Müstəqil Azərbaycanın memarı, görkəmli dövlət və siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin vəfatından 21 il ötür. Dahi şəxsiyyətin Anım Günü hər il dekabrın 12-də Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda ehtiramla qeyd olunur.
Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin kollektivi Ümummilli Lider Heydər Əliyevin Anım Günündə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər.
AHİK və ATİAHİ rəhbərliyi və əməkdaşları Ulu Öndərin məzarı üzərinə əklil və gül dəstələri qoyaraq, onun əziz xatirəsini ehtiramla yad ediblər. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət olunaraq, üzərinə güllər düzülüb.