“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib.Müsabiqə Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə baş tutub.Mayın 15-də müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub. Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri, YAP-ın sədr müavini Tahir Budaqov, ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələri əsasında 7 nəfər I, 11 nəfər II, 16 nəfər III dərəcəli diplomla təltif olunub və onlara hədiyyələr təqdim edilib.

17.05.2024

ATİAHİ RK Rəyasət heyətinin iclası keçirilib

ATİAHİ RK Rəyasət heyətinin iclası keçirilib

Aprelin 1-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyi ilə Rəyasət heyəti üzvlərini tanış edib.“ATİAHİ RK-nın 2023-cü ilə dair ümumi illik statistik hesabatı barədə”, “İlk həmkarlar ittifaqı təşkilatlarında hesabat-seçki yığıncaqlarının yekunları və irəli sürülən təkliflər barədə”, “2023-cü ildə ATİAHİ RK-da və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə”, “ATİAHİ-nin üzv təşkilatlarında AHİK-in 25.11.2009-cu il 6b 32 saylı tarixli qərarı ilə keçirilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” müsabiqəsinin yekunları barədə”, “2023-cü ilin yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi barədə”, “2023-cü ildə həmkarlar ittifaqı üzvlərinin müalicə və istirahətinin təşkili ilə bağlı görülmüş işlər barədə” məsələlər öz əksini tapıb.İclasda gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.Sonda RK-nın sədri Səttar Möhbalıyev gələcək fəaliyyətlə bağlı rayon, şəhər və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin sədrlərinə bir sıra tapşırıq və tövsiyələrini çatdırıb.3 (3).jpg 250.46 KB2 (4).jpg 80.32 KB7 (2).jpg 104.11 KB

01.04.2024

ATİAHİ tərəfindən ali məktəb tələbələrinə adlı təqaüdlər verilib, intellektual oyunun qalibləri mükafatlandırılıb

ATİAHİ tərəfindən ali məktəb tələbələrinə adlı təqaüdlər verilib, intellektual oyunun qalibləri mükafatlandırılıb

2023/2024-cü tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün verilməsi və “Nə? Harada? Nə zaman?” intellektual oyunun qalibi olmuş tələbələrin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə ali məktəblərin tələbə həmkarlar ittifaqlarının sədrləri və tələbələr iştirak ediblər.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdə çıxışında bildirib ki, ATİAHİ RK-nın adlı təqaüdü 1995-ci ildə təsis edilib: “İndiyə kimi, 2914 tələbə bu təqaüddən yararlanıb. Bu gün isə daha 65 tələbəyə bu təqaüd təqdim ediləcək. Təqaüdün verilməsində məqsəd tələbələrdə elmə, təhsilə marağın artırılması və Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinə dəstək verməkdir. Respublika Komitəsinin fəaliyyətinin əsas istiqamətini gənclər təşkil edir. Hər il onların sosial vəziyyətinin yaxşılaşdırılması, tələbələr arasında idmanın inkişaf etdirilməsi, istedadlı gənclərin aşkara çıxarılması, onların elmə, təhsilə marağının artırılması, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Bizim bu işləri görməkdə məqsədimiz gənclərin asudə vaxtını səmərəli keçirmək, zərərli vərdişlərdən uzaqlaşdırmaq, dövlətimizin gənclər siyasətinə dəstək olmaqdır”.Onun sözlərinə görə, Azərbaycanda gənclərin sağlam ruhda böyüməsi və layiqli vətəndaş kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir: “Möhtərəm Prezidentimiz gənclərimizin hərtərəfli inkişafı üçün bütün imkanlardan istifadə edir. Son 20 ildə gənclərlə bağlı atılan addımlar da bunun əyani sübutudur. İnanırıq ki, Azərbaycanın gənclər siyasəti bundan sonra da uğurla davam etdiriləcək, gənclərimiz Prezidentimizin ətrafında sıx birləşərək ölkəmizin inkişafına öz layiqli töhfələrini verəcəklər”.Sonda 65 tələbəyə ATİAHİ RK-nın adlı təqaüdü, intellektual oyunun 18 qalibinə isə diplom və pul mükafatı verilib.E21A7596.jpg 152.91 KBE21A7587.jpg 155.13 KBE21A7567.jpg 151.45 KBE21A7548.jpg 197.19 KBE21A7545.jpg 167.95 KB

15.03.2024

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, idman yarışlarını təşkil etməkdə məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiram göstərmək, xalqımızın milli sərvəti olan Ulu Öndərin zəngin və çoxşaxəli irsini örənmək və təbliğ etməkdir: “Bu tədbirlər həm ümumtəhsil məktəblərinin müəllimləri, həm də ali məktəblərin işçi və tələbələri tərəfindən böyük həvəslə qarşılanıb. Bu idman tədbirlərində mindən çox müəllim və yüzlərlə tələbə çıxış edib. Azərbaycanda idman sahəsində əldə olunan uğurların bünövrəsində əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti dayanır. Hələ Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən  idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüş, 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq- gənclər idman məktəbi fəaliyyət göstərirdi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da bu sahənin inkişafına öz diqqət və qayğısını əsirgəmədi”.Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin idmanın inkişafı ilə bağlı əsasını qoyduğu strategiya bu gün uğurla davam etdirilir: “Kütləvi bədən tərbiyəsinin inkişafı, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalanıb. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycanda idmanın kütləviliyi təmin edilir və olimpiya hərəkatı yüksək səviyyədədir. Hesab edirəm ki, idmanda əldə olunan uğurlarda kütləvi bədən tərbiyəsinin inkişafının da öz rolu var. Biz də həmkarlar təşkilatı hər zaman olaraq bu sahəyə diqqət ayırırıq. Vaxtaşırı olaraq tələbələr, müəllimlər arasında müxtəlif kütləvi idman yarışları təşkil olunur, universiadalar, spartakiadalar keçirilir. Biz idmanın kütləviliyinin təmin edilməsi və təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə istiqamətlənmiş fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmindəyik”.Sonra mükafatlandırma mərasiminə başlanılıb. Ali məktəb işçiləri arasında keçirilən Spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib.Eyni zamanda ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom və idman forması təqdim olunub.1-1.jpg 137.44 KB6 (1).jpg 152.75 KB5.jpg 222.23 KB4-1 (1).jpg 174.7 KB3-1.jpg 438.72 KB2-1.jpg 137.67 KB

15.01.2024

ATİAHİ Respublika Komitəsinin nümayəndə heyəti IV Türk Dünyası Mühəndislik və Fənn Bilimlər Konfransında iştirak edib

ATİAHİ Respublika Komitəsinin nümayəndə heyəti IV Türk Dünyası Mühəndislik və Fənn Bilimlər Konfransında iştirak edib

Türkiyənin Antalya şəhərində Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birilliyinin təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş IV Türk Dünyası Mühəndislik və Fənn Bilimlər Konfransı keçirlib. Konfransda təşkilatımızı ATİAHİ Respublika Komitəsinin katibi, Əmək haqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Konfransda Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birilliyinə üzv olan təşkilatların sədrləri, türkdilli ölkələrin elm adamları, ekspertlər və mətbuat nümayəndələri iştirak edib.Konfransın açılışında Türk Eğitim-Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birilliyinin sədri Talip Geylan çıxış edərək tədbirin keçirilməsinin məqsədlərindən danışaraq qeyd edib ki, məqsəd türkdilli ölkələrdə elmin, texnologiyanın inkişafına dəstək olmaq, elm adamlarını bir araya gətirərək onlar arasında əlaqələrin qurulmasını təmin etməkdir. O, konqresin türk dünyasına, türk elm həyatına və insanlığa xeyir gətirməsini arzulayaraq, bu kimi yeni ortaq layihələr həyata keçirilməsi məqsədi ilə Türkiyə ilə Türk dünyası arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac olduğunu bildirib.  Konfransda çıxış edən Z.Məmmədov iştirakçıları ATİAHİ Respublika Komitəsinin və AHİK-in sədri, millət vəkili, Səttar Möhbalıyevin adından salamlayıb və konqresinə işində uğurlar arzulayıb.  Konfransın yüzlərlə türkdilli gənc alimlərin yetişməsinə vəsilə olduğunu diqqətə çatdıran Z.Məmmədov qeyd edib ki, bu cür elmi konfranslar müasir elmi tədqiqatların məhsulu olan ən son yenilikləri təkcə türkdilli ölkələr arasında deyil, bütün dünyada türk dildə danışan hər bir kəslə bölüşməyə şərait yaradır. O ümidvar olduğunu bildirib ki, konfrans bir daha türkdilli dövlətlərin nümayəndələrinin elm sahəsində, xüsusən də Fənn və mühəndislik bilimləri sahəsində əldə etdikləri uğurları bölüşməklə yanaşı bizləri daha da yaxınlaşdıracaq, münasibətlərimizin inkişafına, dostluq və qardaşlığımızın möhkəmlənməsinə, elmimizin inkişafına öz layiqli töhfəsini verəcəkdir.Sonra konfrans öz işini panel müzakirələri ilə davam etdirib.  MEB_3984.JPG 10.04 MBMEB_3965.JPG 9.81 MBMEB_4854(1).JPG 8.76 MBMEB_4928.JPG 7.36 MB

07.12.2023

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

Noyabrın 16-da 2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) təşkil olunan tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. Sədr Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edib. Qeyd edib ki, ATİAHİ RK tərəfindən bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülür. Həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır. Belə ki, hər il Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur.Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə (65 nəfər) ATİAHİ RK-nın adlı təqaüdü təqdim edilib.Məlumat üçün qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ RK-nın adlı təqaüdü təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2849 nəfər tələbə bu təqaüddən yararlanıb.1-7.jpg 99.43 KB2-5 (1).jpg 151.12 KB7-2.jpg 157.91 KB6-4.jpg 159.07 KB5-5 (1).jpg 150.4 KB4-7.jpg 143.44 KB3-5 (1).jpg 153.55 KB

17.11.2023

Şəki şəhərində hesabat-seçkilərə hazırlıqla bağlı regional seminar keçirilib

Şəki şəhərində hesabat-seçkilərə hazırlıqla bağlı regional seminar keçirilib

 Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Şəki şəhərində 2024-cü ildə təşkil olunacaq hesabat-seçki yığıncaqlarına hazırlıq məqsədi ilə regional seminar keçirilib.  Seminarda ATİAHİ Şəki, Yevlax, Mingəçevir şəhər, Balakən, Zaqatala, Qax, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan, Kürdəmir, Zərdab, Ucar, Göyçay, Ağdaş rayon komitəsinin sədrləri iştirak edib.Tədbiri giriş sözü ilə ATİAHİ Şəki şəhər komitəsinin sədri Ziyafət Xasıyeva açaraq tədbirin keçirilmə məqsədindən danışıb. Sonra ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov çıxış edib. ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyevin adından tədbir iştirakçılarını salamlayan E.Rüstəmov bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclisinin müvafiq qərarı ilə 2024-cü ildə AHİK-in xidmətinə daxil olan sahə həmkarlar ittifaqlarının, o cümlədən də ATİAHİ-nin bütün təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi nəzərdə tutulmuşdur. O. hesabat-seçkilərlə bağlı rayon komitəsi sədrlərinin üzərinə düşən vəzifələrdən danışaraq bildirib ki, rayon komitələri də öz növbəsində yerlərdə seminarlar keçirərək ilk təşkilat sədrlərini məlumatlandırmalı, lazım olan sənəd nümunələri ilə təmin etməlidir. Həmçinin hesabat-seçkilər zamanlı təşkilat sədrlərinin hesabatları hazırlanarkən son hesabat-seçkilərdən keçən müddətdə görülmüş işlər barədə ittifaq üzvlərinə ətraflı məlumat verilməli, hesabat-seçki yığıncaqlarının keçirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin, ittifaqın nizamnaməsinin və digər normativ sənədlərin tələblərinə ciddi əməl edilməsinə nəzarət təmin olunmalıdır. Həmçinin ilk təşkilatların, şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin seçkili orqanlarının formalaşdırılması zamanı gender bərabərliyinin və gəncləşmə siyasətinin tələblərinə əməl olunmalı, qadınların və gənclərin bu seçkilərdə fəal iştirakı təmin edilməlidir. İclasda Şəki şəhər komitəsinin sədri Ziyafət Xasıyeva, İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov və başqaları çıxış edərək hesabat seçki yıqıncaqlarına hazırlıqla bağlı görüləcək işlərdən danışıblar, təkliflərini veriblər.  

07.11.2023

Gəncə şəhərində hesabat-seçkilərlə bağlı regional seminar keçirilib

Gəncə şəhərində hesabat-seçkilərlə bağlı regional seminar keçirilib

 Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Gəncə şəhərində regional seminar keçirilib.  Seminar 2024-cü ildə keçirilməsi nəzərdə tutulan hesabat-seçki yığıncaqlarına həsr olunub. ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmovun sədrliyi ilə keçirilən seminarda ATİAHİ Gəncə, Naftalan şəhər, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Gədəbəy, Samux, Daşkəsən, Göygöl, Goranboy, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Xocalı, Kəlbəcər rayon komitələrinin sədrləri iştirak edib. ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyevin adından tədbir iştirakçılarını salamlayan E.Rüstəmov bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclisinin müvafiq qərarı ilə 2024-cü ildə AHİK-in xidmətinə daxil olan sahə həmkarlar ittifaqlarının, o cümlədən də ATİAHİ-nin bütün təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi nəzərdə tutulmuşdur. O. hesabat-seçkilərlə bağlı rayon komitəsi sədrlərinin üzərinə düşən vəzifələrdən danışaraq bildirib ki, rayon komitələri də öz növbəsində yerlərdə seminarlar keçirərək ilk təşkilat sədrlərini məlumatlandırmalı, lazım olan sənəd nümunələri ilə təmin etməlidir. Həmçinin hesabat-seçkilər zamanlı təşkilat sədrlərinin hesabatları hazırlanarkən son hesabat-seçkilərdən keçən müddətdə görülmüş işlər barədə ittifaq üzvlərinə ətraflı məlumat verilməli, hesabat-seçki yığıncaqlarının keçirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin, ittifaqın nizamnaməsinin və digər normativ sənədlərin tələblərinə ciddi əməl edilməsinə nəzarət təmin olunmalıdır. Həmçinin ilk təşkilatların, şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin seçkili orqanlarının formalaşdırılması zamanı gender bərabərliyinin və gəncləşmə siyasətinin tələblərinə əməl olunmalı, qadınların və gənclərin bu seçkilərdə fəal iştirakı təmin edilməlidir. İclasda Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev, Ağdam rayon komitəsinin sədri Xalidə Həsənova, Kəlbəcər rayon komitəsinin sədri Məhiyəddin Abdurrəhmanov çıxış edərək fikirlərini bildiriblər.  

07.11.2023

Hesabat-seçkilərə hazırlıqla bağlı növbəti seminar Lənkəran şəhərində keçirilib

Hesabat-seçkilərə hazırlıqla bağlı növbəti seminar Lənkəran şəhərində keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024-cü ildə keçirilməsi nəzərdə tutulan hesabat-seçki yığıncaqlarına hazırlıq məqsədi ilə zona seminarlarının keçirilməsini davam etdirir. Növbəti seminar Lənkəran şəhərində təşkil edilib. ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmovun sədrliyi ilə keçirilən seminarda ATİAHİ Lənkəran, Şirvan şəhər, Lerik, Yardımlı, Astara, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayon komitələrinin sədrləri iştirak edib. Seminarda çıxış edən E.Rüstəmov  rayon komitəsi sədrlərinə hesabat-seçkilərə hazırlıq prosesi, seçkilərin təşkili ilə bağlı Respublika Komitəsinin tövsiyələrini çatdırıb. O qeyd edib ki, hesabat-seçkilər zamanlı təşkilat sədrlərinin hesabatları hazırlanarkən son hesabat-seçkilərdən keçən müddətdə görülmüş işlər barədə ittifaq üzvlərinə ətraflı məlumat verilməlidir. E.Rüstəmov əlavə edib ki, həmkarlar ittifaqlarında həmrəyliyi təmin etmək, işçilərin sosial-iqtisadi mənafeyinin kollektiv müdafiəçisi olan həmkarlar ittifaqlarının maliyyə cəhətdən möhkəmləndirmək, onun rolunu bir daha artırmaq üçün qarşıdan gələn hesabat-seçki kampaniyasının imkanlarından maksimum istifadə edilməlidir. Hesabat-seçki yığıncaqlarının keçirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin, ittifaqın nizamnaməsinin və digər normativ sənədlərin tələblərinə ciddi əməl edilməsinə nəzarət təmin olunmalıdır. Həmçinin həmkarlar ittifaqı təşkilatlarının kadrlarla möhkəmləndirilməsi, ehtiyat kadrların hazırlanması və irəli çəkilməsi üzrə tədbirlər görülməlidir. Müəssisədə kollektiv arasında nüfuzu olan layiqli şəxslərin seçilməsi üçün şərait yaradılmalıdır. İstər ilk təşkilatların, istərsə də şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin seçkili orqanlarının formalaşdırılması zamanı gender bərabərliyinin və gəncləşmə siyasətinin tələblərinə əməl olunmalı, qadınların və gənclərin bu seçkilərdə fəal iştirakı təmin edilməlidir. Sonra seminarda rayon komitələrinin sədrlərindən Salyan rayon komitəsinin sidri Yaqut Ələsgərova, Yardımlı rayon komitəsini sədri Azər Ələkbərov, Beyləqan rayon komitəsinin sədri Tahir Həsənov, Hacıqabul rayon Komitəsinin sədri Kifayət Əmirbəyova və başqaları çıxış edərək öz təkliflərini və fikirlərini bildiriblər.

07.11.2023

ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib

ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024-cü ildə keçirilməsi nəzərdə tutulan hesabat-seçki yığıncaqlarına hazırlıq məqsədi ilə zona seminarlarının keçirilməsinə başlayıb. İlk belə tədbir Quba rayonunda təşkil edilib. ATİAHİ Sumqayıt şəhər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı və Qubadlı rayon komitələrinin sədrlərinin iştirak etdiyi seminarda ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov çıxış edib. Şöbə müdiri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin müvafiq qərarı ilə AHİK-in üzv təşkilatların bütün vəsilələrində 2024-cü il müddətində hesabat-seçki yığıncaqlarının keçirilməsi nəzərdə tutulmuşdur. E.Rüstəmov bildirib ki, is­tər əha­tə dai­rə­si­nə, is­tər­sə­ də bu sa­hə­də ça­lı­şan insanların  sa­yı­na gö­rə təhsil Azər­bay­can­da ən bö­yük so­si­al ins­ti­tut­lar­dan bi­ri­ni təş­kil edir. ATİAHİ 5785 həmkarlar ittifaqı təşkilatını və 403484 həmkarlar ittifaqı üzvünü özündə birləşdirir: “2024-cü ildə keçiriləcək hesabat-seçkilər ATİAHİ-nin fəaliyyətində mühüm hadisələrdən biridir. Hesabat-seçkilər zamanlı təşkilat sədrlərinin bu illər ərzində gördüyü işlərlə bağlı hesabatı əhatəli olmalı, əldə olunmuş nailiyyətlər, çatışmazlıqlar qeyd olunmalıdır. Eyni zamanda həmkarlar ittifaqlarında həmrəyliyi təmin etmək, işçilərin sosial-iqtisadi mənafeyinin kollektiv müdafiəçisi olan həmkarlar ittifaqlarının maliyyə cəhətdən möhkəmləndirmək, onun rolunu bir daha artırmaq üçün qarşıdan gələn hesabat-seçki kampaniyasının imkanlarından maksimum istifadə edilməlidir. Hesabat-seçki yığıncaqlarının keçirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin, ittifaqın nizamnaməsinin və digər normativ sənədlərin tələblərinə ciddi əməl edilməsinə nəzarət təmin olunmalıdır”. E.Rüstəmov qeyd edib ki, həmkarlar ittifaqı təşkilatlarının kadrlarla möhkəmləndirilməsi, ehtiyat kadrların hazırlanması və irəli çəkilməsi üzrə tədbirlər görülməlidir. Müəssisədə kollektiv arasında nüfuzu olan layiqli şəxslərin seçilməsi üçün şərait yaradılmalıdır: “Heç kimə sirr deyil ki, həmkarlar təşkilatlarının gücü ilk təşkilatlardadır. Bu baxımdan bizim qarşımızda duran mühüm vəzifələrdən biri ilk təşkilatların gücləndirilməsi və nüfuzunun artırılmasıdır. İlk təşkilatların güclü olması üçün isə başlıca şərt təşkilata layiqli və şəxsin rəhbərlik etməsidir. İttifaq üzvləri öz sərbəst seçiminizi etməli və təşkilatınızı daha da qabağa aparmağı bacaracaq bir şəxsi həmkarlar təşkilatına sədr seçilməsinə çalışmalıdır. Həmçinin təşkilatların seçkili orqanlarının formalaşdırılması zamanı gender bərabərliyi təmin edilməli, ölkəmizdə həyata keçirilən gəncləşmə siyasətinin həmkarlar ittifaqı təşkilatlarında da uğurla davam etdirilməsinə şərait yaradılmalıdır. İclaslar zamanı səsləndirilmiş tənqidi qeydlər ümumiləşdirilərək yuxarı həmkarlar ittifaqı təşkilatına təqdim edilməlidir. İnanırıq ki, üzv təşkilatlarda keçiriləcək hesabat-seçki yığıncaqları nöqsansız şəkildə təşkil ediləcək, bu seçkilər təşkilatımızın, ümumilikdə həmkarlar ittifaqı hərəkatının həyatında yeni inkişaf mərhələsinin başlanğıcı olacaqdır”.Sonra seminar diskussiya şəklində davam etdirilmiş, rayon komitəsi sədrləri qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparmış, suallar cavablandırılmışdır.  

25.10.2023

Qarabağ Regional Təhsil İdarəsi ilə yeni Kollektiv Müqavilə bağlanılıb

Qarabağ Regional Təhsil İdarəsi ilə yeni Kollektiv Müqavilə bağlanılıb

Qarabağ Regional Təhsil İdarəsində 2023-2025-ci il üzrə Kollektiv Müqvilə bağlanılıb.Müqvilə Qarabağ Regional Təhsil İdarəsi ilə ATİAHİ Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Şuşa və Tərtər rayon komitələri arasında imzalanıb.Mərasimdən həmçinin əmək hüquqlarının qorunmasının vacibliyindən, bu istiqamətdə həmkarlar ittifaqlarının ötən dövr ərzində gördüyü işlərdən, qarşıda duran vəzifələrdən danışılıb, fikir mübadiləsi aparılıb.51ffb67b-9558-489c-b603-486c2da4505a.jpg 94.12 KBe722be57-2f77-4a63-b16f-52c8cd45ec69.jpg 126.14 KB

13.10.2023

Albaniya Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının   VIII Qurultayı keçirilib

Albaniya Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının VIII Qurultayı keçirilib

Sentyabrın 29-dan oktyabrın 2-dək Albaniya Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının VIII Qurultayı keçirilib.Qurultayda Almaniya, Niderland, Çexiya, Slovakiya, Bosniya-Hersoqovina, Türkiyə, Sloveniya, İtaliya, Yunanıstan, Macarıstan, Rumuniya, Avstyadan olan həmkarlar ittifaqları nümayəndələri, Albaniya təhsil, idman və gənclər nazirinin müavini Kostandin Şkurti, Albaniya Müstəqil Həmkarlar İttifaqı Birliyinin sədri Gezim Kalaya və Beynəlxalq Təhsil Birliyinə üzv olan milli təşkilatların liderləri iştirak ediblər.Tədbirdə ölkəmizi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) Əmək haqqı və sosial müdafiə şöbəsinin müdiri, katib Zəfər Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov, ATİAHİ Laçın rayon komitəsinin sədri Pərviz Xaspoladlı, Şabran rayon komitəsinin sədri Seymur Qədəşov təmsil ediblər.Qurultayda Albaniya Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Nevruz Kaptellinin məruzəsi dinlənilmiş və qənaətbəxş hesab olunub. N.Kaptellinin namizədliyi yenidən sədr vəzifəsinə irəli sürülüb və o, səs çoxluğu ilə növbəti müddətə İttifaqın sədr seçilib.Qurultayda çıxış edən Z.Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyevin adından Qurultay iştirakçılarını salamlayıb, yeni sədrə və İdarə heyəti üzvlərinə uğurlar arzulayıb.Bildirib ki, bu gün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə Albaniya Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı arasında yüksək səviyyəli əməkdaşlıq  münasibətləri var: “Təbii ki, təşkilatlarımız arasında əlaqələrin bu səviyyədə qurulmasının əsasında ilk növbədə dövlətlərimiz və xalqlarımız arasındakı dostluq-qardaşlıq münasibətləri dayanır. Belə ki, 4 yanvar 1992-ci ildə Albaniya Azərbaycanın müstəqilliyini tanıyıb. 23 sentyabr 1993-cü ildən iki ölkə arasında diplomatik münasibətlər qurulub. 2010-cu ildən Azərbaycan Parlamentində Azərbaycan-Albaniya parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Qeyd edim ki, Albaniya ilə Azərbaycan arasında humanitar, iqtisadi sahədə də geniş əlaqələr mövcuddur”.Z.Məmmədov əlavə edib ki, TAP qaz boru kəməri layihəsində hər iki ölkənin iştirakı ölkələrimiz arasında həm enerji, həm də iqtisadi sahədə münasibətlərin daha da inkişaf etməsini təmin edir: “Qeyd edək ki, 2013-cü ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə Albaniya Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə elm və təhsil işçilərinin sosial, iqtisadi, əmək hüquqlarının qorunması, əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi, təminatı və müdafiəsi, təhsil sahəsində  dövlət siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolunun artırılması, həmkarlar ittifaqlarının fəaliyyət metodikasının təkmilləşdirilməsi və təcrübə mübadiləsinin aparılması, tərəflərin mövqelərinin milli və beynəlxalq səviyyələrdə əlaqələndirilməsi, elm və təhsil  sahələrində dövlət siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolunun artırılması, fəaliyyətlərin əlaqələndirilməsi və s. məsələlər öz əksini tapıb. Ümid edirik ki, təşkilatlarımız arasındakı ikitərəfli münasibətlər bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəkdir”.Z.Məmmədov vurğulayıb ki, qurultayda qəbul olunan qərarlar Albaniyanın təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin daha etibarlı və davamlı müdafiə olunması üçün son dərəcə əhəmiyyətlidir və əmin olduğunu bildirib ki, seçilən yeni sədr və İdarə heyətinin üzvləri işlərinin öhdəsindən ləyaqətlə gələcəklər.

04.10.2023

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi, həmçinin quruma üzv təşkilatların rəhbərləri və əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.Həmkarlar ittifaqlarının nümayəndələri parkın girişində xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.3-16.jpg 153.8 KB1-21.jpg 219.72 KB2-11.jpg 264.06 KB

27.09.2023

Salyan-Şirvan Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə bağlanıb

Salyan-Şirvan Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə bağlanıb

Salyan-Şirvan Regional Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şirvan şəhər, Salyan, Hacıqabul, Neftçala və Biləsuvar rayon komitələrinin sədrləri arasında 2023-2025-ci illər üçün kollektiv müqavilə imzalanıb. Salyan-Şirvan Regional Təhsil İdarəsində təşkil edilmiş mərasimdə ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə də iştirak edib. Tədbirdə çıxış edən M.Cəfərzadə Azərbaycan Elm və Təhsil Nazirliyi ilə ATİAHİ Respublika Komitəsi arasında imzalanmış Kollektiv Saziş, rayon komitələri ilə regional təhsil idarələri arasında imzalanan kollektiv müqavilə çərçivəsində görülən işlərdən danışıb, tövsiyələrini verib. Həmçinin növbəti illər ərzində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.Tədbirdə həmçinin Salyan-Şirvan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, ATİAHİ rayon komitələrinin sədrləri çıxış ediblər.  IMG_20230926_151138.jpg 3.05 MBIMG_20230926_151121.jpg 2.99 MBIMG_20230926_151554.jpg 3.18 MB 

27.09.2023

Dağlıq Şirvan Regional Təhsil İdarəsi ilə Kollektiv Müqavilə imzalanıb

Dağlıq Şirvan Regional Təhsil İdarəsi ilə Kollektiv Müqavilə imzalanıb

Dağlıq Şirvan Regional Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayon komitələrinin müdirləri arasında keçirilən görüşdə 2023-2025-ci illər üçün kollektiv müqavilə imzalanıb.Müqaviləni Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev və komitə sədrləri imzalayıb.Görüş zamanı Azərbaycan Elm və Təhsil Nazirliyi ilə ATİAHİ Respublika Komitəsi arasında imzalanmış Kollektiv Saziş, rayon komitələri ilə regional təhsil idarələri arasında imzalanan Kollektiv Müqavilə çərçivəsində görülən işlərdən danışılıb. Həmçinin növbəti illər ərzində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

26.09.2023

Contact us

© 2024 Atiahi.org. All rights reserved
site by webline logo