Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin IV Məclisi baş tutub.
16 dekabr tarixində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin IV Məclisi keçirilib. Məclisdə ATİAHİ Respublika Komitəsinin sədri, sədr müavinləri və Məclis üzvləri iştirak ediblər. 
İclası ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev açaraq iclasın gündəliyi barədə məlumat verib. İclasın gündəliyində bir sıra vacib məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib. Əsas məsələlər sırasında Məclis üzvləri və Rəyasət Heyəti üzvləri arasında qismən dəyişikliklərin edilməsi, ATİAHİ və Respublika Komitəsinin 2025-ci il üçün gəlir və xərclərinin smetasının, Respublika Komitəsi aparatının və üzv təşkilatların ştat cədvəlinin, həmçinin 2025-ci il üçün fəaliyyət planının müzakirəsi və təsdiqi yer alıb. Eyni zamanda təşkilati və cari məsələlərə də baxılıb.

Müzakirələr qarşılıqlı dialoq və konstruktiv fikir mübadiləsi şəraitində davam edib. İclasın sonunda ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev üzv təşkilatların rəhbərlərinə tapşırıqlar və tövsiyələr verib.

WhatsApp Image 2024-12-17 at 20.09.33.jpeg 218.62 KB