23 Oktyabr 2017

Sorğu

Fəaliyyətimiz sizi qane edirmi ?

Nəticələr

Axtarış

Müraciət

Tələbələrə adlı təqaüdlər və mükafatlar təqdim olundu

12.03.2017
2017-ci ilin mart ayının 13-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdlərinin və 2016-cı ildə beynəlxalq tədbirlərdə uğur qazanan bir qrup tələbəyə Fəxri Fərmanlar və pul mükafatlarının təqdim edilməsi  mərasimi keçirilib.
 

AHİK-i sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev tələbələri adlı təqaüdlər və mükafatlar almaları münasibətilə təbrik edib və onlara təhsildə yeni uğurlar arzulayıb. Qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis edilib. Təqaüd qış və yay imtahan sessiyalarının nəticələrinə görə əla və yaxşı qiymətlərlə oxuyan və həmkarlar ittifaqı fəalı olan tələbələrə verilir. Bugünkü tədbirdə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərində yerləşən 19 ali məktəbin 60 nəfər tələbəsinə adlı təqaüd təqdim edilib. İndiyə qədər isə 2026 tələbə bu ada layiq görülüb.