Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə Kollektiv Müqavilə imzalanıb

 
Elm və Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə, Naftalan şəhər, Daşkəsən, Göygöl, Samux, Goranboy rayon komitələri arasında 2023-2025-ci illər üzrə Kollektiv Müqavilə imzalanıb.
Müqaviləyə Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və komitə sədrləri imza atıblar. Mərasimdə çıxış edən A.Qədiməliyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə Azərbaycan Elm və Təhsil Nazirliyi arasındakı münasibətlərdən danışıb, həmkarlar ittifaqı təşkilatlarının həyata keçirdiyi tədbirləri, bütövlükdə bu təşkilatın gördüyü işləri yüksək qiymətləndirib, işlərində uğurlar arzulayıb.
Tədbirdə Kollektiv Müqavilənin müddəaları müzakirə olunub, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni maraqlarının müdafiəsi, habelə əməyin mühafizəsinin təşkili sahəsində Kollektiv Müqavilənin əhəmiyyəti vurğulanıb.