Şəki şəhərində hesabat-seçkilərə hazırlıqla bağlı regional seminar keçirilib

 
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Şəki şəhərində 2024-cü ildə təşkil olunacaq hesabat-seçki yığıncaqlarına hazırlıq məqsədi ilə regional seminar keçirilib.  Seminarda ATİAHİ Şəki, Yevlax, Mingəçevir şəhər, Balakən, Zaqatala, Qax, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan, Kürdəmir, Zərdab, Ucar, Göyçay, Ağdaş rayon komitəsinin sədrləri iştirak edib.
Tədbiri giriş sözü ilə ATİAHİ Şəki şəhər komitəsinin sədri Ziyafət Xasıyeva açaraq tədbirin keçirilmə məqsədindən danışıb. 
Sonra ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov çıxış edib. ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyevin adından tədbir iştirakçılarını salamlayan E.Rüstəmov bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclisinin müvafiq qərarı ilə 2024-cü ildə AHİK-in xidmətinə daxil olan sahə həmkarlar ittifaqlarının, o cümlədən də ATİAHİ-nin bütün təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi nəzərdə tutulmuşdur. O. hesabat-seçkilərlə bağlı rayon komitəsi sədrlərinin üzərinə düşən vəzifələrdən danışaraq bildirib ki, rayon komitələri də öz növbəsində yerlərdə seminarlar keçirərək ilk təşkilat sədrlərini məlumatlandırmalı, lazım olan sənəd nümunələri ilə təmin etməlidir. 
Həmçinin hesabat-seçkilər zamanlı təşkilat sədrlərinin hesabatları hazırlanarkən son hesabat-seçkilərdən keçən müddətdə görülmüş işlər barədə ittifaq üzvlərinə ətraflı məlumat verilməli, hesabat-seçki yığıncaqlarının keçirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin, ittifaqın nizamnaməsinin və digər normativ sənədlərin tələblərinə ciddi əməl edilməsinə nəzarət təmin olunmalıdır. Həmçinin ilk təşkilatların, şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin seçkili orqanlarının formalaşdırılması zamanı gender bərabərliyinin və gəncləşmə siyasətinin tələblərinə əməl olunmalı, qadınların və gənclərin bu seçkilərdə fəal iştirakı təmin edilməlidir. 
İclasda Şəki şəhər komitəsinin sədri Ziyafət Xasıyeva, İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov və başqaları çıxış edərək hesabat seçki yıqıncaqlarına hazırlıqla bağlı görüləcək işlərdən danışıblar, təkliflərini veriblər.