Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Aparatının ilk həmkarlar ittifaqı komitəsinin təsis konfransı keçirilib. Regional idarənin inzibati binasında təşkil edilmiş konfransda dəvət olunan qismində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Respublika Komitəsinin katibi, Əməkhaqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev, GDRTİ-nin müdir müavini Rövşən Kərimov və idarənin əməkdaşları iştirak ediblər.
Konfransda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi Ayşən Kazımova aparatın ilk həmkarlar təşkilatının sədri seçilib.
Həmçinin ilk həmkarlar ittifaqı komitəsinin seçkili orqanları formalaşdırılıb.
Konfransda çıxış edən M.Cəfərzadə, E.Rüstəmov, Z.Məmmədov yeni seçilən heyət üzvlərinə öz tövsiyələrini veriblər.