Konfransda Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Çapay Məmmədov, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müavini Mirzə Cəfərzadə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, eləcə də region üzrə şəhər və rayon icra hakimiyyəti başçılarının müavinləri, ictimai-siyasi və humanitar məsələlər şöbələrinin müdirləri, aidiyyəti idarə, müəssisə rəhbərləri və təhsil işçiləri iştirak ediblər.
Ötən tədris ilində görülmüş işlər, qarşıda duran vəzifələrin müzakirə olunduğu konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə də çıxış edərək təmsil etdiyi komitənin təhsil işçiləri üçün yaratdığı yeni imkanlardan söhbət açıb.