışdır.
  • 1968-1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda ali təhsil almışdır.
  • 1973-1975-ci illərdə Biləsuvar rayonunun Konstantinovka kənd orta məktəbində müəllim, Bakı şəhəri 98, 220 saylı orta məktəblərdə direktor müavini vəzifələrində çalışmışdır.
  • 1975-1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda laborant, baş laborant vəzifələrində çalışmışdır.
  • 1978-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tələbə həmkarlar ittifaqı komitəsinin sədri vəzifəsində çalışmışdır.
  • 1993-2006-cı illərdə ATİAHİ Respublika Komitəsində təşkilat şöbəsində müdir müavini və şöbə müdiri vəzifələrində çalışmışdır.
  • 2006-cı ildə ATİAHİ Respublika Komitəsi sədrinin müavini vəzifəsinə seçilmişdir.
  • Ailəlidir, iki övladı var.