25 İyun 2017

Sorğu

Fəaliyyətimiz sizi qane edirmi ?

Nəticələr

Axtarış

Müraciət

Respublika çempionatının təqdimat mərasimi

15.02.2016
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin dəstəyi, "Təhsil" Respublika İdman Mərkəzi və "Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının birbaşa təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında baş tutacaq Respublika çempionatının təqdimat mərasimi olub.
 
Azərbaycan Dövlət İqtisad Universitetinin akt zalında keçirilən təqdimat mərasimində ali təhsil müəssisələrinin idman komandalarının nümayəndələri, müvafiq idman növləri üzrə baş hakimlər və işçi qrupun üzvləri iştirak ediblər.
 
2016-cı ilin mart-may aylarında tələbələr arasında keçiriləcək Respublika çempionatının proqramına 10 idman növü daxildir. Çempionatın əsasnaməsi videoçarx şəklində mərasim iştirakçılarına təqdim olunduqdan sonra hazırlıq mərhələləri, komandaların sifariş vərəqələrinin doldurulma qaydaları, oyunların keçirilməsi şərtləri haqqında da məlumat verilib. 
 
Sonra təkliflər dinlənilib, müvafiq idman növləri üzrə baş hakimlər oyunların keçirilmə qaydalarından danışıblar.