Şərqi Zəngəzur Regional Təhsil İdarəsində ilk həmkarlar təşkilatına sədr seçilib

 
Şərqi Zəngəzur Regional Təhsil İdarəsində (ŞZRTİ) ilk həmkarlar ittifaqı komitəsinin iclası keçirilib. İclas 44 günlük Vətən müharibəsində şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə ŞZRTİ-nin müdiri Fuad Bədəlov, ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Qubadlı rayon komitəsinin sədri Möhlət Orucov və idarə işçiləri iştirak ediblər.
Yığıncaqda ŞZRTİ-nin Tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi Nərmin Musayeva ilk həmkarlar təşkilatının sədri seçilib. ATİAHİ-nin məsul əməkdaşları yeni sədrə müvəffəqiyyətlər arzulayıb, bir sıra təlimatlar veriblər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin tədbir iştirakçılarına salamlarını çatdıran M.Cəfərzadə ATİAHİ-nin gördüyü işlər, həyata keçirdiyi layihələr, aztəminatlı və şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərdiyi maddi-mənəvi dəstək barədə məlumat verib.
Digər çıxış edənlər cəmiyyətimizin həyatında həmkarlar ittifaqlarının rolundan fəaliyyət istiqamətlərindən, həyata keçirdiyi nəcib missiyalardan danışıblar.